|
İmpuls modulyasiya metodu və analoq siqnallarının çevrilməsi
|
bet | 6/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134851 |
Bog'liq DOC-20240109-WA0011.11. İmpuls modulyasiya metodu və analoq siqnallarının çevrilməsi.
Analoq siqnallarının rəqəmli metotlarla çevrilməsi sahəsində bir çox görkəmli ixtira və kəşflər edilmişdir. Bu kəşflərin içində Kotelnikovun siqnalların çevrilməsi ideyası va Şennonun kanalların buraxma qabiliyyəti haqqındakı görkəmli fikirləri,gördüyü işlər, kommutasiya texnologiyası sahəsində öz səmərəli nəticələrinivermişdir.AIM metodunun adları sadalanan ciddi nöqsanları siqnalların digər metodlarla axtarışını tələb edirdi.Bu işin banilərindən biri görkəmli rus ali- mi akademik V.A.Kotelnikov bu üsülu impuls kod modulyaiyası (İKM) adlandırmışdır.
12. Analoq siqnallarının çevrilməsi.
Rəqəmli kommutasiya və veriliş sistemlərinin sxemlərinin işlənməsinin nəzəri əsaslarının səmərəli texniki qərarlarının (ideyaların) axtarışı, tarixən güclü elmi-tətqiqat işləri ilə əlaqədar ol- muşdur. Bu sahəyə bənzəri olmayan görkəmli elm adamları özlərinin süurlu həyatlarını həsr etmişlər(Naykvist, Kotelnikov, Bell, Şennon və s.). Kommutasiya və rəqəmli veriliş texnikası sahəsində aparılan bir çox elmi-praktik tətqiqat işlərinin əsasını analoq formalı siqnalların çevrilməsi, onların rabitə xətləri(traktları, elektrik dövrələri) ilə ötürülməsi (retranslyasiyası), kommutasiya sahəsində kommutasiya edilməsi və stansiyalararası rəqəm traktları ilə son istifadəçilərə çatdırılması metodları təşkil edir. Bu sahədə aparılan elmi-tətqiqat işləri çoxsaylı elmi kəşflər, ixtiralar və görkəmli elm fədailərinin adı ilə birbaşa bağlıdır. Elektrik siqnallarının rabitə xətlə- ri(kanalları) ilə veriliş metodları, rabitə qovşaqlarında(tele- fon stansiyalarında), səs (danışıq) tipli siqnalların (informasiya sellərinin) kommutasiyası, onların rəqəm formasına çevrilməsi,retranslyasiyası, modulyasiyası(demodulyasiyası),s ıxılması (genişləndirilməsi), kodlanması,kod çevrilməsi və bəzi başqa proseslər ilə əlaqədar olmuşdur. Aparılan işlərin par- laq nəticəsindən sonra əvvəlcə kvazielektron, sonra elektron, daha sonralar isə rəqəmli kommutasiya sistemlərinin, hal-hazırda isə paket kommutasiyalı kommutasiya sistemlərinin (stasionar və ya mobil rabita sistemlərinin) yaradılmasının elmi-bazasının təşkilində görkəmli rol oynamışdır.Elektron-rə- qəm kommutasiya sistemlərinin qurulma və işləmə prinsiplərini öyrənmək üçün ilkin olaraq analoq impuls modulyasi- ya(AIM) metodları əsasında modulyasiya, analoq formalı siqnalların rəqəm formasına əksinə çevrilməsi prosesləri ilə əlaqədardır.Rabitə xətləri(elektrik dövrələri) ilə informasiya sellərinin verilməsi metodları ixtira edilib,kəşf ediləndən sonra elektron kommutasiya sistemlərinin qurulma ideyası real- laşmışdır. Elektron kommutasiya sistemlərinin qurulması və iş prinsipini başa düşmək üçün, analoq siqnallarının rəqəmli siq- nallara çevrilməsi prosesini öyrənmək lazım gəlir. Məlumdur ki, kommutasiya stansiyalarına qoşulan müxtəlif kateqoriyalı abunəçi-telefon,yükmənbələrindən daxil olan informasiya selləri-yəni analoq formalı siqnalları rəqəm seli formasına çevirmədən rəqəmli kommutasiya sistemlərini qurmaq mümkün deyildir.Bu ideyanın banisi kimi görkəmli rus alımi, Nobel mükafatçısı akademik V.A.Kotelnikov sayılır (1933-cü il). Məhz Kotelnikov öz görkəmli elmi işləri ilə sübut etmişdir ki, aşağı tezlik spektri ilə məhdudlanan(yerləşən) analoq formalı siqnalları, özünün elementar ani qiymətləri formasında göstərmək olur(tarixi məlumatlara əsasən bu işlərlə əslində ilk dəfə Şennon məşğul olmuşdur və ona görə Kotelnikovun ilk olması tarixi cəhətdən səhfdir, lakin onun bu sahədə gördüyü işlərin sonrakı inkişafında görkəmli xidmətlərini danmaq mümkün deyildir).
|
| |