|
Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaq və sBog'liq windows emeliyyat sistemiFaylı arxivləşdirmək və ya arxivdən çıxarmaq və s. Arxivləşdirmə
– bir və ya bir neçə faylın sıxılmasıdır.
Arxivləşdirmədən faylların ehtiyat nüsxəsinin diskdə saxlanması üçün istifadə edilir. Bunun üçün xüsusi xidməti
proqramlardan – arxivatorlardan istifadə edilir, bu proqram bir və ya bir neçə faylın yerinə bir arxiv faylı yaradır.
Arxiv proqramının əsas xüsusiyyətləri aşağıdakılardır:
– Faylın sıxılma dərəcəsi (faylın ölçüsünün arxivləşmiş faylın ölüsünə nisbəti)
– İşin sürəti;
– Proqramın funksiyaları.
Əgər bir neçə faylı elektron poçtla göndərmək lazımdırsa, vaxta qənaət etmək üçün onları arxivləşdirmək
olar. CD və ya DVD-də faylların ehtiyat nüsxələrini saxlayan zaman diskdə daha çox fayl yerləşdirmək üçün
onları arxivləşdirmək lazımdır. Ən çox istifadə olunan arxivləşdirmə proqramlarına misal olaraq WinRar, WinZip,
WinArj göstərmək olar. Bu proqramlarla yaradılan sənədlərin genişlənmələri uyğun olaraq .rar, .zip, .arj – dır.
WinRar proqramı aşağıdakı imkanlara malikdir:
– rar-arxivləri yaradır və onlardan faylları çıxarmaq mümkündür;
– özüaçılan sfx – arxiv faylı yaradır (bu zaman arxiv faylı .exe genişlənməsinə malik olur və adi proqram kimi
yüklənir);
– çoxcildli arxivlər yaradır, bu isə bir necə kiçik həcmli yaddaş vasitəsinə böyük ölçülü arxivin
yerləşdirilməsinə imkan verir;
– arxivə parol vermək olar;
– faylı e-mail-lə göndərmək üçün onun ölçüsünü 95%-ə qədər azaltmaq mümkündür.
Faylı arxivləşdirmək üçün onu qeyd edib, üzərində sağ düyməni vurub, açılan menyudan Send To → Zipped
Folder (Cжатая ZIP папка) əmrini seçmək lazımdır.
Faylın yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü, atributları haqqında məlumat əldə
etmək üçün onu qeyd edib kontekst menyudan Properties (Свойства) əmrini yerinə yetirmək kifayətdir.
Qovluq. Windows ƏS-nin əsas obyektlərindən biri qovluqdur. Qovluq vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Fayl
kimi qovluğa da eyni qaydada adlar verilə bilər, lakin MS-DOS mühitində qısa adlardan istifadə edilməlidir. Faylların üzərində yerinə
yetirilən əməliyyatlar qovluqlar üçün də eynidir.
Hər hansı bir obyekti daha asan və qısa yolla açmaq üçün onun yarlıkını yaratmaq olar, yarlıkı istənilən qovluqda, o cümlədən
iş masasının üzərində yarada bilərik. Obyektlə yarlıkın fərqi ondadır ki, yarlıkın işarəsinin sol aşağı küncündə ox işarəsi olur:
– qovluq
– yarlık
Qovluğun (faylın) işçi stolda yarlıkını yaratmaq istəyiriksə, onu qeyd edib siçanın sağ düyməsini sıxıb açılmış kontekst
menyunun Send to (Отправить)
|
| |