• AVADANLIQLARINA OLAN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ MÖVZUNUN PLANI
  • TƏHLÜKƏSIZLIK TEXNIKASININ ƏSASLARI . Kənd təsərrüfatı istehsalatında təhlükəsizlik texnikası. (Heyvandarlıq və quşçuluqda təhlükəsizlik texnikası).
  • Təhlükəsizlik üzrə rəngli siqnal işarələr sistemi
  • Kimyəvi zəhərli maddələrlə işləyərkən təhlükəsizlik tədbirləri
  • Kübrələrlə işləyərkən təhlükəsizlik texnikasına tələbat
  • Meyvə və bağçılıqda kənd təsərrüfatı texnikasından istifadə edərkən təhlükəsiz işlərin təmini.
  • Yüksək sürətli maşın və aqreqatlarla işləyərkən təhlükəsizlik tədbirləri.
  • Özü hərəkət edən nəqliyyatlarla və yedək arabaları ilə işləyərkən təhlükəsizlik tədbirləri.
  • Tarla işlərində silos və qaba yemləri hazırlayarkən təhlükəsizlik texnikası.
  • AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ




    Download 1,16 Mb.
    bet8/114
    Sana25.03.2019
    Hajmi1,16 Mb.
    #4477
    1   ...   4   5   6   7   8   9   10   11   ...   114

    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
    İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ
    HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ VƏ BƏDƏN TƏRBİYƏSİ
    kafedrası

    ƏMƏK MÜHAFİZƏSİ
    MÖVZU 8: MAŞIN VƏ MEXANİZMLƏRƏ İSTEHSALAT

    AVADANLIQLARINA OLAN TƏHLÜKƏSİZLİK

    TƏDBİRLƏRİ
    MÖVZUNUN PLANI

    1. Təhlükəsizliyi təmin edən texniki vasitələr.

    2. Təhlükəsizlik işarələri.

    3. Mühafizə cəpərləməsi.

    4. Təhlükəsiz işçi zonaların yaradılması.

    5. Kənd təsərrüfatı maşınlarında təhlükəli zonalar.


    Ə D Ə B İ Y Y A T

    1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı – 2002.

    2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı “Hüquq ədəbiyyat” 2008.

    3. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və yçota alınması. “Bakı, hü-

    quq ədəbiyyatı” 1998.

    4. Həsənov B.A. Əmək mühafizəsi. Bakı, Maarif, 1986.

    5. Tağızadə T.H. Meliorasiya t/tında əmək mühafizəsi. Bakı. “Maarif” 1990.

    6. Əfəndiyev R.İ. Heyvandarlıqda təhlükəsizlik texnikası. Bakı. Azərnəşr 1987.

    7. Канашев Ф.М и др. Охрана труда. М.; 1988.

    8. Луковников А.В. Охрана труда. М.; «Колос»1989.

    9. Денисенко Г.Ф. Охрана труда. М.; «Высшая школа» 1989.

    10. Шурин Е.Т. Пожарная безопасности на животноводческих фермах. М.;

    1984.


    TƏHLÜKƏSIZLIK TEXNIKASININ ƏSASLARI.
    Kənd təsərrüfatı istehsalatında təhlükəsizlik texnikası.

    (Heyvandarlıq və quşçuluqda təhlükəsizlik texnikası).
    Maşınların layihələri hazırlanarkən texniki tələblərlə yanaşı, insan amili yəni in-sanların sağlamlığına, təhlükəsizliyinə təsir edən amillər, maşın avadanlığa verilən bədii-estetik tələblər və s.(mühəndis psixalogiyasında) nəzərə alınmaqla, parktiki ola-raq orjinal maşın və avadanlıqda öz əksini tapmalıdır.

    Maşın və avadanlıqlar, yuxarıda deyildiyi kimi, insan orqanizminin xüsusiyyət-lərini, onun fiziki və psixi imkanlarını, habelə DÜİST 12.2.032-78-in tələblərini nə-zərə alamaqla layihələndirilməlidir. Buna görə də konstruksiya elə olmalıdır ki, insan nəzarətölçmə cihazlarının göstərişlərini dəqiq və aydın seçə bilsin, idarəetmə və nəza-rət cihazları yerləşdirilərkən orqanizmin mütənasibliyi, qolun, ayaqların uzunluğu, ən yaxşı görüş sahəsi və s. nəzərə alınmış olsun.

