• İnformasiya- kommunikasiya texnologiyalarının mahiyyəti və predmeti
  • Mövzu 1 İnformasiya – kommunkasiya texnologiyalari fənninin predmeti plan




    Download 113.79 Kb.
    bet1/9
    Sana08.01.2024
    Hajmi113.79 Kb.
    #132005
      1   2   3   4   5   6   7   8   9
    Bog'liq
    .archivetempMovzu 1


    MÖVZU 1
    İNFORMASİYA – KOMMUNKASİYA TEXNOLOGİYALARI FƏNNININ PREDMETI
    PLAN:
    1.1.İnformasiya- kommunikasiya texnologiyalarının mahiyyəti və fənninin predmeti
    1.2.IKT-də informatikanın rolu və yeri
    1.3.İnformasiya cəmiyyəti
    1.4.Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları
    1.5.Alqoritm anlayışı

      1. İnformasiya- kommunikasiya texnologiyalarının mahiyyəti və predmeti

    “İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın – informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.
    İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir.
    Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır:

    • Sistem texnikası;

    • hesablama sistemləri nəzəriyyəsi;

    • proqramlaşdırma texnologiyaları;

    • verilənlər bazası nəzəriyyəsi;

    • erqonomika;

    • dizayn və informasiya – texnoloji profilli digər elmlər.

    İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insan-maşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir.
    XX əsrin sonlarında inkişaf etmiş ölkələrin ictimai həyatında müəyyənedici rol oynamağa başlayan iqtisadi hadisə aşkar şəkildə təyin olundu. Bu hadisə rifah (nemət) istehsalında yaradıcı əməyin dominant rolundan ibarətdir. Yaradıcılıq adı altında insanın heyvan və ya maşın tərəfindən həyata keçirilə bilməyən istənilən ali fəaliyyəti başa düşülür. Yaradıcı fəaliyyətin məhsulu sənaye əsri üçün xarakterik olan maddi məhsul deyil, informasiya məhsuludur. Beləliklə, müasir cəmiyyətdə yeni iqtisadi dominant köhnəni əvəz edir.
    Hər bir sahədə oldugu kimi İKT sahəsinin də özunəməxsus bazarı olur. Əgər bir sahədə məhsul və xidmətlərin istehsalı baş verirsə həmin sahə ilə bağlı bazar da formalaşır.Həmin bazar sadəcə olaraq mövcud olmur, o eyni zamanda müəyyən iqtisadi keyfiyyətlərə sahib olaraq bazara məhsul çıxaran sahənin inkişafina birbaşa təsir edir.
    Deməli, İKT sahəsində informasiya məhsullarının mövcudluğu informasiya bazarının yaranmasına səbəb olur. İnformasiya bazarı dedikdə informasiya əmtəəsinin istehsalı,mübdiləsi,istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi,hüquqi, təşkilati münasibətlərin məcmusu başa düşülür.İnformasiya bazarında informasiya deyil,informasiya fəaliyyətinin məhsulları satılır və dövr edilir.
    İnformasiya məhsulu isə elə bir məhsuldur ki,o təkcə ayrı-ayrı istehlakçılar üçün deyil,bütün bəşər cəmiyyəti üçün də mühüm əhəmiyytə malikdir.
    Nəzəri baxımdan informasiya bazarının mahiyyətini dəqiq anlaya bilmək üçün informasiya məhsulları haqqında təssəvür olmalıdır.
    İnformasiya texnologiyalarının inkişafı üçün yeni texniki vasitələrin,kompterlərin, kompüter texnologiyası və telekommunikasiya vasitələrinin, proqramların yaranması və get –gede de daha geniş məkanda yayılmasına səbəb olur.Lakin bu vasitə və texnologiyalar dünyanın bütün ölkələrində hazırlanmır və istehsal edilmlir.Eyni zamanda istehsalçı ölkılır daxilində də informasiya kommunikasiyalarının vasitə və proqramları müxtəlif şirkətlər tərəfindən istehsal edilir.Bunun nəticəsindədə İKT və vasitələrinin ,proqram təminayı məhsullarının istər-istəməz alınıb-satılması zərurəti yaranır.Beləliklə də,informasiya məhsulları , onların növ müxtəlifliyi ortaya çıxır.
    İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub,yayılma və realizasiya üçün təyin olunmuş sənədlər,informasiya massivləri,verilənlər bazası və xidmətləridir.
    İnformasiya məhsulu istifadəçinin tələbinə uyğun hazırlanan və mal formasında təqdim edilən,sənədləşdirilən informasiyadır. İnformasiya məhsullarına proqram məhsulları,verilənlər bazası və digər informasiyalar aiddir.
    İnformasiya məhsulları çox vacib ,lakin unikal olmayan xüsusiyyətə malikdir.Belə ki,informasiya məhsulunun ilkin nüxsələrinin qiyməti sonrakı nüxsələrə görə cox yüksəkdir. Bu xüsusiyyət yalnız informasiya məhsullarına deyil yolların tikintisi, telekommunikasiya şəbəkələrinin qurulması ,ümumiyyətlə texniki infrastrukturun qurulmasında və faydalı qazıntıların axtarılması prosesində özünü göstərir.

    Download 113.79 Kb.
      1   2   3   4   5   6   7   8   9




    Download 113.79 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 1 İnformasiya – kommunkasiya texnologiyalari fənninin predmeti plan

    Download 113.79 Kb.