|
İSDN- şəbəkəsinin funksiyaları
|
bet | 4/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134851 |
Bog'liq DOC-20240109-WA0011.6. İSDN- şəbəkəsinin funksiyaları.
İSDN telefon şəbəkəsi aşağıdakı funksiyaları da yerinə yetirir:
uzaqlaşdırılmış hesablama mərkəzlərini öz aralarında birləş- dirməyə imkan verir(lokal səbəkələr, yəni LAN təşkil edilir).
- Internet və video konfrans rabitə xidmətini təşkil etməyə imkan verir.
- ISDN texnologiyasında baza daxil olma (BRİ və ya BA) və ya ilkin daxil olma (PRİ və PA) həyata keçirilir. Baza daxil olma dedikdə,abunəçi veriliş sürəti 64Kbit/s olan kanal başa düşülür.Texniki ədəbiyyatda bu (2B+D) kimi yazılır. Siqnallaşma kanalı ayrıca ÜKS sistemi ilə təşkil edilir. İlkin daxil olma dedikdə, abunəçi veriliş sürəti 2 Mqbit/san olan 30 ədəd B kanalına veriliş sürəti 64 kbit/san olan bir ədəd D (siqnal-laşma-xidməti) kanalın ayrılması nəzərdə tutulur.
ISDN şəbəkəsində abunəçi xətləri rəqəm sistemli kommutasiya sistemlərinə iki fiziki telefon kabelləri ilə birləşdirilir. Bu halda baza daxil olmasında So tipli interfeys işlənir. Ümumiyyətlə rəqəmli abunəçi xətlərinin (xADSL) istifadə edilməsində məqsəd, abunəçiləri keyfiyyətli rabitə xidməti ilə təmin etmək, onlara genişzolaqlı yeni xidmətləri (məsələn multimedia xidmətlərini) təqdim etmək və ən vacibi, veriliş sürətini artırmaqdır.
7..İSDN texnologiyalı şəbəkədə tətbiq edilən interfeyslər və funksiyaları.
ISDN texnologiyalı şəbəkələrdə, əsas etibarı ilə, BRİ tipli interfeys ailəsinə məxsus üç tip interfeysdən istifadə edilir (BRI baza qoşulma deməkdir və onun köməyi ilə İSDN stansiya istifadəçiləri arasında stansiyadaxili birləşmə təşkil edilir). Baza qoşulması üçün veriliş sürəti 64Kbit/san olan iki ədəd B məntiqi informasiya kanalından və veriliş sürəti 16 Kbit/san olan bir ədəd D xidməti kanaldan istifadə edilir. ISDN şəbəkəsində tədbiq edilən interfeyslərin vəzifələri ilə yaxından tanış olaq:
1.IU tipli interfeysi. Bu, tam və ya yarımdupleks rejimində işləyən stansiyanı telefon aparatı ilə birləşdirən bir cüt kabel dövrəsindən ibarətdir. U tipli interfeysə yalnız bir ədəd NT adlanan terminal qoşmaq olar.
2. S/T(So) tipli interfeys. Bu interfeys dörd naqilli elektriki dövrədən bir cüt giriş və bir cür çıxış) ibarətdir.Konstruktiv olaraq RJ-45 va ya RJ-11 kimi (montaj yuvası-kabel) hazırlanır. S/T interfeysinin yuvasına bir kabeli montaj etməklə 8 ədəd TEl adlı interfeys terminalımı şəbəkə ilə birləşdirmək olur (onların köməyi ilə adi telefon, modem, faks aparat və s. şəbəkəyə qoşula bilir).