    Müəyyən edilmişdir ki, insan ümumi məlumatların 80% -ni görmə, 20 %-ni isə eşitmə orqanları vasitəsilə qəbul edir. Nəzarətölçmə cihazları və idarəetmə orqanları optimal görüş sahəsinə düşdükdə alınan məlumatlar dəqiq olur, işçi uzun müddət yo-rulmadan işləyə bilir. Yuxarıda deyildiyi kimi, iş yerləri layihələşdirilərkən insan or-qanizminin antropoloji ölçülərinin (insanın boyu, qollarının uzunluğu, çiyninin eni, ayağının uzunluğu və s.) orta qiymətləri nəzərə alınmalıdır.

    Kənd təsərrüfatı maşınları, traktorlar, özüyeriyən şassilər, kombaynlar, yemha-zırlayan maşınlar və s. layihə edilərkən yuxarıda göstərilənlərlə yanaşı, nəzarət-ölçmə cihazlarının seçilib münasib yerləşdirilməsi, habelə idarəetmə orqanlarının yerləşdi-rilməsi, dəstəklərin, düymələrin quruluşu, forması, tələb edəcəyi bürücü moment, qüvvə və s. nəzərə alınmalıdır. Traktor və özüyeriyən maşınlarda arxanı görən güzgü və mexanikləşdirilmiş şüşəsilən olmalıdır.

    Kabinənin qabarit ölçüləri elə olmalıdır ki, taraktorçu sərbəst girib-çıxa bilsin. Oturacaq və arxa söykənəcək yumşaq materialdan hazırlanmalı, oturacağın hündürlü-yü 0,32-0,42 m, dərinliyi 0,35-0,4 m, eni 0,55-0,6 m, qabaq tərəfi arxaya nisbətən 0,015-0,02 m hündür, söykənəcəyin hündürlüyü 0,35-0,4 m oturacağın vəziyyəti sü-rücünün bədəninə görə nizamlanan olmalıdır.

    İş zonası dedikdə, fəhlənin ayağı dayanan yerdən 2m hündürlüyə qədər olan fəza nəzərdə tutulur. Bu hündürlük aşağıdakı kimi bölünür: 0,45m.dən aşağı namünasib sahə, 0,45-1 m.dən aşağı az münasib sahə, 1-1,6m münasib sahə, 1,6-1,8m-dən yuxarı az münasib sahə, 1,8-2m.dən yuxarı isə namünasib sahə hesab edilir.

    Sanitariya-gigiyena normalarına görə, əgər işçi avadanlığa ayaq üstə xidmət edi-rsə,onda onda avadanlığın idarəetmə orqanları döşəmə səthindən 1,-1,6m hündürlük-də, əgər oturmuş vəziyyətdə xidmət edirsə, onda 0,6-1,2m hündürlükdə yerləşdirlimə-lidir.

    Kənd təsərrüfatı maşınlarında və başqa yem hazırlayan maşınlarda potensial təh-lükəli sahələr olur ki, işçilərin əli, paltarı, saçı və ya özü bu sahələrə, yaxud toxunarsa taravma ala bilər. Belə potensial təhlükəli sahələrə təhlükəli zonalar deyilir. Qayış və ya zəncir ötürməsində aparılan hissə ilə qasnaq arasındakı zona, dişli ötürmədə dişlə-rin görüşdüyü zona, tokar, itiləyici, yem hazırlayan və s.-də hər hansı hissə hazırlanan materialın toxunma sahələri ətrafındakı zona və s. buna misal ola bilər.

    İnsanın maşın və müxanizmlərin təhlükəli zonasına düşməsinin qarşısını almaq üçün kollektiv mühafizə vasitələrindən istifadə edilir: buraya maşın və mexanizmlə-rin təhlükəli hissələrinin ətrafının çəpərlənməsi, mühafizə-bloklama quruluşlarından istifadə edilməsi, uzaqdan idarəetmə, siqnalizasiya sistemlərindən istifadə edilməsi, təhlükəsiz işarə və xəbərdar edici palkatlar və s. daxildir.

    Mühafizə çəpərləməsinin hündürlüyü 1,2-2,4m olmalıdır. Çəpərləmə ilə yanaşı, avtomatlaşdırma və uzaqdan idarə etmə sistemlərindən də geniş istifadə edilir. Bu halda avtomatlaşdırma sistemi, hər hansı pozğunluq baş verdikdə, operatora səs və ya işıq siqnalı verməklə ona xəbərdarlıq edir.


