|
Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat
|
bet | 7/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rÖlçmə cihazlarının təsnifatı
Elektrik ölçmə cihazları aşağıdakı əlamətlərinə görə təsnif olunurlar:
Ölçmə nəticələrinin göstəricilərinə görə analoq və rəqəm ölçmə cihazları. Göstərişi ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməyən funksiyası olan elektrik ölçmə cihazları analoq cihazlar adlanır. Ölçmə informasiyasının giriş siqnalını diskret çıxış siqnalına avtomatik çevirən və göstərişi rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır.
Ölçmə üsuluna görə birbaşa qiymətləndirməli və müqayisə cihazları;
Tətbiq olunma xarakterinə görə stasionar və qeyri – stasionar cihazlar;
Mühafizəsinə görə adi və xüsusi ( hermetik, tozdan və sudan qorunan ) cihazlar;
Göstərişləri təsvir etmə formasına görə göstərici və qeydedici cihazlar.
Göstərişi iki və daha artıq kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları cəmləyici cihazlar adlanır. Göstərişi ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.
Cərəyanın növündən asılı olaraq sabit cərəyanla, dəyişən cərəyanla və həm sabit və həm də dəyişən cərəyanla işləyən ölçmə cihazları vardır.
İşləmə prinsipinə görə cihazlar maqnitoelektrik, elektromaqnit, elektrodinamik, elektrostatik, induksiya və digər sistemlərdə işləyən cihazlara bölünürlər.
Ölçülən kəmiyyətin növünə görə ampermetr, voltmetr, vattmetr, ommetr və digər növlərə bölünürlər.
Cihazlara quruluşuna, rütubətə, temperatura və silkələnməyə qarşı davamlılığına və s. görə xüsusi təlabatlar verilir. Ölçmə cihazları ayrıca cihaz şəklində və yaxud da avadanlığın tərkibində olurlar.
Rəqəm ölçmə cihazları
Ölçmə texnikasının müasir vəziyyəti rəqəm ölçmə vasitələrinin sürətli inkişafı ilə xarakterizə olunur. Bu bir tərəfdən texnoloji proseslərin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin sənayedə geniş tətbiqi, mürəkkəb tədqiqatlar apardıqda elmi eksperimentin avtomatlaşdırılması ilə əlaqadar olaraq ölçmə texnikasına olan yüksək təlabatla, digər tərəfdən isə dəqiq elmlərin və implus texnikasının rəqəm ölçmə texnikasının inkişafında lazımi texniki bazanın yaratması ilə əlaqədardır.
Elektrik ölçmə texnikasının qarşısında duran məsələləri yalnız analoq ölçmə cihazlarından istifadə etməklə həll etmək çətindir. Onların həlli üstün cəhətlərə malik olan rəqəm ölçmə texnikasının geniş inkişafı sayəsində mümkündür. Rəqəm ölçmə cihazının struktur sxemi şəkil 4.1 - də göstərilmişdir.
|
| |