Sürücünün işçi yerini xarakterizə edən istismar xüsusiyyəti onun
məskunluq
(sürücünün iş yerinin insanın psixofizioloji və antropometrik xüsusiyyətlərinə uy-
ğunlaşması) və ya
rahatlıq dərəcəsi adlanır və, o, aşağıdakı parametrlərlə xarak-
terizə olunur:
-kabinanın ölçüləri;
-idarəetmə orqanından istifadə rahatlığı;
-oturacağın vəziyyəti;
-idarəetmə orqanlarının sürücüyə nisbətən yerləşməsi;
-kabina içərisində səs-küy, titrəyişlər, mikroiqlim və s. erqonomik parametrlər.
Kabinanın ölçüləri sürücünün sərbəstliyini (yəni lazımi idarəetmə orqanlarına
rahat çatmasını, sükan çarxını asan döndərməsini, lazımi istiqamətdə bədənin sər-
bəst çönməsini və s.) təmin etməli və salonun daxilində sürücü üçün komfortlu,
yüksək iş qabiliyyətini və məhsuldarlığı təmin edən mikroiqlim yaratmalıdır.