    Təhlükəsizlik üzrə rəngli siqnal işarələr sistemi

    Bizim ölkədə 1978-ci il yanvar ayının 1-dən DÜİST 12.4.026-78 TTSS-də təhlü-kəsizlik üzrə rəngli siqnal işarələri qüvvədədir. DÜİST-də hər bir işarələrin rəngli öl-çüsü, forması, məzmunu və tətbiq sahələri göstərilmişdir. Təhlükəsizlik işarələri 4 q-rupa bölünür: qadağanedici, xəbərdaredici, icazəverici və göstərici. Qadağanedici işa-rələr qoyulan yerlərdə göstərilən hərəkətlər qadağan edilir. Məs: giriş qadağandır, açıq alovdan istifadə etmək qadağandır, papiros çəkmək qadağandır və s. Bunlar dai-rəvi formada olub içərisi ağ və ətrafı qırmızı haşiyələnir. İşarənin simvolu qara rəng-də olur.

    Xəbərdaredici işarələr qoyulan yerlərdə təhlükə yarana bilməsi qabaqcadan xə-bərdar edilir. Məs: Ehtiyatlı ol! Aşındırıcı maddədir; Ehtiyatlı ol! Tez alışan maddə-dir; Ehtiyatlı ol! Zəhərli maddədir. Bunlar üçbucaq formada olub, içərisi (yeri) sarı rənglə ətrafı isə qara rənglə haşiyələnir. İşarənin simvoluda qara rəngli olur.

    İcazəverici işarələr. Bu işarələr qoyulan yerlərdə işin aparılmasına yalnız işarə də göstərilən vasitələrlə icazə verilir. Məs: mühafizə başlığında işləməli, mühafizə paltarında işləməli, mühafizə əlcəyində işləməli; Tənəffüs orqanına mühafizə vasitəsi tətbiq etməklə işləməli və s. Bu işarələr dördbucaq formada olub içərisi (yeri) ağ rəngli, ətrafı isə yaşıl rəngli olur. İşarənin simvolu isə qara rəngdə olur.

    Göstərici işarələr. Bu işarələrdə lazım olan avadanlıqların və məntəqələrin yer-ləşmə yerinin istiqaməti göstərilir. Məs: od söndürən; Yanğın haqqında məlumat məntəqəsi; papiros çəkilən yer və s.

    Bu işarələr dördbucaq formada olub, mərkəz hissəsi ağ, kənar hissəsi isə göy, yaxud sarı rəngli olur. İşarənin simvolu isə qara yaxud qırmızı rəngli olur.



    Kimyəvi zəhərli maddələrlə işləyərkən

    təhlükəsizlik tədbirləri
    Kənd təsərrüfatında bitkilərin xəstəliklərinə (qarşı) ziyanvericilərinə və habelə alaq otlarına qarşı mübarizədə müxtəlif zəhərli kimyəvi maddələrdən istifadə edilir. İş zamanı belə zəhərli maddələrlə davranmaq qaydalarına düzgün riayət edilmədikdə müxtəlif zəhərlənmələr, xroniki xəstəliklər əmələ gələ bilir.

    Pambıqçılıq təsərrüfatında bitkinin xəstəliyinə qarşı merkaptofos, oktametil, kal-sium sianamiz və b. zəhərli maddələr tətbiq edilir.

    Belə maddələrlə işləməyə tibbi müayinədən keçmiş sağlam bədənli 18 yaşdan az olmayan və 50, 55 yaşdan yuxarı olmayan adamlar buraxılır. Bu adamlar buraxılır. Bu adamlar qabaqcadan əmək mühafizəsi üzrə təlimatlandırılmalı, öyrədilməli və fər-di mühafizə vasitələri ilə təmin edilməlidirlər. Buraxıcı-naryad tərtib edildikdən sonra işçilər kimyəvi zəhərli maddələrlə işləməyə buraxılmalıdır.

    İşləmə müddəti kimyəvi zəhərli maddələrlə gündə 6 saat, üzvü fosfor birləşmə-ləri və civə preparatı ilə isə gündə 4 saat (işləməlidir) olmalıdır.

    Belə sahələrdə hamilə qadınların, südəmər uşağı olan qadınların və qocaların iş-lədilməsinə icazə verilmir.

    Kimyəvi zəhərli maddələr çiləyici, tozlayıcı maşınlarla həyata keçirilir. Ona gö-rədə bu maşınlar qabaqcadan seçilməli və işlədilərək yoxlanılmalıdır. Yoxlama zama-nı müşahidə edilən nöqsanlar aradan qaldırılmalıdır.

    İş zamanı traktorçuya aşağıdakılar qadağan edilir.

