• Vəkil Elton Quliyev vəfat edib
  • Gənclərin xarici ölkələrdə təhsili: 9 illik proqrama yekun vuruldu
  • Milli Kitabxanada audit nələri üzə çıxarıb?




    Download 2,98 Mb.
    bet13/90
    Sana24.03.2017
    Hajmi2,98 Mb.
    #1584
    1   ...   9   10   11   12   13   14   15   16   ...   90

    Milli Kitabxanada audit nələri üzə çıxarıb?


    16.12.2015

    milli kitabxana 1Transparency.az Sai.gov.az portalına istinadla xəbər verir ki, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə olunub. Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən kitabxananın növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətini düzgün qiymətləndirmədiyini, zəruri hesablamalar aparmadığını, bunun nəticəsində bir çox xərc maddələri üzrə icra faizinin aşağı olduğunu diqqətə çatdıran auditor həmin nöqsanlar səbəbindən əhatə olunmuş dövrdə cəmi vəsaitin 3,3%-nin ilin sonunda büdcəyə qaytarıldığını, vəsaitin Vahid Büdcə Təsnifatında müəyyən olunmuş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyini diqqətə çatdırıb.

    Bildirilib ki, Milli Kitabxana Fonduna daxil olan resurslardan istifadənin uçotu əhatəli aparılmayıb, 2014-cü ildə əvvəlki illə müqayisədə kitab verilişlərinin sayı 16,2% faiz azalıb, elektron resurs kimi rəqəmsallaşdırılmış nüsxələrin ümumi kitab fondunda xüsusi çəkisi aşağıdır, kitabların rəqəmsallaşdırılması işi zəif aparılır, kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında Milli Kitabxananın göstərdiyi pullu xidmətlər üzrə tariflər tənzimlənmir, kitabxana fondlarının statistik uçotunun aparılması barədə müvafiq icra statistik hesabatlar hazırlanmayıb, Milli Kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarını nəzərə alaraq kitabxanaya məxsus saytların həmin serverlərdə yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün mövcud imkanlardan tam istifadə olunmur, “Kitabxana işi haqqında” qanunun tələblərinə əməl olunmaması səbəbindən kitabxananın fonduna, habelə kitab mübadiləsi üçün zəruri sayda kitabların, qəzet və jurnalların alınması müxtəlif kitab evlərindən və müəssisələrdən büdcə vəsaiti hesabına həyata keçirilir.

    Auditor əməyin və ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyini, həmçinin əsas vəsaitlərin 10 rayon mədəniyyət və turizm şöbəsinə verilməsi zamanı zəruri razılığın alınmadığını bildirib, tədbirlərin keçirilməsi zamanı müvafiq normalara əməl edilməməsi səbəbindən artıq vəsait sərf edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, malların (işlərin və xidmətlərin) satın alınması zamanı inventar və avadanlıqların baha alınması, eləcə də bir neçə halda təmin olunmamış inventar və avadanlıqlara görə vəsaitin ödənilməsi hallarına yol verilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib.

    Nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul olunub.


    Vəkil Elton Quliyev vəfat edib


    16.12.2015

    sony dsc
    Tanınmış vəkil Elton Quliyev vəfat edib. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

    Mərhum vəkil dekabrın 16-sı Bakıda, Yasamal qəbiristanlığında dəfn olunacaq. Hüzr mərasimi Təzə Pir məscidində keçiriləcək. Xəbəri Musavat.com yayıb.

    Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində anadan olub. 1977-ci ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ilədək Bakı Şəhər Daxili İşlər İdarəsində və Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, istintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1996-cı ildən Vəkillər Kollegiyasının üzvü idi.

    Allah rəhmət eləsin!


    Gənclərin xarici ölkələrdə təhsili: 9 illik proqrama yekun vuruldu


    16.12.2015

    tn-bina2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına dair statistika açıqlanıb. Təhsil Nazirliyi bildirir ki, 2015-ci ildə 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib: “Builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb”.

    Rəsmi hesabata görə, 9 ildə ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb: “Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub.

    Kanada poytaxti - Ottava shahri. BMT va NATO aʼzosi hamda AQSh bilan „Erkin iqtisodiy savdo aylanmasi toʻgʻrisida“gi shartnomasi tuzgan. Birlashgan qirollik dominioni. 1931-yilda suveren huquqi berilgan.

    Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.

    Toronto - Kanadaning sharqiy qismidagi shahar. Ontario provinsiyasining maʼmuriy markazi. Axoliyey 2,4 mln. kishi (2001, shahar atrofi bilan 4,6 mln. kishi). Transport yoʻllari tuguni. Ontario koʻli sohilidagi port, okean kemalari ham kira oladi.

    Moskva (rus. Москва) - Rossiya Federatsiyasi poytaxti, Moskva viloyati markazi, federal ahamiyatidagi shahar. Rossiya Federatsiyasining yirik siyosiy, iqtisodiy, ilmiy va madaniy markazi. Moskvada Rossiya Federatsiyasi Prezidenta, Federal Majlis, Rossiya Federatsiyasi hukumati, Konstitutsiyaviy Sud, Oliy Sud, Oliy arbitraj sudi, Rossiya Federatsiyasi Prokuraturasi qarorgohlari joylashgan.

    İndiyədək məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənir”.


    Download 2,98 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   90




    Download 2,98 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Milli Kitabxanada audit nələri üzə çıxarıb?

    Download 2,98 Mb.