|
Fiziki kəmiyyətlər və onların ölçü vahidləri
|
bet | 4/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rFiziki kəmiyyətlər və onların ölçü vahidləri
Fiziki kəmiyyət sistemin halını xarakterizə edir. Fiziki kəmiyyət dedikdə bir çox fiziki obyektlər üçün keyfiyyətcə ümumi, kəmiyyətcə isə hər bir obyekt üçün fərdi olan xüsusiyyət başa düşülür. Obyekt və proseslərin halını xarakterizə etmək üçün müxtəlif fiziki kəmiyyətlərin ölçülməsi vacibdir. Fiziki kəmiyyətin ölçülməsi onun qiymətinin xüsusi texniki vasitələrin köməyi ilə təyin edilməsidir. Ölçmə nəticələri ölçülən kəmiyyətin ölçü vahidi ilə ifadə olunur.
Fiziki kəmiyyətin ölçü vahidi onun qəbul olunmuş və qanuniləşdirilmiş müəyyən miqdarıdır. Kəmiyyətlərin ölçülməsi beynəlxalq səviyyədə ümumi vahidlər sisteminin olmasını tələb edir.
Əvvəllər də müxtəlif variantlarda vahidlər sistemi mövcud olmuşdur. Məs: metr, qram, saniyə SQS ( santimetr, qram, saniyə ) sistemi kimi qəbul edilmiş, lakin sonralar MKS ( metr, kiloqram, saniyə ) sistemi ilə əvəz olunmuşdur. 1832 - ci ildə Karl Qauss uzunluq, güc, kütlə, zaman vahidlərindən ibarət ilk dəfə olaraq vahidlər yığımını tərtib etmişdir. 1851- ci ildə isə Vilhelm Veber bütün elektrik vahidlərinin sistemini yaratmışdır və həmin sistem müasir elektrik vahidləri sisteminin əsasını təşkil edir. 1960 - cı ildə ölçü və çəkilərə aid XI konfrans beynəlxalq vahidlər sisteminin - Sİ yaradılması haqqında qərar qəbul etdi.
Sİ sistemi özündə bütün ölçü vahidlərini birləşdirmişdir. Bu sistemə əsasən ölçü vahidləri əsas və törəmə ölçü vahidlərinə bölünürlər. Əsas və törəmə ölçü vahidləri aşağıdakı cədvəllərdə göstərilmişdir.
1.6.1. Əsas ölçü vahidləri
Fiziki kəmiyyətin adı
|
Fiziki kəmiyyətin vahidi
|
Sİ – də şərti işarəsi
|
Uzunluq
|
metr
|
m
|
Kütlə
|
kiloqram
|
kq
|
Vaxt
|
saniyə
|
san
|
Cərəyan şiddəti
|
amper
|
A
|
Temperatur
|
kelvin
|
K
|
İşıq şiddəti
|
kandela
|
cd
|
Maddə miqdarı
|
mol
|
mol
|
|
| |