    1. Təlimat, fərdi mühafizə vasitələri olmadan işə başlamaq;

    2. Yanında kənar şəxslər saxlamaq;

    3. Papiros çəkmək, qida qəbul etmək;

    4. İstirahət və işdən sonra maşın və avadanlıqları nəzarətsiz qoymaq;

    5. Kimyəvi zəhərli maddələrin qalıcını su axarına tökmək və maşını su axarında yumaq.

    Zəhərli kimyəvi maddələr tətbiq edilməzdən qabaq sahələr hazırlanmalıdır.

    Belə ki, sahənin kənarında üzərində “sahə zəhərlidir ehtiyatlı ol” sözləri yazılmış nişanlar basdırılmalı, müvəqqəti gözətçilər qoyulmalı, sahədən axan sular müvəqqəti saxlanılmalı, yerli əhali, arıya baxanlar habelə naxırçı və qabanlar xəbərdar edilməli-dir.

    İş qurtardıqdan sonra içərisində kimyəvi zəhərli maddələr aparılmış qablar, fərdi mühafizə vasitələri siyahı üzrə anbara təhvil verilməlidir. Maşınların içərisində qal-mış maddələr su axarından 150-200m. aralı qazılmış quyuya tökərək kənardan gətiril-miş su ilə yuyularaq üzəri torpaqla örtülməlidir.

    İş zamanı gözə, bədəndə olan zədəli yerə kimyəvi maddə düşərsə, oraya su vur-maq olmaz. Belə sahələr (yerlər) vazelinli parça ilə silinib, zərərləşdirici məhlulla yu-yulmalıdır.

    Kimyəvi zəhərli maddələrlə işləyərkən sahə rəhbərləri aşağıdakıları bilməlidir:

    1. Kimyəvi zəhərli maddələr bir iş günü üçün nəzərə alınmalı, sahəyə daşınan zamanı qablar zədələnməməli və sahədə nəzarətsiz buraxılmamalıdır.

    2. İş baş aqronomun, mühəndisin və tibb işçisinin nəzarəti altında aparılmalı

    3. Kimyəvi zəhərli maddələr daşıyan nəqliyyatlar tez təmizlənən olmalı, iş qurta-rana qədər başqa məqsədlər üçün istifadə edilməməli və yaşayış məntəqəsində sax-lanılmamalı.

    4. Nəqliyyat sürücüləri əmək mühafizəsi üzrə təlimatlandırmalı,

    5. Zəhərli kimyəvi maddələr saxlanan anbarlar başqa anbarlardan 150-200m. aralı olmaqla binanın ventilyasiyası olmalı və qapısı bağlı vəziyyətdə gözətçidən gö-zətçiyə təhvil verilməlidir.

    6. Zəhərli kimyəvi maddələr saxlanan anbarlarda tərəzi, çəki daşları və b. ava-danlıqlar saxlamaq və başqa məqsədlər üçün istifadə etmək qadağan edilir.

    7. Zəhərli kimyəvi maddələr sərəncam əsasında xüsusi jurnal üzrə təsərrüfat rəh-bərlərinə verilməlidir.

    8. İş zamanı təsadüf edilən zədələnmə hallarında ilk yardım göstərmək qaydasını bilməlidir.
    Kübrələrlə işləyərkən təhlükəsizlik texnikasına tələbat

    Kübrələr içərisində ən təhlükəlisi maye və sulu ammonyak və ammonium şorası hesab edilir.

    Havada amonyakın çoxlu qarışıcı olduqda ağır və öldürücü zəhərlənmə baş ve-rir. Bundan başqa ammonyakla hava qarışığı partlayış üçün təhlükə yaradır. Ona gö-rədə ammonyakdan torpaqda istifadə etdikdə və habelə onu daşıdıqda və saxladıqda təhlükəsizlik qaydalarına düzgün riayət edilməlidir.

    Ammonyakla işləməyə xüsusi öyrədilmiş 18 yaşdan yuxarı şəxslərə icazə verilir. Maye və sulu ammonyak xüsusi qablarda (çənlərdə) daşınmalıdır. Həmçinin o başqa sahələrdən (obyektlərdən) 500m. məsafədə saxlanılmalıdır. Sulu ammonyakın qabları üzərinə “Sulu Ammonyak” və “Zəhər” sözləri yazılmalıdır. Qabların üzəri açıq rənglə rənglənməli və hava buraxıcı klapan qoyulmalıdır.

    Qabın xarici boru kəmərləri, kranları və b. birləşən yerləri sarı rənglə rənglənmə-lidir.

