• 14. AİM metodu bazasında çoxkanallı kommutasiya prosesinin təşkili.
  • AİM metodu bazasında çoxkanallı kommutasiya sahəsinin təşkili




    Download 0,59 Mb.
    bet7/40
    Sana11.01.2024
    Hajmi0,59 Mb.
    #134851
    1   2   3   4   5   6   7   8   9   10   ...   40
    Bog'liq
    DOC-20240109-WA0011.

    13. AİM metodu bazasında çoxkanallı kommutasiya sahəsinin təşkili.
    Çoxkanallı kommutasiya sahəsini təşkil etmək üçün zaman üsüllu kanallar ilə fasiləsiz təkrarlanan düzbucaqlı formalı impulslar ardıcıllığının verilişini təşkil etmək tələb edilir. Bu halda eyni kanala məxsus qonşu impulslar arasındakı müddətdə digər kanallara məxsus impulslar verilə bilər.Zaman kanalları ilə səs tipli siqnaları verdikdə, onlar əvvəlcə zamana görə elementar hissələrə bölünməlidir. Bu proses texniki ədəbiyyatda diskretləşdirmə adlanır. Diskretləşdirmə əməliyyatını aparmaq üçün, amplitud impuls modulyasiya(AIM) metodu tədbiq edilir. Nəticədə, fasiləsiz səs tipli siqnallar müxtəlif amplitudalı impulslar ardıcıllığına çevrilir.Bundan sonra birləşmə traktı ilə əvvəlcə birinçi kanala məxsus, sonra ikinci kanala məxsus və nəhayət N-ci kanala, məxsus impulsların verilişi təşkil edilir.Bundan sonra isə eyni proses təkrarlanmağa başlayır.
    Elektron kontaktlarının qapanma anında fərdi kanal siqnallarına aid AİM-1 tipli siqnallarının ani qiymətləri- impulslar AİM-2siqnallar çoxluğunu yaradır.AİM-2 siqnalları toplayıcı qurğunun-koderin girişinə daxil olub, kodlanır və kodlanmış siqnallar birləşmə traktına daxil edilir. Qəbul tərəfində birləşmə traktı ilə daxil olan AİM-2 tipli siqnaldan, dekoderin tətbiqi ilə qəbul edilən siqnallar dekodlanır, eyni adlı giriş ka- nallarına məxsus AIM-1 siqnalları ayrılır və onların təsirindən uyğun adlı elektron kontaktları işə düşür. Bu halda da elektron kontaktlarının işini kanal impulslar bölüşdürücü (KİB) generatoru idarə etməklə,verici və qəbuledici kanalların öz aralarında düzgün işləməsi üçün, elektron kontaktları sinxron və sinfaz işləməsi prosesi təmin edilir.
    14. AİM metodu bazasında çoxkanallı kommutasiya prosesinin təşkili.
    İki abunəçi arasında AIM metodu əsasında birləşmə yaratmaq üçün, sistemin iş prinsipi ilə tanış olaq. Analoq formalı fasiləsiz səs (danışıq) növlü siqnallar,aşağı tezlikli zolaq süz- gəcinin(ATS) girişinə (bu əslində diskretizator sxemidir) daxil olur və burada siqnalın tezlik spektri məhdudlanır. Məhdudlanmış siqnal, fərdi elektron kontaktlarının birinci girişinə daxil olur. Faktiki olaraq elektron kontaktı AİM növlü modulyator olduğundan, onun işləməsi üçün modulyator ikinci giri- şinə aparıcı sabit cərəyan impulslar seli ardıcıllığı verilir. Burada diskret kommutasiya sistemlərinin (stasionar və ya mobil rabita sistemlərinin) yaradılmasının elmi-bazasının təşkilində görkəmli rol oynamışdır.Elektron-rə- qəm kommutasiya sistemlərinin qurulma və işləmə prinsiplərini öyrənmək üçün ilkin olaraq analoq impuls modulyasi- ya(AIM) metodları əsasında modulyasiya, analoq formalı siqnalların rəqəm formasına əksinə çevrilməsi prosesləri ilə əlaqədardır.Rabitə xətləri(elektrik dövrələri) ilə informasiya sellərinin verilməsi metodları ixtira edilib,kəşf ediləndən sonra elektron kommutasiya sistemlərinin qurulma ideyası real- laşmışdır. Elektron kommutasiya sistemlərinin qurulması və iş prinsipini başa düşmək üçün, analoq siqnallarının rəqəmli siq- nallara çevrilməsi prosesini öyrənmək lazım gəlir. Məlumdur ki, kommutasiya stansiyalarına qoşulan müxtəlif kateqoriyalı abunəçi-telefon,yükmənbələrindən daxil olan informasiya selləri-yəni analoq formalı siqnalları rəqəm seli formasına çevirmədən rəqəmli kommutasiya sistemlərini qurmaq mümkün deyildir.Bu ideyanın banisi kimi görkəmli rus alımi, Nobel mükafatçısı akademik V.A.Kotelnikov sayılır (1933-cü il). Məhz Kotelnikov öz görkəmli elmi işləri ilə sübut etmişdir ki, aşağı tezlik spektri ilə məhdudlanan(yerləşən) analoq formalı siqnalları, özünün elementar ani qiymətləri formasında göstərmək olur(tarixi məlumatlara əsasən bu işlərlə əslində ilk dəfə Şennon məşğul olmuşdur və ona görə Kotelnikovun ilk olması tarixi cəhətdən səhfdir, lakin onun bu sahədə gördüyü işlərin sonrakı inkişafında görkəmli xidmətlərini danmaq mümkün deyildir).

    Download 0,59 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   40




    Download 0,59 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AİM metodu bazasında çoxkanallı kommutasiya sahəsinin təşkili

    Download 0,59 Mb.