3. NT1, NT2 terminalları. Bunlar şəbəkə sonluqları adlanır. Şəbəkə sonluğu BRİ kanalının bir hissəsini təşkil edir. Onunla mövcud iki naqilli kabel cütü U kanalı ilə 4 naqilli S şinini öz aralarında kabel ilə birləşdirilir. Baxılan halda bir ədəd istifadəçi U kanalı bir ədəd NT-1 və ya iki ədəd NT-2 terminallı dövrəsini iki cüt S/T interfeysinə qoşmağa imkan verir( iki naqilli giriş və çıxış rabitəsi ayrı-ayrı olmaq şərti ilə). Mahiyyət etibarı ilə, S və T xarici görkəmlərinə görə bir birinə oxşar şinlərdir(bunlar da interfeys vəzifəsini yerinə yetirir). Fərq burasındadırki,S interfeysinə qidalanma vermək- la terminalı dövrəyə daxil etmək olursa, amma bu halda tele- fon aparatını şəbəkəyə S/T adlı terminallar ilə daxil etməklə asanlıqla analoq sellərini çevirə bilir. Məhz bu səbəbdən onlar qısaca S/T adlanır və onun tədbiqi ilə bircütlü kabel dövrəsi ilə ofisdaxili (müəssisədaxili) rabitə təşkil edilir. Baxılan halda bir-birinə paralel olan 8 terminal U kanalı ilə İSDN şəbəkəsinə RJ45 adlanan xüsusi qurğu ilə birləşdirilir.
4.PRİ(Primary Ratelnterfase) interfeysləri. Bu interfeyslər ilə birbaşa mövcud abunəçi xətləri (PSTN şəbəkəsini) genişzolaqlı maqistral xətlərinə qoşulur. Bu halda, ilkin səviyyədə, interfeyslər aşağıdakı funksiyaları öz aralarında yerinə yetirir.
a)Eltipli sistemlər üçün. 30 ədəd B tipli və bir ədəd D tipli kanal (30B+D) yaratmaq üçün istifadə edilir.
b)T1 standartı sistemlər üçün. Bu standart Şimali Amerika, Yaponiya dövlətləri, həmçinin DEST standartında mobilrabitənin təşkili üçün istifadə edilir. 23 ədəd B tipli və bir ədəd D tipli kanal yaratmaq üçün istifadə edilir(23B+D).
5. İlkin səviyyə üçün PRİ interfeysi. İSDN şəbəkə istifadəçiləri arasında ikitərəfli rabitə yaratmaq üçün nəzərdə tutulmuş standart interfeys tipidir. Konstruktiv cəhətdən ilkin səviyyəli PRI interfeysi elə əsas BRİ interfeysi kimidir.
8 . İSDN- şəbəkəsinin strukturu, PSTN-lə rabitənin təşkili
PSTN-lə rabitəsinin təşkili.
ISDN (Integrated Services Digital Network) ifadəsi xidmətləri inteqrasiya edilən rəqəmli telefon şəbəkəsi deməkdir. ISDN şəbəkəsi mövcud ümumi istifadəli (PSTN).
analoq telefon şəbəkə tərkibində qondarma şəbəkədir. İSDN şəbəkəsinin PSTN şəbəkəsindən prinsipial fərqi bu texnologiyanın tədbiqi sahəsində istifadəçilər arasında birbaşa kommutasiya edilən rəqəmli kanalların (birləşmə traktlarının) təşkilidir.Həmin kanaldan müxtəlif tipli informasiya sellərinin daşınması üçün istifadə etmək olur. Əvvəla birləşmə traktı təşkil etməklə yüksək xidmət keyfiyyətli rabitə birləşməsi təşkil edilir, əlavə olaraq rabitə birləşməsi müddətində çoxsaylı servis xidmətlərini (230 xidmət) təmin etməklə informasiya təminatı həyata keçirilir. İkinci, əlavə xərc çəkmədən, istifadəçilər ikinci telefon traktına sahib olurlar (istifadəçi əlavə bir telefon aparatı almalıdır) Üçüncüsü, çağıran istifadəçi təkcə çağırılan istifadəçi ilə danışmır onu video kanalda görmək imkanı təşkil edilir, yəni İSDN şəbəkəsinin köməyi ilə, real vaxt müddətində bir neçə istifadəçi arasında video konfrans rabitəsi təşkil edilə bilir. Sonuncu xidmət, operativ informasiya mübadiləsi prosesində kəskin sürətdə tələb edilən sahələrdə kifayət qədər faydalı bir fəaliyyət növüdür. Dördüncü yeni abunəçi xətlərinin çəkilməsi mümkün olmayan hallarda, yalnız mövcud bir cüt mis dövrəli abunəçi xətti ilə şəhər daxilndə və ya şəhərlərarasında bir-birindən xeyli uzaqda yerləşmiş ofislər arasında veriliş sürəti 128 Kbit/san olan vahid lokal şəbəkə halında birləşdirmək üçün tayı-bərabər olmayan imkanlar yaranır.
|
| |