    Maye ammonyak saxlanan anbarın yaxınlığında açıq alovdan istifadə etmək qa-dağandır.

    Qabların və boru kəmərlərinin təmiri və nəzarəti ammonyakla davranış qaydala-rını yaxşı bilən adama təpşırılmalıdır. Qabları və botu kəmərlərini qaynak etməzdən qabaq su və su buxarı vasitəsilə (mütləq) yuyulmalıdır.

    Maye ammonyakla yalnız xüsusi paltarda və tənəffüs orqanlarını mühafizə edən “KD ” markalı əleyhiqazla işləməyə icazə verilir. Yüksək konsentrasiyalı ammon-yakla işləyən vaxtı bəzən adi əleyhiqaz mühafizə etmir, ona görə də belə hallarda bo-rulu əleyhiqazlardan istifadə edilməlidir.

    Ammonyak və ammonium şorası ilə işləyən adamlar qabaqcadan onun oda və partlayışına təhlükəli xassələri haqqında xüsusi təlimatlandırılmalıdır.

    Ammonyak saxlanan anbarlar yanğın əleyhinə su ilə təmin olunmalı, siqnallaş-dırma sistemi ilə avadanlıqlaşdırılmalı və oraya nəzarətçi təyin edilməlidir.


    Meyvə və bağçılıqda kənd təsərrüfatı texnikasından istifadə

    edərkən təhlükəsiz işlərin təmini.
    Meyvə və tərəvəzçilikdə torpaq becərən, kübrə və zəhərli preparat (v) səpən və s. maşınlardan geniş istifadə edilir. Bunlardan istifadə edərkən, meyvə-giləmeyvə yığan maşınlarla işləyərkən təhlükəsizlik tədbirlərinə düzgün riayət edilməlidir.

    Maşın-traktor aqreqatlarına təhkim edilmiş köməkçi işçilər maşının quruluşu ilə tanış olmalı və iş yerinə uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlimat almalıdır. İşə başlamazdan qabaq paltar və ayyaqqabısını qaydaya salmalıdır.

    Əgər bağ və bostan yerindən elektrik xətti keçirsə, o zaman maşının yuxarı nöztəsi ilə elektrik xətti arasındakı məsafə 2m.-dən az olmamalıdır. Traktorla quyu qazanın xüsusi mühafizə örtüyü olmalıdır.

    Qazıcı burğu təmizlənən zaman traktorun mühərriki söndürülməlidir.

    Qazıcı maşın (quyu) uzun müddət dayandıqda, qazıcı burğusu torpaq səthinə en-dirilməlidir.

    Meyvə yığan vibrasiyalı maşın işləyən zaman işçinin onun hərəkət zonasına yaxınlaşması qadağandır.

    Mailli sahədə əkilmiş üzümlüklərdə gecə vaxtı maşın-traktor aqreqatları ilə işlə-mək qadağandır.

    APV-10-2 mitil basdırıcı aqreqat işləyən zaman onun burğusu yuxarı qalxmış vəziyyətdə olduqda ona yaxınlaşmaq qadağandır.

    Beton dayaq basdıran maşınlara xidmət edən işçilər fartuk və əlcəklə təmin edilməlidir.

    Üzümü yığmaq və aparmaqdan qabaq traktor və yük qaldırıcının sazlığı yoxla-nılmalıdır.

    Giləmeyvə yığan maşına qulluq edən zaman elektrik təhlükəsizliyi təmin edil-məlidir, belə ki, elektrik naqillərinin izolyasiyası və vibratora cərəyan aparan kabelin zədələnməsi yoxlanılmalıdır.

    Yağışlı vaxtlarda və ildırım boşalması zamanı iş dayandırılmalıdır.

    Günəşli vaxtlarda işçilər açıq rəngli baş örtüyü ilə işləməlidir. Məhsul yığan ada-ma hər 50 dəqiqədən bir 10 dəqiqə istirahət verilməlidir.

    Vibratorla işləyən bütün işçilər ildə 1 dəfədən az olmayaraq tibbi yoxlamadan keçməlidir.

    Kartof basdıran və yığan maşınla işləməzdən qabaq işçi yaxşı hazırlıq keçməli və iş yerinə görə təhlükəsizlik texnikası üzrə təlimat almalıdır. Aqreqat işləyən zaman ona minmək və düşmək qadağandır.

    Tozlu və küləkli vaxtlarda eynəkdən istifadə edilməlidir.

