Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar




Download 75.34 Kb.
bet15/25
Sana03.04.2021
Hajmi75.34 Kb.
#13996
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
Mövzu 13. Yağların və qoruyucu materialların funksiyaları.
Metal və onun ərintilərindən hazırlanan məmulatlar havanın oksigeni, karbon qazı, atmosfer yağıntıları, torpağda olan nəmliyin təsirindən korroziyaya məruz qalırlar. Korroziyanın təsiri nəticəsində metalların səthi yeyilir, məmulatların, qurğuların keyfiyyəti körlanır. Onlar hətta tamam xarab və yararsız ola bilər.

Korroziya elektrokimyəvi və kimyəvi olur. Vaqon metalkonstruksiyalar atmosfer və yüksək temperatur olmayan mühitində işləyirlər, ona görə vaqon metalkonstruksiyalar ən çox yayılmış korroziya növlərindən elektrokimyəvi korroziya növünə uğrayır. Elektrokimyəvi korroziyası yaranmağı üçün nəmli və ya elektrolit mühit mövcud olmalıdı. Metal konstruksiyaların səthini süni qatlarnan örtülməsi ən geniş yayılmış və keyfiyyətlı vasitələrdən biridir, çünki həmin qatlar metalkonstruksiyaları atmosfer və ya başqa zərərli mühitinin təsirindən qoruyur və korroziya ilə mübarizə aparır. Korroziyadan qoruyucu vasitələr içində lak-boya materialları birinci yer tutur. Sürtünmə düyünlərin səthini konservasiya zamanı xüsusi qoruyucu yağlarnan yağlayırlar, ekspluatasiya zamanı isə adsorbent aşqarlar qatılmış yağlarnan yağlayırlar qat yaradır.

Yağların və qoruyucu materialların əsas funksiyaları vaqon konstruksiyaların detalların işləmə müddətini uzatmaq, onların səthində sürtünmə və ya başqa mühitlərin təsiri nəticəsində ekspluatasiya zamanı yarana bilən nasazlıqı qabaqcadan aradan qaldırmaq. Təcrübə göstərir ki, yağlayıcı və qoruyucu materiallardan istifadə etmədikdə, metal vaqon konstruksiyaların işləmə müddəti qat qat azalır, hətta sürtünmə düyünlərin istifadəsi belə qeyri mümkün olardı. Lakin yağlayıcı və qoruyucu materialların hər hansı bir tipi və ya növü müəyyən şəraitdə və mühitdə heç də istənilən effekti və nəticəni vermir. Yağların və qoruyucu materialların düzgün secimi və ya dəyişdirilməsi texniki-iqtisadi baxımından müəyyən aşağıdakı faktorlardan asılıdır:

1. Metalkonstruksiyaların ümumi istismar vaxtı - yağların və qoruyucu materialların yağlayıcı və antikorroziya xüsusiyyətləri onların əsas funksiyalarındandır. Bu faktor sənayenin istehsal etdiyi məmulatların ümumi həcmini dəyişdirir, məs.bütövlükdə vaqonların, diyircəkli çarxların, təkər cütlərinin.

2. Metalkonstruksiyaların vaxtaşırı istismar təmiri, hansi ki uzunmüddətli dərəcəliyi ilə, yağlayıcı və ya qoruyucu materialın stabilliyi ilə, temperatur və havanın oksigeni təsiri altında dayanətliyi ilə və s. Bu faktor təmir xərclərinə təsir edir.

3. Təmir işlərinin müddəti və həcmi, hansılar ki, yağlayıcı və lak-boya materiallarının texnoloji xüsusiyyətləri ilə bağlıdır, yəni qorunan səthin üzərinə asan silinib və çəkilməsi, sürtünən düyünlərin detallarının yuyulması və s.

4. Metalkonstruksiyanın hər hansı bir elementinin əsasən sürtünən düyünlərin etibarlı işləməsi. Bu faktor təsadüf o cümlədən qatar yolda qedərkən baş verən nasazlıqlara təsir edir. Təsadüf nasazlıqlar böyük itkilərə səbəb olur, çünki qatarların qecikməsi baş verir, hətta qəza şəraitidə ola bilər.

5. Energetik xərclər, hansılar ki qatarların hərəkətinə müqavimət ilə müəyyən edilir, məs. buks düyünlərində. Daha yaxşı yağlayıcı material seçdikdə diyircəkli çarxlarda sürtünmə koeffisiyenti azalır və bununla da yanacaq və elektrik enerjisinin sərfi azalır və ildə millyonlarla manat qənaət edilir.

Yağlayıcı və lak-boya materiallar detalların və məmülatların təmiri zamanı asan silinir, təmizlənir və ya bərpa olunur. Ona görə daha yaxşı və keyfiyyətli yağlayıcı və qoruyucu materiala keçəndə böyük kapital xərclər lazım olmur. Kimya və neftemalı sənayesinin yağlar və qoruyucu materiallar sahəsində yüksək nailiyyətləri böyük texniki iqtisadi effekt verir.



Download 75.34 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Download 75.34 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar

Download 75.34 Kb.