|
Rəqəmli kommutasiyada birləşmənin təşkili
|
bet | 5/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134851 |
Bog'liq DOC-20240109-WA0011.9. Rəqəmli kommutasiyada birləşmənin təşkili.
10. Rəqəmli kommutasiyanın təşkili.
Rəqəmli kommutasiya sistemlərinin, kommutasiya sahəsi kanalları fəza və vaxta görə ayrılan kommutasiya blokları üzərində qurulmaqla yanaşı, həmin stansiyalar proqramı əvvəl cədən yazılmış idarəedici sistemlərə malik olmuşdur. Kanalları vaxta (zamana)görə ayrılmış rəqəmli stansiyalarda istifadə edilən kommutasiya elementləri müxtəlif vaxt rejimlərində işləyir. Bu səbəbə görə də eyni kommutasiya elementi ilə eyni vaxtda bir neçə birləşmə (trakt) təşkil etməklə yanaşı, kommutasiya sahəsinin avadanlığından yüksək dərəcədə isti- fadə etməyə imkan vermişdir. Nəticədə informasiya xidmət keyfiyyətini saxlamaqla bərabər onun iqtisadi göstəricilərini də xeyli yaxşılaşdırmağa imkan vermişdir. Rəqəmli stansiyaların kommutasiya sahəsi İKM və Delta modulyasiya metodları əsasında, kanalların zamana görə bölünməsi prinsipində, qurulur. Analoq siqnallarının kommutasiya sistemlərinin kommutasiya sahəsindən keçməklə onun girişi ilə çıxışı arasında birləşmə təşkil etmək üçün analoq siqnalları əvvəlcə AİM və İKM metodları əsasında analoq-rəqəm çevrilmə prosesləri həyata keçirilir. Bu halda, qəbul tərəfində, əks-rəqəm- analoq çevrilmə prosesini aparmaqla mikrofonda analoq(sas) siqnallarını qəbul etmək olar.
Mövcud rəqəmli kommutasiya sistemləri dolayı üsulla idarə edilir, yəni kommutasiya sisteminin girişi ilə çıxışı arasında birləşmə birbaşa deyil(analoq stansiyalarında olduğu kimi) dolayı üsulla həyata keçirilir. Bu isə o deməkdir ki, dolayı üsulla birləşmə dövrəsini təşkil etmək üçün reqistr(operativ yaddaş) tədbiq edilməlidir. İlk rəqəmli kommutasiya stansiyalarının idarəedici sistemlərin iki rejimdə işləməsi nəzərdə tutulmuşdur:
*Proqramı əvvəlcədən yazılan rəqəmlı kommutasiya sistemləri (şəkil 5.1);
*Proqramı yazıla(dəyişdirilə bilən rəqəmlı kommutasiya sistemləri (şəkil 5.2).
Proqramı əvvəlcədən yazılan,rəqəmli kommutasiya sistemləri (məs., kvazielektron sistemli ATS) mərkəzləşdirilmiş idarə edici sistemi (MIS) tərəfindən həyata keçirilir. Proqramı yazıla (dəyişdirilə bilən rəqəmlı stansiyalarda funksional blokların ardıcıl işləmə imkanı yaddaş blokunda yazılmış proqram əsasında həyata keçirilir(məs., İstok tipli kvazielektron ATS). Bu stansiyalarda proqramı dəyişmək üçün yaddaş blokuna yazılmış proqramın yenidən işlənməsimi tələb edir.
|
| |