• İKM30/32
  • İKM-İmpuls kod modulyasiyası




    Download 0,59 Mb.
    bet9/40
    Sana11.01.2024
    Hajmi0,59 Mb.
    #134851
    1   ...   5   6   7   8   9   10   11   12   ...   40
    Bog'liq
    DOC-20240109-WA0011.

    17. İKM-İmpuls kod modulyasiyası.
    18.İKM metodu əsasında rabitənin təşkili. (19 ilə eyni)
    19. Rəqəm kommutasiyaının təşkili.
    20. İki abunəçi arasında kommutasiya prosesi.
    Ş əkil 1. İki abunəçi arasında kommutasiya prosesinin təşkilinin struktur sxemi
    Şəkil 1-də rəqəmli kommutasiyanın təşkilinin struktur sxemi təsvir edilmişdir. Struktur sxem mahiyyətcə rəqəmli veriliş sistemi ilə eynilik təşkil edir.
    Struktur sxemdən görünür ki,iki abunəçi arasında təşkil edilən birləşmə traktı dördnaqilli olub, zamana görə sıxlaşdırılmış ümümi xətt dəstəsindən(zamana görə sıxlaşdırılmış E1 tipli kanallardan) istifadə etməklə eyni vaxtda 30 abunəçi arasında ikitərəfli(dupleks rabitə) birləşmə təşkil etməyə imkan verir. Birləşmə traktı fərdi və ümümi hissələrdən təşkil edlir.İxtiyari abunəçi dördnaqilli trakt ilə ümümi stansiya dövrəsinə (şinininə) qoşulmaqla, iki tərəfli rabitənin təşkilində iştirak edir. Bu halda veriliş və qəbul tərəfləri həmişə ümümi stansiya şininə birləşmiş vəziyyətdə olur.Ümümi stansiya şininə(ÜSŞ) bir tərəfdən fərdi avadanlıqla N abunəçi(yük mənbəyi) qoşulmuş olur. Struktur sxemdən görünür ki,birləşmə dövrəsində: Standart differensial sistem(DS), balans konturu BK, EK1 və EK2 elektron kontaktı, aşağı tezlik süzgəci ATs (rus dilində ФНЧ),aşağı tezlik gücləndiriçisi ATg(rus dilində УНЧ),digər tərəfdən ÜSŞ-nə daimi qoşulmuş qrup qurğuları-veriliş tərəfində koder, qəbul tərəfində isə dekoder(birlikdə kodek adlanır) istifadə edilir. Qrup qurğuları ilə abunəçi komplektləri(AK) stansiyalararası xətlərlə(fiziki və ya sıxlaşdırılmış) digər kommutasiya sistemlərinin abunəçiləri ilə ikitərəfli dupleks rabitə təşkil edə bilir. İki tərəfli birləşmə yaratmaq üçün ixtiyari abunəçi komplekti kanal impulslarını paylayan(KİP), idarəedici sistemi ilə çıxış birləşməsi olur, çünki həmin sistemdən modulyasiya təşkil etmək üçün,fasiləsiz olaraq idarəedici impulslar ardıcıllığı daxil olur. Bu məqsədlə KİP-in tərkibinə N sayda impuls kanalını idarə etməyə imkan verən təkrarlanan sabit cərəyanlı düzbucaqlı idarəedici impuls ardıcıllığını formalaşdıran takt impuls generatoru(TİG)istifadə edilir.Onların köməyi ilə N sayda vaxt(impuls)kanalının vaxt intervalla- rı təyin edilir.
    Qeyd etmək lazımdır ki, stansiyalararası məsafə 5 kilometrdən yüksək olduqda birləşmə traktında İKM30/32 rəqəmli veriliş sistemi (30 desibellık səviyyə ilə 36 kilometrlik məsafə) və məsafə 36-104 kilometr olarsa, iki xidmət edilən İKM 30/32 sistemi arasında əlavə olaraq xidmət edilməyən regenerasiya məntəqələri istifadə edilir. Məsafə 104 kilometrdən yüksək olarsa,daha İKM 30/32 deyil, növbəti İKM-120 sistemi tətbiq edilir. (İKM30/32 sisteminin təsir radiusu maksimum bir ədəd xidmət edilməyən retranslyasiya avadanlığı-konteyneri tətbiq edilməklə 106 km-dir). Xidmət edilən dedikdə, İKM30/32 sisteminin telefon stansiyalarında yerləşdirilıməsi başa düşülməlidir.
    21. Xətti və qeyri-xətti çeviricilər, koderlər.

    Download 0,59 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   40




    Download 0,59 Mb.