8. Elektro vakuum cihazları Elektrovakuum cihazların klassifikasiyası. Elektron və ion cihazlar




Download 482.88 Kb.
Pdf ko'rish
bet1/8
Sana08.04.2022
Hajmi482.88 Kb.
#19510
  1   2   3   4   5   6   7   8
Bog'liq
8.Elektro vakuum cihaz




8. Elektro vakuum cihazları
 
Elektrovakuum cihazların klassifikasiyası. Elektron və ion cihazlar. 
İkielektrodlu lampa- diod. Üçelektrodlu lampa- triod. İndikator cihazları. 
 
8.1. Ümumi məlumatlar 
Daxilində vakuumda, və ya, qazda hərəkət edən elektronların, yaxud, ionların 
hərəkəti hesabına elektrik keçiriciliyi yerinə yetirilən cihazları elektrovakuum 
cihazları adlandırırlar. Elektrovakuum cihazları elektron-idarə olunan lampalara
elektron-şüa və qazboşalma cihazlarına bölünürlər. 
İstənilən elektrovakuum cihazının əsas konstruktiv elementləri balonun (qaz 
keçməyən örtüyün) daxilində yerləşdirilmiş elektrodlardır. Elektrodlar, elektronları 
(ionları) emissiya edən (buraxan), yaxud yığan, ya da onların bir elektroddan o biri 
elektroda hərəkətini idarə edən naqillərdir. Təyinatından asılı olaraq elektrovakuum 
cihazlarının elektrodları katod, anod və idarəedici elektrodlara bölünürlər. Katod bu 
cihazlarda elektronlar mənbəyidir. Anod sürətləndirici elektrod olub çıxış elektrodu 
və əsas kollektor (yığıcı) rolunu oynayır. İdarəedici elektrod, əsas elektron selini 
idarə etmək üçün nəzərdə tutulmuş elektroddur. Əgər idarəedici elektrod tor şəklində 
hazırlanıbsa, onu idarəedici tor adlandırırlar. Elektrodları sap, müstəvi lövhə, boş 
silindr və spiral şəklində hazırlayırlar, onları balonun daxilində xüsusi tutqacların 
üstündə: traverslərdə və slyudada , yaxud keramik izolyatorlarda bərkidirlər. 
Elektrovakuum cihazlarının balonları şüşədən, metaldan və ya keramikadan 
hazırlanmış qaz keçməyən örtükdür (korpusdur). Elektron-idarə olunan lampaların 
balonlarında 10
-8
... 10
-4 
Pa vakuum, qazboşalma cihazlarının balonlarında isə 10
-1
... 
10
-4 
Pa seyrəklik yaradılır.

Download 482.88 Kb.
  1   2   3   4   5   6   7   8




Download 482.88 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



8. Elektro vakuum cihazları Elektrovakuum cihazların klassifikasiyası. Elektron və ion cihazlar

Download 482.88 Kb.
Pdf ko'rish