1.6.2. Mexaniki törəmə ölçü vahidləri
Dönmə bucağı
|
radian
|
rad
|
Cisim bucağı
|
steradian
|
sr
|
Sahə
|
kvadrat metr
|
m 2
|
Həcm
|
kub metr
|
m3
|
Tezlik
|
hers
|
Hs
|
Bucaq tezliyi
|
radian / saniyə
|
rad / san
|
Sürət
|
metr / saniyə
|
m / san
|
Təcil
|
metr / saniyə kvadratı
|
m / san2
|
Bucaq sürəti
|
radian / saniyə
|
rad / san
|
Bucaq təcili
|
radian / saniyə kvadratı
|
rad / san2
|
Dalğa uzunluğu
|
metr
|
m
|
Firlanma tezliyi
|
dövr / saniyə
|
d / san
|
Sıxlıq
|
kiloqram / kub metr
|
kq / m3
|
Çəki
|
nyuton
|
N
|
Xüsusi çəki
|
nyuton / kub metr
|
N / m3
|
Qüvvə
|
nyuton
|
N
|
Təzyiq
|
paskal
|
Pa
|
Qüvvə momenti
|
nyuton∙ metr
|
N ∙ m
|
Fırlanma momenti
|
nyuton ∙ metr
|
N ∙ m
|
İş
|
coul
|
C
|
Güc
|
vatt
|
Vt
|
Enerji
|
coul
|
C
|
Qravitasiya sahəsinin intensivliyi
|
nyuton / kiloqram
|
N / kq
|
Elektrik törəmə ölçü vahidləri
Elektrik yükü
|
kulon
|
Kl
|
Elektrik dipol momenti
|
kulon ∙ metr
|
Kl ∙ m
|
Qütbləşmə
|
kulon / kvadrat metr
|
Kl / m2
|
Vakuumda dielektrik keçiriciliyi
|
farad /metr
|
F / m
|
Elektrik sahəsinin gərginliyi
|
volt / metr
|
V / m
|
Elektrik yerdəyişmə seli
|
kulon
|
Kl
|
Elektrik yerdəyişmə seli sıxlığı
|
kulon / kvadrat metr
|
Kl / m2
|
Elektrik potensialı
|
volt
|
V
|
Tutum
|
farad
|
F
|
Müqavimət
|
om
|
Om
|
Xüsusi müqavimət
|
om ∙ metr
|
Om ∙ m
|
Keçiricilik
|
simens
|
Sm
|
Xüsusi keçiricilik
|
simens / metr
|
Sm / m
|
Cərəyan sıxlığı
|
amper / kvadrat metr
|
A / m2
|
Elektrik enerjisinin sıxlığı
|
coul / kub metr
|
C / m3
|
Reaktiv müqavimət
|
om
|
Om
|
Impedans
|
om
|
Om
|
Admitans (bütöv keçiricilik )
|
simens
|
Sm
|
Elektrik güçü
|
vatt
|
Vt
|
Elektrik enerjisi
|
coul
|
C
|
Xarakteristik müqavimət
|
om
|
Om
|
Itki bucağı
|
radian
|
rad
|
1.6.4. Maqnit törəmə ölçü vahidləri
Maqnit skalyar potensialı
|
amper
|
A
|
Maqnit sahəsinin gərginliyi
|
amper / metr
|
A / m
|
Maqnit seli
|
veber
|
Vb
|
Maqnit vektor potensialı
|
veber / metr
|
Vb / m
|
Maqnit hərəkət qüvvəsi
|
amper ∙ sarğı
|
A ∙ sarğı
|
Maqnit keçiriciliyi
|
henri / metr
|
Hn / m
|
Maqnit dipol momenti
|
amper ∙ kvadrat metr
|
A ∙ m2
|
İnduktivlik
|
henri
|
Hn
|
Qarşılıqlı induksiya
|
henri
|
Hn
|
Maqnit müqaviməti
|
amper / veber
|
A / Vb
|
Maqnit keçiriciliyi
|
veber / amper
|
Vb / A
|
Maqnitlənmə
|
amper / metr
|
A / m
|
1.6.5. Optik törəmə ölçü vahidləri
Şüalanma enerjisi
|
coul
|
C
|
Şüalanma seli
|
vatt
|
Vt
|
Şüalanma gücü
|
vatt / steradian
|
Vt / sr
|
