• 5. Hidrogeoloji axtarış işləri
  • 6. Hidroqrafik tədqiqatlar
  • Mövzu-2 Ərazilərin (inşaat meydançalarının) şaquli planlaşdırılmasına aid məlumatlar. Küçələrin şaquli planlaşdırılması PLAN
  • Küçələrin şaquli planlaşdırılması
  • Şək. Küçənin şaquli planlaşdırılması
  • Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II




    Download 8.07 Mb.
    bet1/10
    Sana26.12.2019
    Hajmi8.07 Mb.
    #5389
      1   2   3   4   5   6   7   8   9   10

    Ixtisas: Yerquruluşu , torpaq və şəhər kadastrı

    Fənn: Ərazinin mühəndis təchizatı

    Müəllim: Məmmədova Aygül Mustafa qızı

    Kurs: II

    Mövzu-1

    Giriş.Ərazinin mühəndis təchizatına təbii faktorların təsiri

    PLAN

    1.Ərazinin mühəndis təchizatının vəzıfələri .

    2.Ərazinin mühəndis təchizatına təbii faktorların rolu.

    3.Ərazinin mühəndis təchizatına topoqrafik şəraitin geoloji və hidrogeoloji və digər faktorların rolu.



    Ədəbiyyat

    1. Ə. Ə. Quliyev Ə. İ Şıxzamanov. Geodeziya kursu. Baki 1973



    1. M. Q. Evtuşenko L. B. Qureviç B. L. Şafran Инженерная родготовка территорий населеных мест. Москва 1982

    3. Didko B. F. Mişenev B. Ş. Perşay L. K. Селхозяайстиенные дороги Москва 1982

    1. N. Şirinov. İnsan və relyef 1991.

    Ərazinin mühəndis təchizatı şəhərsalma işlərinin əsasını təşkil edir.Burada kompleks tədbirlər sistemi nəzərdə tutulmalıdır. O cümlədən sanitar gigiyenik qaydalar, mikroklimatik şərtlər, relyef və s.

    Relyefi bilmək şəhərləri layihələndirmək şəhərsalma işində də çox vacibdir.

    Başqa təbii faktorla yanaşı, relyef haqqında şəhərin müxtəlif təsərrüfat obyektlərinin yerini,torpaq işlərinin kəmiyyətlərini, əsaslı binaların bünövrəsinin konstruksiyasını, sahənin möhəmliyini müəyyən etməyə kömək edir.Bu məqsədlə şəhərlət və onların ayrı-ayrı sahələri tikilməzdən əvvəl relyefin ümümu xüsusiyyəti, relyef formaları, sətfin meyilliyi erozion parçalanmasl və s öyrənilir, layihələşdirmə içlərində nəzərə alınır.

    Şəhərlər və başqa yaşayış məntəqələri salarkən çalışmaq lazımdır ki, seçilmiş sahələrin relyefi və ətraf ərazinin təbii landşaftı mümkün qədər saxlanılsın və şəhərin planlaşdırılması və arxitekturası ona müvafiq olaraq uyğunlaşdırılsın.

    Dəmir yol və avtomobil yollarının layihələşdirilməsində, çəkilməsində və istismarında relyefi və onun xüsusiyyətlərin nəzərə almaq çox vacibdir.Bu məqsədlə relyefin xarici görkəmini, formasını, geoloji əsasını, hansı suxurlardan təşkil olunmasını, yamacların meyilliyini, formasını, səmtini və s, dəqiq öyrənmək lazımdır.

    Dağlıq ərazidə yolu çay dərəsi ilə aparmaq daha da əlverişlidir.Yaşayış məntəqələri baçlıca olaraq bu yerlərdə yerləşir.Yolun burada su ilə təminatı yaxşıdır, meyillik azdır və dərə yuxarı tədricən artır.

    Düzənlik ərazidə yollar çox vaxt suayrıcları ilə aparılır.Bunun üçün peneplen və düzəlmə səthlərinə müvafiq gələn sahələr daha əlverişlidir.Belə olduğu halda suayrıclarında təsadüf edilən bataqlıq, karst, müxtəlif mınşəli mənfi relyef formaları öyrənilməlidir.Onlar yolun çökməsinə, uçub dağılmasına, qışda qarın altında basdırılmasına səbəb ola bilər.

    Yolları qısaltmaq məqsədilə çox vaxt tünellər tikilir.Tunellərin yeri seçiləndə başlıca olaraq suxurların mökəmliyi, uçquna davamlılığı, əlverişli hidrogeoloji şəraitin olması, tunellərin ağızları sahəsində uçqun və sürüşmələrin, qar uçqunlarının olub-olması nəzərə alınır.

