-cı ilin may ayında MS-DOS ƏS-nin qrafik örtüyü olan Windows 3.0




Download 467,56 Kb.
Pdf ko'rish
bet2/14
Sana22.11.2023
Hajmi467,56 Kb.
#103710
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
windows emeliyyat sistemi

1990-cı ilin may ayında MS-DOS ƏS-nin qrafik örtüyü olan Windows 3.0 versiyası meydana gəlir. Bu versiya istifadəçilər 
arasında ilk mükəmməl 16 mərtəbəli sistem kimi öz təsdiqini tapır. Windows 3.0 nəinki qrafik interfeysə, həmçinin çoxməsələlik 
rejiminə də malik olmuşdur. Bu sistem IBM 386 kompyuterləri üçün nəzərdə tutulmuş və əvvəlki sistemlərdən Windows 3.1-ə keçid 
variantı kimi qəbul edilmişdi. Windows 3.0 sistemində işləyə biləcək proqramların sayı xeyli çoxaldı. Belə ki, Notepad və WordPad 
mətn redaktorları, Paintbrush qrafiki redaktoru, şəbəkədə məsafədən (uzaqdan) idarəetmə vasitələri və başqa bir çox utilitlərlə yanaşı bir 
sıra müəyyən oyun proqramları da Windows 3.0 sisteminə daxil edildi. 
Bu müsbət keyfiyyətlərinə baxmayaraq Windows 3.0 ƏS-nin işləmə etibarlılığı çox da böyük deyildi. Bu mənfi cəhət 1992-ci 
ilin aprel ayında buraxılan Windows 3.1 versiyasında aradan qaldırılmışdır. Bu versiyadan başlayaraq Microsoft şirkəti 80386 və ondan 
sonra gələn prosessorlara xas olan virtual yaddaşın təşkil edilməsi imkanına malik ƏS-nin istehsalı ilə məşğul olur. O cümlədən, bu 
sistemdə klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici mikrofondan və universal 
səsgücləndiricidən, eləcə də geniş spektrli səs kartlarından istifadə etmək mümkün idi. 
Windows sisteminin növbəti versiyası 1993-cü ildə Windows 3.11 Workgroups adı altında buraxıldı. Sistemin bu versiyası 
əvvəlkilərdən fərqli olaraq lokal şəbəkə və geniş multimedia imkanlarına malik idi. Belə ki, sistem lokal şəbəkə yaratmağa, internetlə 
əlaqə yaratmağa, şəbəkə printerlərindən, lokal şəbəkədə mətni informasiya mübadiləsi üçün alətlərdən və eləcə də faksların göndərilməsi 
və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi. 
Windows 3.11 sistemi lokal şəbəkədə eləcə də internetdə işləmək üçün istifadəçilərə geniş imkanlar verdiyindən, kompyuterin 
aparat təminatı ilə bağlı çox yüksək tələblər qoyurdu. O cümlədən IBM PC 386 kompyuterləri və ən azı 1 Mb əməli yaddaş tələb 
olunurdu. Sistemin tətbiqi proqramlar paketinə bir sıra yeni proqramlar əlavə edilmişdi: Microsoft Mail poçt proqramı, Microsoft 
Internet Explorer brauzeri, şəbəkə ilə işləmək üçün xüsusi Microsoft Chat utiliti və s. 
Korporativ istifadəçilərin tələbatını ödəmək üçün 1993-cü ildə Windows NT (New Technology) adlı tamamilə yeni bir ƏS 
buraxdı. Bu sistem tamamilə yeni nüvə əsasında qurulmuş və əsasən korporativ istifadəçilərin lokal kompyuter şəbəkələrində işləməsi 
üçün nəzərdə tutulurdu. 
Windows NT sisteminin ilk variantı iki versiyada yaradılmışdı: Windows NT Server və Windows NT Workstation. Əslinə qalsa 
bunlar eyni ƏS-ləri idi, fərq isə ondan ibarət idi ki, Windows NT Serverin tərkibinə elə proqramlar daxil edilmişdi ki, həmin proqramlar 
bu sistemlə işləyən kompyuterləri həm lokal şəbəkələrin serveri, həm də Internet şəbəkəsində HTTP serveri kimi istifadə etməyə imkan 
verirdi. Windows NT Workstation sistemində isə istifadəçilərin tətbiqi proqramlarına daha çox üstünlük verilirdi. Windows NT 
sisteminin interfeysi zahirən Windows 3.11 sistemindən heç nə ilə fərqlənməsə də, Windows NT sistemi 32 mərtəbəli çoxistifadəçili ƏS 
idi. Windows NT sistemi buna qədərki Windows sistemləri ilə müqayisədə istifadəçilər tərəfindən ən stabil və ən etibarlı ƏS kimi qəbul 
edilmişdir. 

Download 467,56 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14




Download 467,56 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



-cı ilin may ayında MS-DOS ƏS-nin qrafik örtüyü olan Windows 3.0

Download 467,56 Kb.
Pdf ko'rish