3
Faylın surətinin çıxarılması – bu əməliyyat faylın surətini yaradıb onu başqa yerdə yadda saxlamaq üçündür.
Bunun üçün həmin faylı qeyd edib kontekst menyudan
Copy (Копировать) (Ctrl+C) əmrini yerinə yetirmək,
sonra surətin yerləşəcəyi qovluğu və ya diski açıb kontekst menyudan
Paste (Bставить) (Ctrl+V) əmrini yerinə
yetirmək lazımdır.
Faylın ləğv edilməsi – bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün faylı qeyd edib, kontekst
menyudan
Delete (Удалить) (Del) əmrini seçmək, və ya klaviaturanın Delete düyməsini sıxmaq lazımdır. Ləğv
edilmiş fayllar səbətə
(Recycle Bin, Корзина) düşür. Əgər faylları səbət göndərilmədən ləğv etmək lazımdırsa,
Shift+Del kombinasiyasından istifadə edilməlidir.
Faylı digər bir yerə göndərmək – faylı qeyd etdikdən sonra kontekst menyunun
Send To (Отправить)
bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı elektron poçtla bir ünvana, “My documents” qovluğuna,
Flash-diskə və s. göndərmək olar.