2
Lakin bu ƏS-nin praktiki istifadə olunması zamanı aydın olur ki, onun bir sıra mənfi cəhətləri, o cümlədən çox da böyük
olmayan işləmə etibarlılığı vardır.
1998-ci ildə istehsal edilən
Windows 98 ƏS əsasən gələcəkdə istifadə olunmaq üçün buraxılır. Burada əvvəllər ayrıca satılan
bir sıra proqram məhsullarının daxil olduğu
standart proqramlar komplekti, həmçinin kommunikasiya imkanı da genişləndirilmişdir.
Eyni konsepsiyaya malik olduqları üçün Windows 95 və Windows 98 ƏS-ləri yerinə yetirdikləri funksiyalara görə bir-birinə daha yaxın
olub, istifadəçiyə eyni interfeyslər xidməti göstərirlər.
Beləliklə, Microsoft şirkətində bir-birinin ardınca MS-DOS üzərində qurulmuş bir neçə qrafiki örtük – Windows 1.0, Windows
2.0, Windows 3.0, Windows 3.1, Windows 3.11 sistemləri buraxılmışdı. Bu qrafik örtüklər MS-DOS üzərində qurulduğundan və deməli,
MS-DOS-un idarəsi altında işlədiyindən, müstəqil ƏS-ləri deyildilər. Buna baxmayaraq Windows-un meydana gəlməsi ilə
kompyuter
istifadəçiləri üçün bir sıra yeni imkanlar yaradıldığından, onun örtük yox, mühit (Windows mühiti) adlandırılması qəbul edildi.
Microsoft şirkəti
2000-ci ilin əvvəllərində Windows NT sisteminin arxitekturası əsasında Windows sisteminin yeni versiyasını
–
Windows 2000 sistemini yaratdı. Windows 2000 sisteminin yaradılmasında Windows NT-nin təkmilləşdirilmiş texnologiyasından
istifadə edilməklə yanaşı Windows 98 sisteminin mühüm xüsusiyyətləri də nəzərə alınmışdır. Odur ki, bu ƏS rahat istifadə olunan, stabil
və təhlükəsizlik baxımından etibarlı olmaqla çox asan tənzimlənən sistemdir.
Windows 95-98 sinfindən olan ƏS-lərinin sonuncu inkişaf etdirilmiş variantı 2000-ci ildə geniş istehsala buraxılmış Microsoft