|
Referat " Tırtıl bəndinin tökmə texnologiyasının işlənməsi"
|
bet | 12/14 | Sana | 20.01.2024 | Hajmi | 1,41 Mb. | | #142102 | Turi | Referat |
Bog'liq Diplom nümunəsi Rüstəmova Pəri 757 AŞəkil 3.9. Model və metalın qarşılıqlı təsir sxemi: 1-qaz fazası, 2-maye faza
Tökmə qəlibində metalın qalxma sürəti aşağıdakı tənliklə müəyyən edilir:
Vmet = , (3.1)
burada Fqid və Fmod –qidalandırıcı və qəlib boşluğunun (modelin) en kəsiyi;
μ– maye metalın sərf əmsalı;
Hh–metalın hidrostatik təzyiqi;
γm– metalın sıxlığı;
Pq– ara boşluğunda qaz təzyiqi, bu təzyiq (3.1) tənliyi ilə təyin olunur.
Beləliklə, verilmiş fiziki model əsasında tökmə sisteminin hesabatı üçün metodika təklif olunmuşdur. Tökmə sisteminin hesabatının təklif edi-lən metodikası aşağıdakılardan ibarətdir. Metalın qəlibi doldurma vaxtı modelin hündürlüyünün metalın optimal qalxma sürətinə nisbəti kimi tapılır:
τ=H/V;
– metalın optimal qalxma sürəti metalın qəlibə əvəzetmə rejimində tökülməsi şər-tindən təyin edilir:
– tökmə sisteminin dar kəsiyinin sahəsi F, Ozan tənliyinə görə tapılır:
∑F= , (3.2)
burada ∑F – qidalandırıcının en kəsiyi (qapalı), dayağın dibində en kəsiyi (açıq sis-temdə); μ –sərf əmsalıdır.
Odur ki, tökmə sisteminin dar en kəsiyinin hesablanması üçün digər metod tət-biq edirlər, bu zaman Pq və ya modelin termodestruksiyasının müqaviməti metalın sərf əmsalı μm ilə nəzərə alınır. Bu halda
μ∑=μ∙μm , (3.3)
burada μ– boş qəlibə tökülərkən metal sərfi əmsalıdır.
Maye ərintilərin qəlibə tökülməsi zamanı μm–i təyin etmək üçün O.İ.Şinskiy [63] metodika təklif etmişdir. Bu metodikaya görə metalın sərf əmsalı qəlibə tökü-lərkən metalın ifrat qızma temperaturu θt və qəlibə çəkilmiş örtüyün qazkeçiricili-yindən asılıdır:
– metalın ifrat qızdırılma temperaturu 1,15> θt>1,11 olduqda
μm=0,1+0,008Kp+1,4θt , (3.4)
– metalın ifrat qızma temperaturu θt>1,15 olduqda:
μm=0,54+0,08Kp . (3.5)
Lakin bu metodikanın ciddi bir çatışmazlığı vardır, burada örtüyün qazkeçirici-liyini təyin etmək çətindir. Qazkeçiriciliyin təyini metodikası hələlik yoxdur, möv-cud üsullar isə dürüst nəticələr almağa imkan vermir.
Töküyün məlum olan kəsiyi Fb və qəlibdə metalın hərəkət sürətinə Vm görə ça-lovdan çıxan metalın başlanğıc sərfi belə tapılır:
Q=FbVm , sm/s (3.6)
Tapılan başlanğıc sərfə Q görə kasanın tövsiyə edilən nömrəsi və onda metalın basqı hündürlüyü h2 təyin edilir. Deşiklərin sərf əmsalını nəzərə almaqla kasada de-şiyin en kəsik sahəsi belə tapılar:
f1= , sm2 (3.7)
Qidalandırıcıların cəmi en kəsik sahəsi ∑f3 və dayağın en kəsiyinin sahəsi f2 be-lə nisbətdə qəbul edilə bilər:
0,5f2=∑f3.
Dayağın en kəsik sahəsi maye metalın qəlibə tökülməsinin başlanğıc anında mo-deldən ayrılan qazların təsiri altında dayaqdan metalın kasaya tullanmasının aradan qaldırılması şərtindən təyin edilir:
f2= , (3.8)
burada F–qidalandırıcının verilmə yerində dayağın oxuna perpendikulyar istiqamət-də töküyün en kəsik sahəsi, sm2 ; hqid– qidalandırıcının hündürlüyü, sm; hd– dayağın hündürlüyü, sm;
hd –töküyün hündürlüyü və izafi təzyiqin (kasada basqı nəzərə alınmadan) hi cə-mindən ibarətdir, hd~ 8sm qəbul edilir (töküyün divar qalınlığı 15–dən 40 mm qədər olduqda); n–dempfirləmə (zərbənin udulması) əmsalıdır (xırda və orta töküklər üçün n=0,5–0,25 qəbul edilir).
VNİİLitmaşın polad töküklərin tökmə sistemlərinin hesablanması üçün təklif et-diyi metodika (çuqun töküklər üçün qidalandırıcıların en kəsiyi Fq 1,3 dəfə az götü-rülür) aşağıdakıları özündə ehtiva edir:
– qidalandırıcının en kəsiyi Fqid belə təyin olunur:
Fqid = , (3.9)
burada 0,06–ölçü əmsalı;
Ps– metalın saniyəlik sərfi, kq/san;
Km–mürəkkəblik əmsalı, kq/dm3;
Ht–qəlibdə vəziyyətinə görə töküyün hündürlüyü, dm;
Hiz– töküyün yuxarı nöqtəsi və tökmə kasasında metalın səviyyəsi arasında məsafə, dm (hiz=0,33L–polad, hiz=0,28L–çuqun, hiz= 0,20L–əlvan töküklər üçün, L–töküyün əsas kütləsinin axırıncı nöqtəsindən dayağa qədər məsafədir, dm).
Beləliklə, tökmə sisteminin hesablanması metodikasının əsasında qəlibdə metalın optimal qalxma sürəti durmalıdır. Bu sürət isə modelin termodestruksiya sürəti və metalın qalxma sürəti arasındakı tarazlıqla müəyyən olunur. Lakin bu zaman tökmə qəlibinin dar kanallarında metalın axmasının mümkün sürətləri (bu haqda ədəbiyyatda məlumatlar yoxdur) və modelin termodestruksiyasına qəlibə tökülən metalın istilik itkiləri nəzərə alınmır və indiyə-dək araşdırılmamışdır. Bu sadalananlar isə tökmə qəlibinin dolmasına təsir göstərən çox ciddi amillərdir.
3.4. Hazır tırtıl bəndinin keyfiyyətinə nəzarət
Tırtıl bəndlərinin tökmələri mexaniki emala partiyalarla göndərilir. Hər partiyadakı tökmələrin sayı 200 ədəddən çox olmamalıdır.
Tam hazır tırtıl bəndləri qəbula 150-200 ədəddən ibarət partiyalarla təqdim edilir.Hər tırtıl partiyasına aşağıdakıları göstərməklə keyfiyyət haqqında sənəd tərtib edilir.
Istehsalçı müəssisənin əmtəə nişanı
Tırtıl bəndinin cizgi nömrəsi
Tırtıl bəndinin sayı və çəkisi
|
| |