Sabit cərəyan mühərriklərinin sürətinin tənzimi
Sabit cərəyan maşınları fırlanma sürətinin tənzim edilməsi cəhətdən misilsiz və dəyərli üstünlüklərə malikdirlər.
Mühərrikin dövrəsinə Rtənz.tənzimedici müqaviməti qoşulan halda onun e.h.q. tənliyinin ifadəsindən
alarıq. İfadədən görünür ki, sabit cərəyan mühərrikinin fırlanma sürətini aşağıdakı üsullarla tənzim etmək mümkündür.
Şəbəkənin U gərginliyini dəyişməklə
Lövbər dövrəsinin Ia(Ra+Rtmz) gərginlik düşküsünü dəyişməklə
Təsirlənmə selini dəyişməklə
Lövbər dövrəsindəki reostat vasitəsilə sürətin tənzimi
Paralel təsirlənən mühərrik misalında bu tənzimlənmə üsulunu araşdıraq. Mühərrikin sxemi aşağıdakı şəkildə verilmişdir (şəkil 4.6). Lövbər dövrəsindəki Rtenz reostatı elə seçilməlidir ki, sürəti istənilən diapazonda tənzim etmək mümkün olsun. Tənzimləmədə şəbəkə gərginliyini və təsirlənmə cərəyanını sabit qəbul edəcəyik. Yəni, U=const və iT = const. Qəbul edək ki, Ms =M0+M2 və mühərrikin fırlanmasürətindən asılı deyildir. Yəni, Ms =const. Tənzimlənməyə qədər qərarlaşmış iş rejimi üçün
əgər tənzimlənmə reostatının dəstəyini 1 vəziyyətindən 2 və ya 3 vəziyyətinə keçirib Rtənzim müqavimətini lövbər dövrəsinə daxil edək. Bu halda lövbər dövrəsindəki cərəyan
Qiymətinə qədər azalacaqdır (şəkil 4,6; 4,7)
Şəkil 4.6. Paralel təsirlənən mühərrikin sxemi
Şəkil 4.7. Paralel təsirlənən mühərrikin sürətinin tənzimlənməsi
Lövbər cərəyanının belə azalması mühərrikin momentinin azalmasına səbəb olacaqdır. Nəticədə mühərrikin valında mənfi işarəli dinamiki momenti yaranacaqdır. Bu momentin təsiri altında mühərrikin sürəti azalmağa başlayacaqdır. Sürətin azalması əks e.h.q.-nin azalmasına və uyğun olaraq cərəyanın Iaartmasına səbəb olacaqdır. n fırlanma sürətinin və Ea əks e.h.q.-nin azalması İa cərəyanın və eləcə də M fırlanma momentinin öz əvvəlki qiymətinə qədər artmasına səbəb olacaqdır. Nəticədə mühərrik qərarlaşmış iş rejimində işləməyə başlayacaqdır. Bu zaman
olacaqdır.
|