-avtomobil üfiqi meydançada dayandıqda “qaranlıq” zonaların bal ilə qiymət-
ləndirilən həndəsi ölçüləri və sahəsi.
Müahidəliliyin təklif olunan parametrləri 5,5-41m/san sürətlərində avtomobili
təhlükəsiz idarə etmək üçün sürücünün görməli olduğu yol vəziyyətinin müxtəlif
obyektlərinin yerləşməsinin təhlilinə əsasən müəyyən edilir.
Qabaq pəncərənin müşahidəliliyin yuxarı həddini məhdudlaşdıran yuxarı sər-
həddinin maksimum hündürlüyü iki tələb əsasında müəyyən edilir:
-avtomobil “Stop” xəttində svetofordan 12m məsafədə durduqda, sürücü yolun
hərəkət hissəsinin mərkəzində 5m hündürlükdə asılan svetoforu görə bilsin;
-qabaq pəncərə çox hündür olmamalıdır.Əks halda sürücü müşahidəliliyin
yuxarı bucağının 30
0
-dən yüksək qiymətlərində müşahidə olunan parlaq işıq və is-
tilik çualarının təsirindən əziyyət çəkəcəkdir.
Ətraf mühitin metereoloji vəziyyətindən asılı olmayaraq yaxşı müşahidəliliyin
təmin edilməsində şüşə təmizləyicilər, həmçinin, şüşələrin yuyulması və qızdırıl-
ması sistemləri böyük əhəmiyyət daşıyır. Şüşənin üfürmə və qızdırma sistemləri
xarici mühitin aşağı temperaturlarında qabaq küləj şüşəsinin tərləməsinə və don-
masına imkan verməməlidirlər.