Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar




Download 75,34 Kb.
bet22/25
Sana03.04.2021
Hajmi75,34 Kb.
#13996
1   ...   17   18   19   20   21   22   23   24   25
Mövzu 20. Konsistentli yağlayıcı yağlar. Əsas fiziki – kimyəvi xassələri.

Konsistentli yağlayıcı yağlar mineral yağların qatılaşdırıcılarla qarışığıdır. Öz strukturuna görə konsistentli yağlayıcı yağlar sistem şəkilli olur və iki və ya bir neçə hissədən - fazadan ibarət olur. Mövcud olan konsistentli yağlayıcı yağlar əsasən ikifazalıdır – qatılaşdırıcı və mineral yağ. Məlhəmə oxşar konsistentli yağ əlavə edilən qatılaşdırıcının keyfiyyət və miqdarından asılıdır. Konsistentli yağların tətbiq sahəsi çox genişdir. Belə ki, fasiləsiz olaraq yağ verilə bilməyən sürtünən hissələr maye yağın dayanması mümkün olmayan qovşaqlar konsistentli yağ ilə yağlanır. Bu yağların yüksək təzyiq altında və hərəkət sürəti böyük olmayan qovşaqlarda işlədilməsi asandır. Konsistentli yağlar eyni zamanda metal səthləri korroziyadan mühafizə etmək üçün qoruyucu yağ kimi də istifadə olunur.

Yağlama materiallarına adi şəraitdə axma qabiliyyətinə malik olan maye yağlardan başqa konsistentli yağ adlanan, məlhəmə oxşar geniş maddələr qrupu da daxildir. Konsistentli yağların tərkibinə mineral yağlama yağı (əsas), qatılaşdırıcı, doldurucu və möhkəmləndirici daxildir. Istənilən konsistentli yağın əsas ümumi həcmin 80-90%-ni təşkil edən az özlülüklü sənaye yağından, qatılaşdırıcı – piyli turşunun duzu (sabun) və bərk karbohidrogenlərdən ibarətdir. Başqa yağlama materiallarından konsistentli yağları fərqləndirən xüsusiyyət odur ki, onlar bərk və maye halda ola bilirlər.

Konsistentli yağlayıcı yağlar qatılaşdırıcının növünə görə və tətbiq sahəsinə görə klassifikasiya olunur. Konsistentli yağlayıcı yağlar qatılaşdırıcının növünə görə bölünürlər:

sabunlu – yüksək yağlayıcı turşulu sabunlarla qatılaşmış,

karbohidrogenli – bərk karbohidrogenlərlə qatılaşmış (parafin),

orqanik – piqmentlərlə qatılaşmış (suda həll olmayan boyalı tozlarla).

Ən geniş yayılmış sabunlu və karbohidrogenli qatılaşdırıcılardır.

Tətbiq sahəsinə görə konsistentli yağlayıcı yağlar bölünür:

universal – xalq təsərrüfatında istifadə olunan əksər mexanizmlər üçün,

xüsusi – müəyyən iş şəraitində işləyən o cümlədən dəmiryol hərəkət tərkiblərinin sürtünmə düyünlərini yağlamaq üçün. Xüsusi konsistentli yağlayıcı yağlar 6 qrupa bölünür. Onlardan birinə dəmiryol yağlayıcıları aiddir.

Konsistentli yağlayıcı yağların keyfiyyətini və tətbiq sahəsini aydınlaşdırmaq üçün onların əsas fiziki-kimyəvi xassələrini müəyyənləşdirmək lazımdır. Yumşaqlığın dərəcəsi, damcıdüşmə temperaturu və stabillik konsistentli yağlayıcı yağların əsas fiziki-kimyəvi xassələridir.

Konsistentli yağlayıcı yağların yumşaqlıq dərəcəsi tərkibində olan mineral yağın özlülüyündən, qatılaşdırıcının miqdarı və keyfiyyətindən asılıdır.

Müəyyən şəraitdə qızdırılan yağdan ilk damcının düşmə anına uyğun gələn temperatura damcıdüşmə temperaturu deyilir. Bu parametr yağın hansı temperaturda əriyəcəyini, maye şəklinə keçəcəyini xarakterizə edir ki, bununla da yağ öz işləmə qabiliyyətini itirmiş olur. Konsistentli yağlayıcı yağların bu göstəricisi etibarlı işini təmin etmək üçün yağlanan birləşmələrin temperaturu damcıdüşmə temperaturundan ən azı 10-20 oC aşağı olmalıdır. Damcıdüşmə temperatura qatılaşdırıcıların mənşəyi təsir edir. Konsistentli yağlayıcı yağlar damcıdüşmə temperaturuna görə üç qrupa bölünür:

1. tezəriyən - damcıdüşmə temperaturu 65oC- dək

2. ortaəriyən - damcıdüşmə temperaturu 65-100oC civarında

3. gecəriyən - damcıdüşmə temperaturu 100oC-dən yuxarı

Konsistentli yağlayıcı yağların stabilliyi.

Saxlandıqda yaxud tətbiq edildikdə konsistentli yağlayıcı yağdan mineral maye hissəsinin ayrılmasına müqavimət göstərmə qabiliyyətinə onun kolloidal stabilliyi deyilir.

Mexaniki satabillik konsistentli yağlayıcı yağın əsas istismar keyfiyyətlərindən biri olub, onun dağılmasına müqavimət göstərə bilməsinə deyilir. Konsistentli yağlayıcı yağa uzun müddət mexaniki təsir göstərdikdə onun həm özlülüyü, həm də möhkəmlik həddi azalır. Mexaniki stabilliyi aşağı olan yağlar asanlıqla dağılır və qovşaqdan xaricə çıxır.

Kimyəvi stabillik dedikdə konsistentli yağlayıcı yağın havanın oksigeni təsirindən yarana bilən oksidləşməyə qarşı davamlılıq xüsusiyyəti başa düşülür. Oksidləşmə adətən yüksək temperaturlarda 100oC-dən yuxarı baş verir, yağın turşuluq ədədini dəyişdirir.

Bu əsas xüsusiyyətlərdən başqa konsistentli yağlayıcı yağların keyfiyyəti onların tərkibində olan suyla, küllə, mexaniki qatışıqlarla, turşularla və s.xarakterizə olunur.





Download 75,34 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   25




Download 75,34 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar

Download 75,34 Kb.