• Windows XP sisteminin yeni imkanlarının qısa xülasəsi “Plug And Play” texnologiyası əsasında yeni periferiya qurğularının qoşulması.
  • Plug and Play
  • Windows ME (Millennium Edition)




    Download 467,56 Kb.
    Pdf ko'rish
    bet4/14
    Sana22.11.2023
    Hajmi467,56 Kb.
    #103710
    1   2   3   4   5   6   7   8   9   ...   14
    Bog'liq
    windows emeliyyat sistemi

    Windows ME (Millennium Edition) sistemi idi. Bu sistem özündən əvvəlki Windows sistemləri ailəsindən hər şeydən əvvəl onunla 
    fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə imtina edir. 
    NT texnologiyasının bazası əsasında Microsoft şirkətinin yaratdığı Windows ailəsindən olan daha bir yeni ƏS-nin yeni 
    versiyası artıq 2000-ci ilin sonlarında geniş ictimaiyyətə məlum idi. Bu yeni ƏS əvvəlcə Codename Whistler adı altında buraxılsa da, 
    2001-ci ilin yayında Windows XP (ing. eXPerience – təcrübə, sınaq) adı altında istifadəçilərə təqdim edildi. 
    Windows XP sistemində gözlənilən ən mühüm və səbirsizliklə gözlənilən yeniliklərdən biri ondan ibarətdir ki, artıq bu sistem 
    təmiz kompakt diskləri adi disketlər kimi işlətməyə imkan verir. Yəni sistemdə CD-R və CD-RW diskləri ilə işləmək mümkündür. 
    Nəhayət, istifadəçilər gözəl interfeyslə yanaşı rahat iş şəraiti ilə təmin ediliblər. 
    Windows XP sisteminin yeni imkanlarının qısa xülasəsi 
    “Plug And Play” texnologiyası əsasında yeni periferiya qurğularının qoşulması. MS-DOS ƏS mühitində yeni periferiya 
    qurğularının kompyuterə qoşulması üçün istifadəçi professional biliklərə malik olmalıdır: məsələn, konfiqurasiya faylını yazmağı 
    bacarmalı, lazımi drayverin qoşulması əmrinin strukturunu bilməlidir. Windows mühitində isə bu məsələ çox asanlıqla həll olunur. 
    Sistem özü konfiqurasiya fayllarını dəyişdirir, konkret texniki qurğunu aydınlaşdırır və onun avtomatik sazlanmasını təmin edir. Başqa 
    sözlə, bu prinsiplə işləyən ƏS kompyuterə birləşdirilmiş yeni qurğunun işləməsi üçün lazım olan drayveri avtomatik olaraq özü seçərək 
    yükləyir Bu sür texnologiya Plug and Play (Qoş və istifadə et) adlanır. 
    Virtual yaddaşdan istifadə. Bildiyimiz kimi, kompyuterdə əsas problem kimi əməli yaddaş tutumunun çatışmazlığıdır ki, 
    Windows 95 mühitində virtual (həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir. Əgər cari (aktiv) proqramın işləməsi 
    üçün əməli yaddaş kifayət etmirsə, bu zaman həmin proqramlar diskdə yüklənmə faylı (файл подкачки) adlanan fayl şəklində saxlanılır. 
    Faylların bu cür yüklənmə həcmi əməli yaddaşın tutumundan bir neçə dəfə çox ola bilər. Virtual yaddaşın sazlanması avtomatik və əl ilə 
    yerinə yetirilir. Windows ƏS sərbəst olaraq, cari məsələnin real tərkibindən asılı olaraq, virtual yaddaşın ölçüsünü seçir. 

    Download 467,56 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   14




    Download 467,56 Kb.
    Pdf ko'rish