İSDN- şəbəkəsinin təşkili, funksiyaları, göstəriciləri




Download 0,59 Mb.
bet3/40
Sana11.01.2024
Hajmi0,59 Mb.
#134851
1   2   3   4   5   6   7   8   9   ...   40
Bog'liq
DOC-20240109-WA0011.

5. İSDN- şəbəkəsinin təşkili, funksiyaları, göstəriciləri
Kotelnikov teoremina görə, darzolaqlı telefon rabitə şəbəkəsində analoq sellərinin diskretləşdirmə tezliyi saniyədə 8 Khs olmalıdır. Bu halda səs tezlikli siqnalların strob impulsları formasında məntiqi sıfır və məntiqi vahid simvolları şəklində təsvir etmək üçün onlar uzunluğu 8 bit olmaqla hissələrə bölünür. Nəticədə, veriliş sürəti B-8x8-64000-64 Kbit/san olur. Bu İSDN şəbəkəsində
B adlanan informasiyalı kanalın tezlik spektrini təşkil edir. Kanalın baza konfiqurasiyası 2xB+D=2x64+16=144 Kbit/san olur. İSDN şəbəkəsi əsas 2 ədəd B kanalından, bir ədəd xidməti D kanalından, əlavə olaraq buraxma qabiliyyəti daha yüksək 384Kbit/san veriliş sürətli H0, veriliş sürəti 1536 Kbit/san. olan H11 və veriliş sürəti 1920 Kbit/san olan H12 rəqəmli kanalı təqdim edə bilir(Rəqəmli selin real veriliş sürəti). İlkin veriliş sürəti 1544 və 2048Kbit/san. olan halda D kanalları üçün veriliş sürətləri 64Kit/saniyəyə çatdırıla bilir. İSDN şəbəkəsində müxtəlif veriliş sürətli informasiya sellərini birləşdirmk üçün TDM (İngilis dilində Time Division Multiplexinq-vaxta görə informasiya sellərinin birləşdirilməsi) texnologiyasından istifadə edilir.Bu halda fərdi sürətdə ixtiyari yük mənbəyi üçün ayrıca tezlik zolağı ayrılır və onlar elementar kanal (standart kanal) adlanır. Baxılan halda əvvəlcədən nəzərdə tutulan təminatlı tezlik zolağı ayrılır.
İSDNstandartında baza tipli kanallar təyin edilir və onlar əsasında müxtəlif təyinatlı interfeyslər tədbiq edilir. Beləliklə,elektrik rabitəsinin bütün növlərinin inteqrasiyası nəticəsində, vahid genişzolaqlı rabitə şəbəkəsi yaradılır. Qeyri-telefon mənbələri abunəçi xəttində ən çox 0,15 Erlanq-lıq xüsusi yük yarada bilər. Hal-hazırda rəqəmli tetefon stansiyalarının şəhər telefon şəbəkələrində tədbiqi nəticəsində, qeyri-telefon rabitə xidmətlərinin inteqrasiyası Kifayət qədər geniş vüsət almışdır. Bu məqsədlə son terminalları abunəçi xətt şəbəkəsinə qoşmaq(daxil etmək) üçün kommutasiya edilən kodlar ayrılır və bu kateqoriyadan olan yük mənbə lərinə xidmət etmək üçün müstəqil Kommutasiya stansi-yalarını qurmağa ehtiyac qalmır. Telefon və qeyri-telefon rabitə xidmətlərinin inteqrasiyası, ISDN şəbəkəsində yaranan yüklərin pulsuasialarının(yükün sıçrayışları nəzərdə tutulur) "hamarlanmasına imkan verir. Nəticədə kommutasiya ava- danlığından va rabitə kanallarından istifadə edilmə əmsalı yüksəlir,cari istismar xərcləri isə kifayət qədər azalır,xidmətin maya dəyəri aşağı düşür, müəssisənin xüsusi gəliri artır və fond verimi əmsalı (mahiyyəti bir manatlıq fondun neçə manatlıq gəlir gətirməsi) artır və iqtisadi səmərəlilik əmsalı kifayət qədər yüksəlir.
ISDN şəbəkəsində digər veriliş sürətli kanallar ilə rabitə yaratmaq üçün kanalların razılaşdırılması (interfeys) təmin edilməlidir.

Download 0,59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40




Download 0,59 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İSDN- şəbəkəsinin təşkili, funksiyaları, göstəriciləri

Download 0,59 Mb.