• I FƏSİL Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar
  • Ümumi müddəalar Maddə Əsas anlayışlar




    Download 155 Kb.
    bet1/32
    Sana25.03.2017
    Hajmi155 Kb.
    #2283
      1   2   3   4   5   6   7   8   9   ...   32



    Elektron imza və elektron sənəd haqqında
    AZƏRBAYCAN RESPUBLİKASININ

    Q A N U N U
    Bu Qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir.
    I FƏSİL

    Ümumi müddəalar
    Maddə 1. Əsas anlayışlar
    1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:

    1.1.1 Verilənlər - informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya;

    1.1.2 Verilənlər daşıyıcısı - verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt;

    1.1.3 Məlumat bildirişi - məlumatın verilənlər daşıyıcısında yazılmış forması;

    1.1.4 Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;

    1.1.5 Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;

    1.1.6 Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs;

    1.1.7 Elektron imza vasitələri (bundan sonra - imza vasitələri) - elektron imza yaradılması və yoxlanılması, eləcə də imza yaratma və yoxlama məlumatları yaratmaq üçün istifadə edilən proqram və texniki vasitələr;

    1.1.8 Elektron imza yaratma məlumatları - elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz verilənlər;

    1.1.9 Elektron imzanı yoxlama məlumatları - elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlər;

    1.1.10 Elektron imzanın həqiqiliyi - elektron imzanı yoxlama məlumatları vasitəsi ilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqi;

    1.1.11 Sertifikat - imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd;

    1.1.12 Təkmil sertifikat - akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində verilən sertifikat;

    1.1.13 Sertifikat xidmətləri mərkəzi (bundan sonra - Mərkəz) - elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə bu Qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

    1.1.14 Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi (bundan sonra - akkreditə edilmiş Mərkəz) - təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidmətləri mərkəzi;

    1.1.15 Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;

    1.1.16 Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri;

    1.1.17 Elektron sənəd dövriyyəsi vasitələri - elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar;

    1.1.18 Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;

    1.1.19 Sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron sənəd dövriyyəsi vasitələri;

    1.1.20 Elektron sənədi göndərən (bundan sonra - Göndərən) - elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs;

    1.1.21 Elektron sənədi alan (bundan sonra - Alan) - elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs;

    1.1.22 Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra - Vasitəçi) - elektron sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs;

    1.1.23 Elektron sənədin həqiqiliyi - elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsi;

    1.1.24 Korporativ informasiya sistemi - mülkiyyətçinin müəyyən etdiyi və ya iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçiləri olan informasiya sistemi;

    1.1.25 İmza sahibi barəsində məlumatlar - sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar;

    1.1.26 Vaxt göstəricisi - müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilmiş Mərkəzin elektron qeydi.

    1.2 Bu Qanunda bundan sonra istifadə edilən "Mərkəzlər" anlayışı sertifikat xidmətləri mərkəzi və akkreditə edilmiş mərkəzi, "imzalar" isə elektron imza və gücləndirilmiş imzanı birlikdə ifadə edəcəkdir.




    Download 155 Kb.
      1   2   3   4   5   6   7   8   9   ...   32




    Download 155 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ümumi müddəalar Maddə Əsas anlayışlar

    Download 155 Kb.