Enerji parlaqlığı
|
vatt / steradian kvadrat metr
|
Vt / ( sr · m2 )
|
Enerji işıqlanması
|
vatt / kvadrat metr
|
Vt / m2
|
İşıq enerjisi
|
lyumen ∙ saniyə
|
lm ∙ san
|
İşıq seli
|
lyumen
|
lm
|
İşıqlanma
|
lyumen / kvadrat metr
|
lm / m2
|
İşıqlanma
|
lyuks
|
Lk
|
Parlaqlıq
|
kandela / kvadrat metr
|
cd / m2
|
İşığın əks olunması
|
lyumen / vatt
|
lm / Vt
|
İşıq effektivliyi
|
lyumen / vatt
|
lm / Vt
|
Çox vaxt fiziki kəmiyyətlərin on dəfələrlə böyük və kiçik qiymətlərindən istifadə olunur. Ölçü vahidlərinin bu qiymətlərini ifadə etmək üçün tətbiq edilən onluq vuruqların tərtibinə görə əmsal - sözönləri aşağıdakı cədvəldə göstərilmişdir:
Vuruq
|
adı
|
Sİ-də
işarəsi
|
Vuruq
|
adı
|
Sİ-də
işarəsi
|
10-18
|
atto
|
a
|
101
|
deka
|
da
|
10-15
|
femto
|
f
|
102
|
hekta
|
h
|
10-12
|
piko
|
p
|
103
|
kilo
|
K
|
10-9
|
nano
|
n
|
106
|
meqa
|
M
|
10-6
|
mikro
|
mk
|
109
|
qiqa
|
G
|
10-3
|
milli
|
m
|
1012
|
tera
|
T
|
10-2
|
santi
|
s
|
1015
|
peta
|
P
|
10-1
|
desi
|
d
|
1018
|
ekza
|
E
|
Elektrik ölçü vahidlərinin şərti işarələri
I – cərəyan şiddəti
U – gərginlik
P – güc
R – elektrik müqaviməti
Zd – dalğa müqaviməti
Z – tam müqavimət
C – elektrik tutumu
L – induktivlik
e – elektrik hərəkət qüvvəsi
φ – gərginlik və cərəyan arasında faza fərqi
ω – dəyişən cərəyanın bucaq tezliyi
f – dəyişən cərəyanın tezliyi
a – elektrik sönməsi
λ – elektromaqnit dalğa uzunluğu
Elektrik ölçmə vasitələrinin təsnifatı
Ölçmə vasitələri ölçmədə istifadə olunan və normalaşdırılmış metroloji xarakteristikalara malik xüsusi texniki vasitələrdir.
Şəkil 2.1. Elektrik ölçmə vasitələrinin təsnifatı
Şəkil 2.1 – də elektrik ölçmə vasitələrinin təsnifatı sxemi göstərilmişdir. Təsnifatına görə ölçmə vasitələrinə aşağıdakılar daxildir:
1. Ölçülər – fiziki kəmiyyətin müəyyən qiymətini özündə əks etdirən ölçmə vasitəsidir. Ölçülər bir qiymətli, çoxqiymətli və ölçü dəstinə bölünürlər. Birqiymətli ölçü fiziki kəmiyyətin vahid ölçüsünü əks etdirir. Ölçmə zamanı eyni kəmiyyəti müxtəlif üsullarla ölçdükdə eyni qiymət alınmalıdır. Çoxqiymətli ölçü eyni adlı fiziki kəmiyyətin müxtəlif ölçüsünü əks etdirir. Çoxqiymətli ölçülərə dəyişən tutumlu kondensatoru misal göstərmək olar. Ölçü dəsti eyni adlı bir sıra müxtəlif ölçülü kəmiyyətləri təcəssüm etdirən xüsusi ölçülər komplektindən ibarətdir. Ölçü dəsti ölçmə texnikasında geniş yayılmışdır. Buna misal olaraq müqavimətlər mağazasını, tutumlar mağazasını göstərmək olar.