    Çayların üstündə körpülər tikmək üçün elə yerlər seçilməlidir ki, orada dərə və çayın məcrası dar olsun sahillər möhkəm süxurlardan təşkil olunsun, yol körpüyə düzbucaq altında yan alsın, çayın bu hissəsində şəlalə, intensiv akumlyasiya və ya eroziya sahələri olmasın, burada çaya çoxsulu qollar tökülməsin.

    Səhralarda şəhərlərin və başqa yaşayış məntəqələrinin tikilməsi üçün rütubətliyin nisbətən çoxluğu, havanın temraturunun aşağı və küləklərin zəif olması ilə fərqələnən dərələr daha əlverişlidir.

    Beləliklə, ərazilərin seçilməsinə təbii faktorların çox böyük təsriri vardır.Bu faktorlar aşağıdakılardır:



    1. Təbii faktorlar. Təbii faktorlar ərazilərin mühəndis təchizatında çox mühüm əhəmiyyət kəsb edir.Belə ki, şəhərsalma və kənd yaşayış məntəqələrinin salınmasında və digər memarlıq işlərində təbii faktorların rolu mütləq nəzərə alınmalıdır.Ona görə də, klimatik faktorların, topoqrafiyanın, geoloji və hidrogeoloji şəraitin, ərazini morfologiyasının tədqiqi torpaq və bitki örtüyüyünün, yerli tikinti materiallarının öyrənilməsi mühüm praktiki əhəmiyyət kəsb edir.Ərazidə içməli və suvarma sularının olması və onların tədqiqi mühəndisi təchizat işlərində mühüm əhəmiyyət kəsb edir.

    Ərazinin klimatik faktorları, yaşayış məntəqələrinin hansı yüksəklikdə yerləşməsini müəyyən edir.Orada su mənbəyinin olmasını, artıq tullantı sularının oradan kənar edilməsini yaşıllıqların olmasını həmin ərazilərin sənaye müəssisələrindən uzaqlığını və s nəzərə alır.



    2. Metroloji faktorlar. Kənd yaşayış məntəqərinin salınmasında metroloji faktorlar mühüm əhəmiyyət kəsb edir.Beli ki, həmin rayonun atmosfer yağıntılarının miqdarı, qar yatağının qalınlığı, havanın orta illik temperaturu, o cümlədən max və min qiymətləri, küləyin əsmə sürəti, max və min qiymətləri, günəş işığınn düşmə intensivliyi, havanın dumanlı olması və s nəzərə alınmalıdır.

    3. Topoqrafik faktorlar. Topoqrafik faktorlar geodoziya xəritələri əsasında tərtib edilir.Yəni ərazinin horizontalli planı, ərazidə olan göllər, çaylar, kanalllar və s haqda məlumatlar, binalar, avtomobil və dəmir yolları haqda məlumatlar olmalıdır.Tərtib olunmuş planlar işin xüsusuiyyətindən asılı olaraq 1:1000, 1:2000, 1:5000, 1:10000 miqyasında olmalıdır.Planda horizontallar miqyasdan asılı olaraq 0.2, 0.25, 0.5 və yaxud 1 metrdən bir çəkilir.

    4. Geoloji faktorlar. Ərazidə şəhərsalma və kənd yaşayış məntəqələri salınarkən mütləq həmin ərazilərin geolji şəraiti öyrənilməlidir.Əgər həmin ərazinin geologiyası haqda məlumat yoxdursa onda xüsusi şurflar qazılaraq geoloji tədqiqat aparılmalıdır.Həmin şurflar 5-10 metr dərinliyində qazılmalıdır.

    Yerin üst təbəqəsini təşkil edən ıv dövr çöküntüləri ayrıca təsvir edilməlidir.Çünki orada baş verə biləcək geoloji-fiziki hadisələr yəni yerin çökməsi sürüşməsi yatması uçqun baş verməsi səbəbi və s geniş göstərilməlidir.Ərazinin geologiyasının öyrənilməsində litoloji tədqiqatların böyük əhəmiyyəti vardır. Yəni həmin ərazidə olan qruntların tərkibi , strukturu, fiziki-kimyəvi tərkibi öyrənilməlidir. Məs, tökmə qrunt, qravi, şeben , mergel, qumsal, əhəngdaşı, torf, gil, gillicə və s .



    5. Hidrogeoloji axtarış işləri. Bu axtarışda tikinti sahəsinin yeraltı suları və ayrı-ayrı sulu təbəqələri, onların qarşılıqlı əlaqələri, suların kimyəbi tərkibləri, yeraltı suların səbiyyəsinin dəyişməsi, debiti, axım sürətləri, yağıntıların miqdarı bə yerüstü sularla əlaqələri öyrənilməlidir Bu faktorlar qurğuların dayanıqlığına çox böyük təsir göstərir. Məs, Lənkəranda qrunt suyunun qalxması bir neçə binaların çökməsinə səbəb olur.

