Avtomobil nəqliyyatı sahəsində təhlükəsizlikdən danışdıqda nəzərə almaq la-
zımdır ki, bu kifayət qədər geniş məvhumdur. Bura həm nəqliyyatın istismarı, həm
onun texniki qulluğu, həm də təmir işlərinin aparılması zamanı təhlükəsizliyin tə-
min olunması məsələləri aiddir. Lakin bizim fənnimizin predmeti məs avtomobilin
konstruksiyasının təhlükəsizliyidir, yəni onun sistem və aqreqatlarının, həm də ba-
nının yol qəzalarının qarşısının alınması və ya onların fəsadlarının azaldılması ba-
xımından təkmil olması. Fənnin məqsədi avtomobilin müxtəlif sistem və aqreqatla-
rının hərəkətin təhlükəsizliyinin təmin olunmasında rolunu öyrənmək və bu istiqa-
mətdə olan perspektivləri araşdırmaq.
XX əsrin 50-ci illərinə qədər avtomobilin konstruktiv təhlükəsizliyi məsələsinə
çox fikir verilmirdi. Belə hesab edirdilər ki, avtomobilin banının dəmiri nə qədər
qalın olsa, yəni zərbə zamanı o nə qədər
az deformasiya olunsa, bir o qədər yaxşı-
dır. Lakin sonradan aparılan elmi tədqiqatlar və keçirilən kraş-testlər göstərdi ki,
bu fikir yalnışdır. Belə ki, avtomobilin banı az deformasiya olduqda zərbədən ya-
ranan qüvvə azalmadan banın içərisinə doğru ötürülür. Nəticədə sürücü və sərni-
şinlər daha ağır xəsarətlər alır. Əksinə, deformasiya çox olduqda içəriyə yönələn
təsir qüvvəsi azalır. Bundan başqa, avtomobillərin dinamiki göstəricilərinin art-
ması onların tormoz sistemlərinin daha effektiv etməyi tələb edirdi. Beləliklə XX
əsrin 50-ci illərindən sonra avtomobillərin banının və təhlükəsizliyi təmin edən
sistem və aqreqatların konstruksiyalarının təkmilləşdirilməsinə bütün istehsalçılar
tərəfindən çox böyük diqqət verilməyə başlandı və bu tələblər öz əksini müvafiq
standartlarda tapdı.