    Kələm və tərəvəz bitkilərinin toxumlarını yığan vaxtı POU-2 tipli kuzalı univer-sal platformadan istifadə etdikdə onun hərəkəti zamanı yan tərəfdən platformaya ya-xınlaşmağa icazə verilmir. Platformaya yığılmış yükü boşaldan vaxtı traktor tam da-yandırılmalıdır.

    İstixanalarda texnikadan istifadə etdikdə kəskin döngə yerlərində adamların ol-mamasına diqqət yetirilməlidir. Qapalı istixanalarda uzun müddət traktor və b. özü hərəkət edən maşınlarla işləməyə icazə verilmir ona görə ki, daxili yanacaq mühərri-kindən çıxan qaz onu zəhərləyə bilər.

    Əgər istixanalarda elektrikləşdirilmiş maşın və mexanizmlərdən istifadə edilərsə, o zaman elektrik təhlükəsizliyi tələblərinə ciddi riayət edilməlidir.
    Yükləmə-boşaltma DÜİST 12.3.009-76 ƏTSS-də tədbirləri.

    Yükləmə-boşaltma işlərinin təhlükəsizliyinin təmini, onların təşkili qaydasından və texniki vasitələrdən necə istifadə edilməsindən asılıdır.

    İşi təşkil edərkən yükün xarakterini öyrənmək (yəni dənəvər, qabda olması, açıq və s.), həmçinin onun kütləsini bilmək lazımdır.

    Kütləsinə görə bir yerli yüklər üç dərəcəyə bölünür:

    1) Kütləsi 80 kq-a qədər,

    2) Kütləsi 80 kq-dan 500 kq-a qədər,

    3) Kütləsi 500 kq-dan yuxarı olan yüklər.

    Yükün kütləsindən asılı olaraq yükləmə üsulu seçilir.

    Belə ki, 2-ci və 3-cü dərəcəli yüklərin yüklənməsi və boşaldılması yükqaldırıcı mexanizmlərin köməyi ilə, onlar olmadıqda isə xüsusi vasitələrdən istifadə edilməli-dir. Məsələn, içərisində yanacaq olan dəmir boçkanı yerdən avtomobilin banına qal-dırmaq lazım gəldikdə maili alçaq müstəvidən və boçkaya bağlanmış kəndirdən isti-fadə edilməlidir.

    Yükün kütləsi 50 kq-dan artıq olduqda onu qaldırmaq və yerləşdirmək üçün iki fəhlə lazımdır. 2-ci və 3-cü dərəcəli yüklər yüklənmiş avtomobildə adamların aparıl-ması qadağandır.




    Yüksək sürətli maşın və aqreqatlarla işləyərkən təhlükəsizlik

    tədbirləri.
    Traktorlarda, kombaynlarda və başqa yüksək sürətli kənd təsərrüfatı maşın və alətlərində işlədikdə, işin təhlükəsizliyi ilk növbədə traktorçunun, kombaynçının həmçinin yardımçı heyətin bilik dərəcəsindən asılıdır.

    Bu maşınları idarə etmək üçün yaşı 18-ə çatmış xüsusi hazırlıq keçmiş, təhlükə-sizlik texnikası qaydalarını mənimsəmiş və imtahan vermiş şəxslər buraxılır.

    Mexanizator texniki cəhətdən nasaz olan maşında işləməməlidir və ondan bunu tələb etməyə heç kimin hüququ yoxdur.

    Traktorçu kənd təsərrüfatı traktorları ilə aqreqatlaşdırılmış maşın və alətlərin istismar edilməsində təhlükəsizlik texnikasının qayda və tələblərini bilməli, onları ye-rinə yetirməlidirlər. Traktor aqreqatlarının yüksək sürətlə işlədilməsi zamanı təhlükə-sizlik texnikası qaydalarına dəqiq əməl etməklə yanaşı traktorçudan xüsusi diqqət və ehtiyatlılıq tələb edilir. Yüksək sürətlə hərəkət etdikdə kəskin dönmələrə yol vermək olmaz. Dönmədən qabaq torpaq becərən alətləri açmalı yaxud iş vəziyyətindən nəq-liyyat vəziyyətinə gətirməli, dönmədən sonra iş vəziyyətinə gətirməli.

    Yüksək sürətli traktorları idarə etmək üçün hərəkətin təhlükəsizlik qaydalarını mənimsəmiş və müvafiq şəhadətnaməsi olan birinci və 2-ci dərəcəli traktorçular bu-raxılır. Nəqliyyat işlərində təkərli traktorlardan istifadə etdikdə qabaq və arxa təkərlər maksimal enə görə müvazinətləşdirilir. Traktorların hərəkət sürətləri keçidlərdə 10 km/saat-dan istehsalat binalarında isə 2 km/saat-dan artıq olmamalıdır.