    6. Hidroqrafik tədqiqatlar. Burada ərazıdə olan su mənbələri (göllər çaylar və s) haqda məlumatlar toplanır və onların xəritəsi tərtib edilir.

    7. Əlavə axtarışlar. Bu axtarışlara layihə düzəldiləcək su mənbəyindən balıq təsərrüfatından torpaq vğ bitkilərdən əvvəllər necə istifadə edılməsi haqqında məlumat toplamaq və təsərrüfatların inkişaf istiqamətlərini aydınlaşdırmaq məsələləri daxildir .
    Mövzu-2

    Ərazilərin (inşaat meydançalarının) şaquli planlaşdırılmasına aid məlumatlar. Küçələrin şaquli planlaşdırılması

    PLAN

    1. Şaquli planlaşdırma

    2. Küçələrin şaquli planlaşdırılması

    Yerin təbii relyefini dəyişib, inşaat meydançalarında və ya suvarılan sahələrdə tələb olunan ehtiyacları ödəyə biləcək yeni (layihə) sahə ilə əvəz edilməsinə sahənin şaquli planlaşdırılması deyilir.

    İnşaat meydançasında aparılan şaquli planlaşdırma işlərinin məzmunu, üsulu və forması suvarılan sahələrin şaquli planlaşdırılmasından çox fərqlidir.

    İnşaat meydançalarında və ya ayrı-ayrı kvartallarda aparılan şaquli planlaşdırmada əsas məqsəd iki məsələni həll etməkdir.

    1.Tikinti meydançasına düşən qar və yağış sularını sahədən kənar etməkdir.

    2.Şəhər nəqliyyatının normal işləməsinə şərait yaratmaqdır.

    Şəhər və qəsəbələrin üfiqi planlaşdırılmasına aid layihə və ya sxem tərtib olunan zaman paralel olaraq territoriyanın şaquli planlaşdırılmasına aid əsas məlumat hazırlanır, yəni küçələrin meylləri küçə oxlarının kəsişdiyi nöqtənin koordinatı layihə və qara yüksəklikləri göstərilir.

    Şəhər ərazisinin üfiqi və şaquli planlaşdırılması adətən 1:5000 topoqrafik plan üzərində tərtib edilir.

    Kvartalların şaquli planlaşdırılmasına iad texniki layihə 1:1000 və ya 1:500 miqyaslarında olan topoqrafik plan üzərində aparılır.Bu planda horizontallar 0,25- 0,50 m keçirilir.Texniki layihədə müfəssəl olaraq səhənin bütün elementləri, yəni yaşıllıq sahəsi, küçələrdə olan körpülər, kommunikasiya xəttləri və s göstərilməlidir.

    Şaquli planlaşdırmada əsas iki üsül vardır:

    a) layihə horizontalları (qırmızı horizontallar) üsulu.

    B) profil üsulu.

    Birinci üsul şaquli planlaşdırmada əsas üsul olaraq qəbul edilmişdir.Layihə horizontalları üsulunda layihə tərtib edildikdə küçə və kvartal sahəsində qəbul edilmiş meyllərə əsasən qırmızı horizontallar çəkilir.Bu horizontallar layihə səthini verəcəkdir.

    Şaqulu planlaşdırma layihə horizontalları 0,1-0,25 m, bəzən 0,5 m keçirilməsi qəbul edilmişdir.Küçələrin layihələndirilməsində qəbul olunan meyllərin hüdudu 0,005-0,08, yəni 0,5%-8% qəbul edilmişdir.
    Küçələrin şaquli planlaşdırılması
    Küçələrin planlaşdırılmasını apararkən, küçə oxlarının kəsişdiyi nöqtələrdə olan layihə yüksəkliklərinə əsaslanmaq lazımdır.

    Küçə oxunun meyli



    i = Hb-HA

    d

    düsturu ilə hesablanır



    Burada:

    Hb və Ha - küçə oxlarının görüşdüyü nöqtələrin layihə yüksəkliyidir (baş plandan götürülmüşdür). Küçənin planlaşdırılması şəkildə göstərilmişdir.





    Şək. Küçənin şaquli planlaşdırılması
    Küçənin şaquli planlaşdırılmasına aid layihəni tərtib etmək üçün küçə üzrə enliklər götürüb, eniklərin əsas nöqtələrinə aid yüksəkliklərini hesablayıb küçənin oxu üzrə qırmızı horizontallar çəkilir.



    Download 8.07 Mb.
      1   2   3   4   5   6   7   8   9   10




    Download 8.07 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II

    Download 8.07 Mb.