|
Mühərrikin e.h.q.-si tənliyi
|
bet | 3/6 | Sana | 26.11.2023 | Hajmi | 325,47 Kb. | | #105817 |
Bog'liq sabit cərəyan mühərrikləriMühərrikin e.h.q.-si tənliyi
Fərz edək ki, mühərrikin A-B sıxaclarına U=const gərginliyi verilib. Qütblərin şəkildə göstərildiyi qütblüyü və lövbərdəki İa cərəyanının göstərilən istiqamətində mühərrikin valında saat əqrəbinin əks istiqamətinə yönəlmiş fırladıcı Ma elektromaqnit momenti əmələ gələcəkdir. Bu zaman mühərrik həmin momentin təsiri altında müəyyən sabit n sürəti ilə fırlanma hərəkətinə gələcəkdir. Sağ əl qaydasını tətbiq etsək təyin edərik ki, lövbər dolağında lövbər cərəyanının, eləcə də verilən gərginliyin əksinə yönəlmiş ea e.h.q.-si yaranacaqdır. Ona görə də fırlanma hərəkətində olan mühərrikin lövbər dolağında yaranan ea e.h.q.-si əks e.h.q.- si adlanır. Mühərrikin keçid rejimində lövbər dövrəsində özünə induksiyalanan e.h.q.-si yaranır. (Şəkil 4.3.)
Şəkil 4.3. Mühərrikin momenti və e.h.q.-si
Burada, U-mühərrikin sıxaclarındakı gərginlik, La -lövbər dövrəsinin induktivliyidir. Onda Kirxhofun ikinci qanununa görə
(1)
və ya
(2)
olar. (3) ifadəsi mühərrikin istənilən iş rejimi üçün e.h.q.-nin müvazinət tənliyidir. Mühərrik qərarlaşmış rejimdə olduqda, yəni olduqda yox olur. Onda
(3)
olur. Burada Ea və İa qərarlaşmış iş rejiminə uyğun e.h.q.-si.cərəyanıdır.
Mühərrikin momentlər tənliyi
Ümumi halda mühərrikin valına aşağıdakı momentlər təsir göstərir:
1. Fırladıcı elektromaqnit momenti - Ma
2. Elektrikləşdirilmiş aqreqatın statiki qüvvələrindən yaranan, mühərrikin bucaq sürətinə çevrilmiş statiki moment - Ms
3. Mühərrikin lövbərinə birləşdirilmiş bütün fırlanan hissələrin kütlələrinin ətalət momenti J ilə əlaqədar olan dinamiki moment - Mj
Mühərrikin elektromaqnit momenti
Yazmaq olar, sadə olmaq üçün simvolda olan “a” işarəsini ataq. Statiki momentlər:
a)reaktiv
b)potensial və ya aktiv momentlərə ayrılır.
Reaktiv momentlərə misal olaraq, sürtünmədən, qeyri-elastiki cisimlərin dartılmadan və burulmadan yaranan (iplik və liflərin burulmasından) statiki momentlər aiddir və bu moment həmişə mühərrikin fırlanma momentinin əksinə yönəlmiş olur, ona görə də tormozlayıcı moment adlanır. Mühərrikin özündə əmələ gələn sürtünmədən lövbər poladındakı itkilərdən əmələ gələn M0 momenti də bu momentə aiddir.
Bu moment yüksüz işləmə momenti adlandırırlar.
Aktiv momentlərə misalı olaraq elastiki cisimlərin sıxılması, çəkisindən, burulmasında və dartılmasından yaranan momentlər aiddir. Belə momentlər lövbərin bir fırlanma istiqamətində tormozlayıcı xarakter daşısa da digər istiqamətə fırlanması zamanı hərəkət etdirici xarakter daşıyır, yəni mühərrikin fırlanma istiqaməti dəyişdikdə öz istiqamətlərini dəyişmirlər.
Deməli, statiki momentə xarakterindən asılı olmayaraq ona iki momentin cəmi kimi baxmaq olar.
Ms =M0 + M2
M2 momenti, mühərrikin valında yaranan Pa faydalı gücə uyğun, faydalı tormozlayıcımoment adlandıracağıq.
Mühərrikin dinamiki momenti
şəklində ifadə olunur.
Mühərrikin fırladıcı momenti M ilə bu momentlər arasında aşağıdakı asılılıq vardır.
Qərarlaşmış rejimdə n=const olduqda
olur.
|
| |