    Əhali yaşayan məntəqələrdən keçərkən ehtiyatlı olmaq tələb olunur.

    Qarşı-qarşıya hərəkət etdikdə hökmən sağ tərəflə hərəkət etməli və 2m-dən az olmayaraq eninə doğru interval saxlamaq lazımdır. Əgər traktorlar kalona ilə hərəkət edirlərsə, onda 30 m.ara məsafəsi saxlanılmalıdır. Nəqliyyat keçidlərində asma alətlər möhkəmləndirilməli və orada insanların olmasına yol verilməməlidir. Nəqliyyat işləri zamanı hava pis olduqda, yollar sürüşkən, döngəli, enişli və yoxuşlu olduqda nəqliy-yatın hərəkət sürətini artırmaqla yol verilmir. Hərəkət zamanı yollarda olan yol nişan-larının göstərişinə əməl etmək lazımdır.

    Özü hərəkət edən nəqliyyatlarla və yedək arabaları ilə işləyərkən təhlükəsizlik tədbirləri.
    Avtotraktorlara qoşulan kənd təsərrüfatı maşın və alətlərin, saz, möhkəm və sər-bəst qoşqu ləvazimatı olmalıdır. Qoşqu alətinə traktoru yaxınlaşdıran zaman traktora az qaz verməklə geri hərəkət etdirmək və səlist yandırmaq lazımdır. Traktorçu trakto-ru geri verərkən ilişmə muftasının pedalından ayağını götürməyərək qoşquya xidmət edən işçinin işarəsinə görə hər bir vaxt saxlamağa hazır olmalıdır. Qoşqu traktora qo-şulan zaman traktorçu yarım dönüş vəziyyətində oturaraq qoşğuçunun gördüyü işə və onun təhlükəsizliyinə diqqət yetirməlidir.

    Kotanlarda, kultivatorlarda, malalarda üzdən şumlama və başqa becərən alətlə-rində işləyən zaman bu alətlər nasaz olduqda habelə onlara vaxtlı-vaxtında yüksək keyfiyyətli texniki qulluq edilmədikdə, istismar qaydaları yerinə yetirilmədikdə bəd-bəxt hadisələrə səbəb olur. Kotan işləyən zaman onun boltlarının yerində olub-olma-ması yoxlanılmalı, itmiş və ya sınmış boltlar yenisi ilə əvəz edilməlidir. Şırım və tarla vintləri zibilləndikdə palçıqdan və zibildən təmizlənməli, gündə bir dəfədən az olma-yaraq yağlanmalıdır. Çox gövdəli kotanların iş orqanlarını qaldırmaq üçün müxtəlif quruluşlu qaldırıcı avtomatlardan istifadə edilir.

    Avtomatın dəstəyi ilə traktorçu kotanı iş vəziyyətindən nəqliyyat və bu vəziyyət-dən yenədə iş vəziyyətinə gətirə bilir. Avtomatları təmir edilməyib düzəldilmiş pis iş-ləyən kotanlarla iş görülməlidir. Avtomat traktorçunun oturduğu yerdən sərbəst idarə edilə bilməlidir.

    Kotan öz-özünə iş vəziyyətindən nəqliyyat vəziyyətinə və əksinə qayıtmalıdır. Belə olduqda dəstək geri qayıdaraq qoşğunu ağır zədələyə bilər. Bəzi traktor və at ko-tanlarında, habelə kultivatorlarda qaldırıcı dəstək işçinin əlini əzə bilər. Buna görədə dəstəkləri saxlayıcı (dilcik) saz olmalı sektorlarda möhkəm dayanmalı və öz-özünə açılıb yertindən sürüşməlidir. Kultivatorun arxasınca gələn mala və ya vərdənələrə adamların yaxınlaşmasına yol verməmək üçün kultivatorların üzərində 30 sm enində ayaq altı taxta qoyulması məsləhət görülür. Ayaqların sürüşməməsi üçün taxtanın sət-hi şırımlı olmalı, taxtanın arxa ucunda isə 2,5 sm. hündürlüyündə yanlıq düzəldilmə-lidir.

    Kotan gövdələrinin iş orqanları, kultivator pəncərələri, mala, lövhə və dişlər an-caq traktor dayandırıldıqdan sonra təmizlənə bilər. Bunları təmizləyici ərsin vasitəsilə təmizləyirlər. Bu ərsin 1-1,5sm diametrli və 120-130sm uzunluğunda çubuğun başına geyindirilmiş kürəcikdən və ya iki dişli qarmaqdan ibarətdir.

