• Mühərrikin reostatsız, birbaşa işə salınması
  • Sabit cərəyan mühərriklərinin işə salınması




    Download 325,47 Kb.
    bet4/6
    Sana26.11.2023
    Hajmi325,47 Kb.
    #105817
    1   2   3   4   5   6
    Bog'liq
    sabit cərəyan mühərrikləri

    Sabit cərəyan mühərriklərinin işə salınması

    Sabit cərəyan mühərriklərini işə salmaqdan ötrü aşağıdakı üsullar tətbiq edilir.


    1. Mühərrikin birbaşa şəbəkəyə qoşulması(reostatsız işə salma)
    2.Lövbər dövrəsinə qoşulmuş reostat \vasitəsi ilə mühərrikin işə salınması(reostatlı işə salınma)
    3.Lövbərə verilən gərginliyin tənzimlənməsi vasitəsilə mühərrikin işə salınması
    Qeyd edək ki, 3-cü üsulla işə salmada gərginlik tənzimlənməsi üçün xüsusi aqreqatlar istifadə edilir.


    Mühərrikin reostatsız, birbaşa işə salınması

    Belə işə salma üsulunda heç bir işə salma aparatından istifadə edilmədiyinə görə işə salma zamanı cərəyanın kəskin sıçrayışla artması ilə hesablaşmaq lazım gəlir. Bu zaman:



    1. Kollektor üzərində güclü qığılcımlanma, hətta dairəvi alov baş verə bilər.

    2. Lövbər dövrəsindəki mühafizə və ölçü aparatlarının iş prosesi mürəkkəbləşər.

    3. Mühərriki bəsləyən şəbəkə belə cərəyan sıçrayışına hesablanmalıdır, əks halda böyük gərginlik düşküsü yaranar.

    4. Mühərrikin valında böyük qiymətli moment yaranar.

    Sadə olmaq üçün paralel təsirlənən mühərrikin şəbəkəyə yüksüz, yəni M2 =0 olması halında reostatsız işə salınmasına baxaq. Nəzərə alaq ki,

    1. U=const

    2. Mühərrik əvvəlcədən təsirlənib

    3. Lövbər reaksiyası mühərrikin Ф maqnit selini dəyişməz.

    4. Mühərrikdəki itkilərin yaratdığı M0, yüksüz işləmə momenti nəzərə alınmır

    5. Ns =0

    Bu halda mühərrikin e.h.q.
    olar.
    Moment tənliyi isə

    Hal-hazırda işə salma zamanı cərəyanın qiyməti nominaldan 6-8 dəfə artıq olduqda, gücü 6 KVt-a qədər olan mühərriklərin reostatsız işə salınması mümkün hesab edilir. Mühərrik yüksüz işə salınarsa. Sürətin nominala çatma müddəti ti.b=0,1÷0,3 san olur ki. Bu zaman lövbər dolağının qızması cəmi bir neçə dərəcə olur. Reostatsız işə salmanı böyük və orta güclü mühərriklərə tətbiq etmək üçün cərəyan müəyyən olunmuş qiymətə çatdıqda lövbər dövrəsi tez təsir edən açarlarla açılır, cərəyan azaldıqdan yəni işə qoşma qurtardıqdan sonra yenidən qoşulur. (şəkil 4.4)

    Şəkil 4.4. Paralel təsirlənən mühərrikin reostatsız işə salınması



    Download 325,47 Kb.
    1   2   3   4   5   6




    Download 325,47 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Sabit cərəyan mühərriklərinin işə salınması

    Download 325,47 Kb.