|
ХГСНМ poladının tərkib və xassələri
|
bet | 5/14 | Sana | 20.01.2024 | Hajmi | 1,41 Mb. | | #142102 | Turi | Referat |
Bog'liq Diplom nümunəsi Rüstəmova Pəri 757 A1.5. 20ХГСНМ poladının tərkib və xassələri
20XГСНМ poladı legirlənmiş konstruksiya poladlarına aiddir. Bu polad xromomanqannikellimolibdenli poladdır. Belə tərkibli poladlar yüksək dinamiki gərginlik və titrəyiş altında işləyən detallar üçün nəzərdə tutulur.
Mexaniki xassələri aşağıdakı cədvəldə (cədvəl 1.1) göstərilmişdir.
Tırtıl bəndinin istehsalı zamanı məhz bu polad markasının seçilməsi onun yüksək dinamiki gərginliyə dözümlü olması ilə əlaqədardır.
Belə ki, tırtıl bəndi piyada döyüş maşınının əsas hərəkət hissəsi olmaqla özündə pdm-in əsas yük hissəsini cəmləyib, onun hərəkət etməsini təmin edir.
Tırtıl bəndinin istehsalı zamanı seçilən 20XГСНМ poladının tərkibindəki elementlərin xüsusiyətlərinə nəzər salaq. Bu poladın tərkibindəki xrom vacib legirləyici element olub, poladın korroziyaya davamlılığını və möhkəmliyini yüksəltmək xassəsinə malikdir. Nikeldən poladın korroziyaya davamlılığını artırmaq üçün istifadə olunur.
Molibden isə poladın istiyə dözümlülüyünü artıraraq onu yüksək odadavamlı materiallar sinifinə aid edir. Bu səbəblə də Bu polad markası xarici ölkələrdə digər adlarla istehsal olunur. Məsələn, Almaniyada 21NiCrMo, Yaponiyada SNCM220H, İngiltərədə 20NiCrMo22 və s.
Cədvəl 1.1
20ХГСНМ poladının mexaniki xassələri
Növ
|
σb
|
σT
|
δ
|
ψ
|
Termiki emal
|
|
MPa
|
MPa
|
%
|
%
|
|
ГОСТ 4543-71
|
1180-1570
|
930
|
7
|
|
8600C yandırma , yağ 150-1800C havada
|
Burada,
σb – möhkəmlik həddi, MPa;
σT – axıcılıq həddi, Mpa;
δ – dartmada nisbi uzanma , %;
ψ – nisbi daralma , %.
|
| |