2. Elektrik ölçmə çihazları - müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada ölçmə informasiyası yaradan elektrik ölçmə vasitələrinə deyilir. Ölçmə cihazlarının göstərişi ölcülən kəmiyyətin vahidi ilə ifadə olunur. Ölçmə cihazları analoq və rəqəm ölçmə cihazlarına bölünür.
3. Ölçmə çeviriciləri – sonradan çevirmək, ötürmək, işləmək və yadda saxlamaq üçün münasib formada ölçmə informasiya siqnalı hasil edən ölçmə vasitələridir. Elektrik kəmiyyətlərini qeyri - elektrik kəmiyyətlərinə çevirən və qeyri - elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirən olmaqla iki qrupa bölünürlər.
4. Elektrik ölçmə qurğuları – ölçməni səmərəli təşkil etmək üçün ölçmə vasitələri və köməkçi qurğuların funksional və konstruktiv cəhətdən birləşmiş cəminə deyilir.
5. İnformasiya ölçmə sistemləri - hər hansı bir informasiyanı avtomatik qəbul edib onu rabitə kanalı vasitəsilə ötürərək lazimi vasitələrdə təsvir olunması sistemlərinə deyilir.
Ölçmə xətaları
Fiziki kəmiyyətin ölçülməsi nəticəsində onun təyin olunan qiyməti kəmiyyətin əsl qiymətindən həmişə fərqlənir. Həmin fərq ölçmə xətası olub, ölçmə prosesinə və nəticəsinə təsir edən müxtəlif faktorların və mənfi amillərin səbəbindən yaranır. İfadə edilmə üsuluna görə ölçmə nəticələrinin xətaları mütləq və nisbi olurlar.
Mütləq xəta – ölçmə nəticəsində alınan qiymətdən ölçülən kəmiyyətin əsl qiymətinin fərqinə deyilir və aşağıdakı düsturla ifadə olunur:
ΔA = Aölç ─ Aəsl ( 3.1. )
Burada ΔA - mütləq xəta, Aölç - çıhazın göstərmiş olduğu nəticə, Aəsl - kəmiyyətin əsl qiymətidir. Mütləq xəta ölçülən kəmiyyətin vahidi ilə ifadə olunur.
Ölçülən kəmiyyətin əsl qiyməti məlum olmadıqda ”həqiqi qiymət” terminindən istifadə olunur. Belə qiymət kimi ölçmə vasitələrinin köməyilə müəyyən oluna bilən qiymət qəbul edilir. Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinin faizlə ifadəsinə nisbi xəta deyilir:
( 3.2 )
Ölçmə nəticəsi həqiqi qiymətdən artıq alınarsa xəta müsbət, əks halda isə xəta mənfi olur.
Ölçmənin xətasını azaltmaq məqsədilə eyni bir kəmiyyət bir neçə dəfə ölçülür. Alınan nəticələr cədvəldə qeyd olunur. Ölçülən kəmiyyətin həqiqi qiyməti kimi ölçmənin orta qiymətini götürmək olar. Kəmiyyətin orta qiyməti ölçmələrdən alınan nəticələrin cəminin bu ölçmələrin sayına olan nisbətidir. Bu aşağıdakı formula ilə təyin olunur:
( 3.4 )
Burada: n - ölçmələrin aparılma sayı;
Ai –ölçmələrdən alınan nəticələrdir.
|