    Qoşquçu iş orqanlarını alaq otları və ya başqa şeylərlə zibillənib tutulduğunu aş-kar edən kimi dərhal traktorçuya işarə verib, traktoru və ya maşını saxlamalı, sonra isə təmizlənməlidir.

    Bütün nəqliyyat qoşğuları (yedəklər) etibarlı tormoza malik olmalıdır.

    Yükünü özü boşaldan avtomobil və yedəyə qaldırılmış banın (küzobun) öz-özü-nə düşməməsi üçün möhkəm qurğulu qurğuya malik olmalıdır.

    Nəqliyyat işlərində istifadə edilən bütün traktorlar, yedəklər və yarım yedəklər dayandırıcı işıq siqnallarına malik olmalıdır.
    Tarla işlərində silos və qaba yemləri hazırlayarkən

    təhlükəsizlik texnikası.
    Ot biçən maşınlarla işləyərkən iş zamanı nizamlama, yağlama və maşını toz, pal-çıqdan təmizləmək qadağandır. Yuxarıdakı işləri aparmaq üçün mütləq maşın saxla-nılmalı və traktordan aralıq valı ilə verilən hərəkət saxlanılmalıdır. İşə buraxma və dayandırma quraşdırılmış siqnal vasitəsilə aparılmalıdır. Ot biçən maşın işləyərkən onun ən təhlükəli hissəsi kəsici aparat hesab edilir. İş zamanı maşının kəsici aparatına yaxınlaşmaq yaxud qabaq hissəsindən keçmək cəmi qadağandır. Kəsici aparatı təmiz-ləmək üçün ağacdan hazırlanmış təmizləyici olmalıdır. Maşının kəsici bıçağını dəyiş-dirmək lazım gəldikdə, hərəkət ötrücü val dayandırılmalı və taraktorun mühərriki söndürülməlidir. Biçən maşının ehtiyat bıçağı sahədə açıq örtükdə saxlanılmalıdır. Ot biçən maşının bıçağını itiləmək lazım gəldikdə örtüyü olan quru daşdan istifadə edil-məlidir. Bu zaman mühafizə eynəyi və əlcək verilməlidir. Biçən məşinlara xidmət edən adamlar mühafizə eynəyi ilə təchiz edilməlidir. Ot presləyənlə işləyərkən otu əl ilə qəbul kamerasına vermək olmaz. Otu quraşdırılmış trapeportyorun üzərinə qəbul kamerasından 1m. məsafədən tökülməlidir.

    Mühərriki söndürmədən PSM-5A pressində texniki xidmət aparmaq lazım gələr-sə, o zaman hərəkət ötrücü intiqalı iş vəziyyətindən neytral vəziyyətə gətirərək, saxla-yıcının keçid qurğusuna bərkidilməlidir. Əgər PSB-1,6 yığıcı ot presində aparmaq la-zım gələrsə o zaman hərəkət verici valı açmalı və etibarlı bağlanılmalıdır.

    Çuğundur yığan maşınlada işləyərkən təhükəsizlik tədbirlərinə düzgün riayət edilməlidir. Traktorla çuğundur yığan kombayn arasındakı hərəkət ötürücü valın ətra-fında konstruktiv örtüyü olmalıdır. Quru və küləkli havalarda traktorçu və kombaynçı mühafizə eynəyi ilə işləməlidir.

    Silos yığan kombaynı bir yerdən başqa yerə apararkən traktordan hərəkət ötrücü val çıxarılmalı və biçən hissəsi yuxarı qaldırılaraq saxlayıcı bərkidilməlidir. Kombay-nçı qabaqcadan maşını yoxlamalı, yağlama aparmalı və barabanın sərbəst fırlanması-nı yoxlamalıdır. Hərəkət ötrücü valın mühafizə örtüyü olmalıdır.

    Hərəkət zamanı maşında nizamlama və başqa əməliyyat aparmaq kombayınçıya qadağan edilir. Kombaynda kənar adamların aparılmasına icazə verilmir. Gecə vaxtı aqreqat normal işıqlanma ilə təchiz edilməlidir.

    Xırdalanmış silos kütləsi avtonəqliyyata yüklənərkən onun hərəkəti zamanı ona yaxınlaşmağa icazə verilmir.




    Download 1,16 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   114




    Download 1,16 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

    Download 1,16 Mb.