Mövzu 11. Yağlayıcı materialların klassifikasiyası.
Yağlayıcı və qoruyucu materiallar yaranmasına görə bitki, hevan və mineral yağlarına bölünürlər.
Bitki yağlayıcı materialları bitki toxumlarının emalından alınan yağlardan istehsal edirlər (genegercek, pambıq və s.), heyvan mənşəyi yağlar – heyvanların əzələlərinin və sümüklərinin emalından sonra alınan yağlar (qoyun və mal piyi, texniki balıq yağı, sümük ya s.yağlar). Lakin bitki və heyvan mənşəyi yağların payı kimya elminin inkişafı ilə kəskin azalır və onlar sintetik və mineral yağlar ilə əvəz olunur.
Mineral yağlayıcı və qoruyucu materiallar almaq üçün əsasən neftdən, daş kömürdən, torfdan və s. kimi xammaldan istifadə olunur. Ən cox yayılmlış və istifadə olanan mineral yağlayıcı və qoruyucu materiallar neftdən hazırlanır məs.ox, silindr, mühərrik və s.
Yağlayıcı və qoruyucu materiallar duru, konsistent və bərk olur. Duru yağlayıcı materiallar və ya yağlar elə yağlara deyirlər ki, onlar adi temperaturda duru halda qalırlar.
Konsistent yağlayıcı materiallar və ya qoruyucular elə yağlara deyirlər ki, onlar müəyyən saxlama şəraitində yarıduru və ya bərk halda qalırlar. Bu kateqoriyanın materiallarını qızdırdıqda onlar əriyir və duru hala keçirlər. Solidol, konstalin, vazelin belə yağlara misaldı.
Bərk yağlayıcı və qoruyucu materiyalar ətraf mühitin temperaturu dəyişdikdə öz strukturunu və halını dəyişmirlər. Məs. qrafit, talk və s.
Mineral yağlayıcı yağlar belə klassifikasiya olunur:
- Alınma üsuluna görə - distilyat, qalıq və qarışıq yağlar.
-Təmizlənmə üsuluna görə - turşu-qələvi təmizlənmiş üsulu ilə yağlar, turşu-kontakt qələvi və selektiv təmizlənmiş üsulu ilə yağlar.
- Təyınatına görə - sənaye, aviasiya, avtotraktor, dizel, transmissiya, porşen və buxar maşınları üçün, ox, turbin, kompressor, xüsusi təyinatlı yağlar.
Bütün sadalanmış yağlar dəmiryol nəqliyyatında istifadə olunur.
Texnikada ən çox yayılmış və istifadə olunan neftdən alınan yağlar və qoruyucu materiallardır.
|