|
Tırtıl bəndi tökmələrinə qoyulan texniki tələblər
|
bet | 6/14 | Sana | 20.01.2024 | Hajmi | 1,41 Mb. | | #142102 | Turi | Referat |
Bog'liq Diplom nümunəsi Rüstəmova Pəri 757 A1.6. Tırtıl bəndi tökmələrinə qoyulan texniki tələblər
Bu tələblər 20XГСНМ markalı poladdan hazırlanmış 765.35sb-102 tırtıl bəndlərinin tökmələrinə şamil edilir.
Tırtıl bəndləri cizginin, bu əlavə tələblərin və istehsalçının qəbul olunmuş qaydada təsdiq olunmuş sənədlərin tələblərinə uyğun olmalıdır.
Tökmənin dəqiqliyi ГОСТ26645-85 üzrə 5-8 .
Tırtıl bəndlərinin materialının kimyəvi tərkibi (%-lə) Cədvəl 1.2-də göstərilənlərə uyğun olmalıdır.
Cədvəl 1.2
Tırtıl bəndinin materialının kimyəvi tərkibi (%-lə)
C
|
Si
|
Mn
|
Cr
|
Ni
|
Mo
|
Ti
|
Cu
|
S
|
P
|
0,18-0,24
|
0,9-1,3
|
0,9-1,2
|
0,6-0,9
|
1,1-1,5
|
0,1-0,15
|
0,03-0,07
|
0,4-0,6
|
≤ 0,045
|
≤0,05
|
Tırtıl bəndlərinin mexaniki xassələri cədvəl 1.3.-də göstərilənlərə uyğun olmalıdır.
Cədvəl 1.3
Tırtıl bəndlərinin mexaniki xassələri
Termiki emal
|
σb kq/mm2
|
δ , %
|
Ψ , %
|
aH ,kqm/sm2
|
HB
|
İlkin:
Normallaşdırma (970-1000 0C), hava və ya tabalma 880-900 0C soba ilə (650-700 0C) –dək soyutmaqla
Son emal:
Tablama
|
≥ 95
|
6-10
|
25-45
|
≥4,0
|
217-255
269-358
|
Tırtıl bəndlərinin tökmələri növbəti emala yalnız tökmə partiyasında metalın kimyəvi tərkibinin müsbət nəticəsi alınandan sonra göndərilir
Tırtıl bəndləri səthlərndən tökmə sistemi, əlavəliklər, iti tillər və digər qabarmalar kənarlaşdırılmalıdır.
Tırtıl bəndləri yanıq və qopmalardan təmizlənməlidir.
Tırtıl bəndlərinin boyuncuqlarının yuvalarının səthlərində qum, axmalar və yanıqlara iczaə verilmir.
Qırma şırnağı ilə təmizləndikdən sonra tırtıl bəndləri tökmələrin səthlərndə qüsurun aşkarlanması vizual baxış və maqnit defeskopunda bütövlüyə yoxlanılmaqla aparılır.
Tırtıl bəndlərində aşağıdakı qüsurlar düzəlişsiz buraxılır.
- tırtıl bəndi tökmələrin bütün səthlərində hər tırtıl bəndində 11 ( on bir ) ədəddən çox olmamaqla dərinliyi 1,0 mm-ə qədər , diametri 0,5-1,0 mm-ə qədər olan və qrup halında yerləşməyən tökmə boşluqları.
- tırtıl bəndi tökmələrin xarici səthlərində hər tırtıl bəndində 3 ədəddən çox olmamaqla dərinliyi 1,5mm-ə qədər , diametri 2 mm-ə qədər olan tökmə boşluqları.
- tırtıl bəndi elementlərinin qovuşma yerlərində hər tırtıl bəndində 3 ədəddən çox olmamaqla dərinliyi 1,5 mm-ə qədər, diametri 10 mm-ə qədər olan sıxlaşma xarakterli batıqlar.
Düzəlişsiz buraxılan qüsurların sayı hər tırtıl bəndində 11 ədəddən çox olmamalıdır.
Təmizləndikdən sonra qaynaqla aradan qaldırılmasına icazə verilən qüsurlar:
Tırtıl bəndinin oyuq səthlərində hər tırtıl bəndində 2 ədəddən çox olmamaqla 3 mm-ə qədər , diametri 5 mm-ə qədər olan kor boşluqlar
Tırtıl bəndinin qalan bütün sahələrində ( boyuncuqdan başqa ) hər tırtıl bəndlərində 3 ədəddən çox olmamaqla dərnliyi 3,0 mm-ə qədər, dametri 4 mm-ə qədər olan kor boşluqlar
Qaynaqla aradan qaldırılmasına icazə verilən qüsurların sayı hər tırtıl bəndində 5 ədəddən çox olmamalıdır.
Qüsurların aradan qaldırılması əməliyyatları normallaşdırma termiki əməliyyatınadək aparılmalıdır.
Tırtıl bəndində əyilmə 1,0 mm-dən çox olmamalıdır. Əyilmə 1mm-dən 5 mm-ə qədər olduqda düzəltməyə iczaə verilir. Düzəltmə və sonrakı tabəksiltmə arasındakı vaxt 6 saatdan çox olmamalıdır.
Tırtıl bəndlərinin tökmələri mexaniki emala normallaşdırılmış vəziyyətdə göndərilir.
|
| |