Yoxlama sualları: 1.Müasir avtomobillərdə hansı növ tormoz sistemlərindən istifadə edilir?
2.Avtomobilin tormoz idarəsi hansı sistemlərdən ibarətdir?
3.Müasir avtomobillərdə əsasən hansı tip tormoz intiqallarından istifadə edilir?
4.ABS sistemi avtomobildə nə üçün lazımdır və onun əsas üstünlükləri nədən
ibarətdir?
5.Sürücü avtomobili idarə edərkən hansı tormozlama üsullarından istifadə edə
bilər?
6.Avtomobilin tormoz sisteminə qoyulan əsas tələblər nələri əhatə edir?
Ə D Ə B İ Y Y A T 1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə)
Mövzu № 8. Avtomobilin tormoz dinamikası Mühazirənin planı:
1.Avtomobilin tormoz dinamikasının göstəriciləri (yavaşıma, dayanma və
tormoz yolları anlayışları)
2. Göstəricilərin hesablanma qaydaları
Avtomobilin tormoz sisteminin effektivliyini qiymətləndirmək üçün əsasən tor-
mozlama təcilinin maksimal qiymətindən, dayanma və tormoz yollarının uzunluq-
larından göstəricilər kimi istifadə olunur.
Avtomobilin tormoz dinamikliyinin əsas kəmiyyət göstəricilərindən biri –
tormozlama təcilidir
a j . Bu göstərici tormozlama prosesində avtomobilin sürətinin vahid zaman ərzində nə dərəcədə azalmasını göstərir (bax şəkilə).
23.
Tormozlama təcilinin diaqramı Avtomobilin tormozlanması zamanı yaranan tormozlama təcilinin qiyməti
aşağıdakı kimi təyin edilir:
2
,
san m g j g a
Burada:
g
uzununa ilişmə əmsalının gətirilmiş qiymətidir.
sin
cos
e g K
ilişmə əmsalının faktiki qiyməti
e K tormozlamanın səmərəlilik əmsalı
yolun hadisə yerində uzununa maillik bucağı (düsturda «+»
avtomobil yoxuşa, «–» isə enişə getdikdə qəbul edilir).
Düz üfiqi yolda tormozlama təcili aşağıdakı kimi hesablanır.
2
,
san m K g j e a
Qeyd etmək lazımdır ki, j
a
-nın qiyməti yol örtüyünün materialından, onun
hadisə vaxtındakı vəziyyətindən (yaş, quru və s.), şinlərin materialından və
yeyilməsindən, NV-nin yüklənmə dərəcəsindən asılıdır. Onun ən dəqiq qiymətini
hadisə yerində xüsusi cihazlar vasitəsilə təyin etmək olar. Əks halda isə j
a
-nın
qiyməti müvafiq cədvəllərdən qəbul edilir. Bütün hallarda
a j
nin qiyməti «Yol
hərəkəti haqqında» Qanunda göstərilmiş qiymətlərdən aşağı olmalı deyil
(avtomobilin növünə uyğun olaraq), çünki belə vəziyyətdə onun istismarı
qadağandır.