Mühərrikin reostatla işə salma üsulu
Mühərrikin işə salma prosesində cərəyanın sıçrayışlarını azaltmaq məqsədi ilə mühərrikin lövbər dövrəsinə işə salma reostatı qoşulur. Lövbər dövrəsinə dörd seksiyadan ibarət üç sıxaclı işə salma reostatı qoşulmuş paralel təsirlənən mühərrikin işə salınmasını araşdıraq.
Mühərriki işə salmaqdan ötrü P kəsən açarını qapayıb dəstəyi 1 kontaktı üzərinə keçirək. Mühərrik təsirlənir , lövbər dövrəsində isə işə salma cərəyanının İnJ Yuxarı həddini təyin edən cərəyanın ilk sıçrayışı baş verir. Mühərrikin işə salma anında mühərrik e.h.q.
=0 olduğundan, onda cərəyan
Burada, Rəl reostatın bütün seksiyalarının müqavimətidir. Qəbul edək ki,
Ф =const, yəni lövbər reaksiyası mühərrikin maqnit selinə təsir etmir. İşə salmanın başlanğıc momenti Mn1 = CMInlФ olur. Əgər bu moment Ms statiki momentdənböyük olarsa, mühərrik hərəkətə başlayacaq. Bu zaman bu n sürətinə əks olan e.h.q. yaranacaqdır. Bu e.h.q. əks olduğuna görə işə salma cərəyanı və ona müvafiq işə salma momenti də azalacaqdır. İşə salma cərəyanı İn2-yə qədər azaldıqda reostat 2-ci pilləyə keçirilir. Bu qayda ilə reostatın 4 pilləsi tamamilə dövrədən çıxarılır, mühərrik İ cərəyanı və n sürəti ilə qərarlaşmış rejimdə işləyir. (şəkil 4.5)
Şəkil 4.5. Paralel təsirlənən mühərrikin reostatla işə salınması
Mühərrikin lövbərinə verilən gərginliyin tənzimi ilə işə salma
Böyük güclü mühərriklərdə işə salma reostatları çox iri olub. Tez-tez işə salma hallarında küllü miqdarda enerji itkisi bu reostatlarda yaranır. Buna görə də belə mühərriklərin işə salınmasında, mühərrikə verilən gərginliyin dəyişdirilməsi, yəni tənzim olunmasında istifadə edilir. Əvvəllər gərginliyin tənzim edilməsi generator-mühərrik sistemi ilə həyata keçirilirdi. Bu üsul təkcə mühərriki işə salmaq üçün deyil, həm də onun sürətini tənzim etmək üçün istifadə edilirdi. Bu məsələ ilə sonra daha ətraflı tanış olacağıq. Hal-hazırda yarımkeçiricilər texnikasının sürətli inkişafı mühərrik-generator sistemindən daha da səmərəli olan tiristor çeviricilərinin istifadəsinə imkan verir. Tiristorlar üzərində qurulmuş müxtəlif sxemlərə, üçfazlı, altı fzlı, üç fazalı reaktorlu, üç fazalı körpü sxemlərindən istifadə etməklə şəbəkənin dəyişən gərginliyini idarə olunan sabit gərginliyə çevirirlər, sonra isə bu gərginlikləmühərriki işə salırlar. Bu üsulla həm də mühərrikin sürəti tənzim olunduğundan onun haqqında sonralar daha ətraflı danışacağıq.
|