4. Tormoz intiqalının əsas nasazlıqları hansılardır?
5. Tormoz sistemində nasazlıqların başlaması hansı əlamətlərlə müşayət
olunur?
6. Sükan idarəsinin əsas nasazlıqları hansı qruplara bölünür?
7. Sükan idarəsinin nasazlıqlarının başlanmasının əsas əlamətləri kimi nələri
göstərmək olar?
8. İlişmə muftasının nasazlıqlarının xarici əlamətləri hansılardır?
9. Sürətlər qutusunun nasazlıqlarını hansı qruplara bölmək olar?
10. Sürətlər qutusunun nasazlıqlarını hansı xarici əlamətərə görə təyin etmək
olar?
Ə D Ə B İ Y Y A T
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (II hissə)
Mövzu № 23. Maddi sübut
Mühazirənin planı:
1. Maddi sübut anlayışı
2. NV-nin sistemlərinin əsas elementlərinin maddi sübutlar kimi
saxlanılmasının təmin edilməsi tədbirləri
Qoyulan sualların həlli üçün zəruri olan və qanunla müəyyən edilmiş qaydada
ekspertizanı təyin edən orqan tərəfindən götürülərək ekspertə təqdim edilən hadi-
sədə iştirak etmiş nəqliyyat vasitəsi və ya onun qovşaqları, detalları, ayrı-ayrı his-
sələri və digər obyektlər –
maddi sübut hesab olunur
NV-nin yüklənməsi, boşaldılması və nəql etdirilməsi zamanı qovşaqların ayrı-
ayrı elementlərinin əlavə zədələnməməsi üçün xüsusilə diqqətli olmaq lazımdır.
Bərkidilmə vasitələri elə hissələrə bağlanmalıdır ki, NV qaldırıldıqda və endiril-
dikdə onlar sürüşməsin və yerini dəyişməsin.
Dərin zədələri və çatları olan detalların sınma səthləri ətraf mühitin təsirindən
79.
təcrid olunmalıdır. Bunun üçün sınma səthlərinə maye yağında isladılmış parçadan
qoruyucu örtüklər bərkidilməlidir. Onlar səthləri korroziyadan, oksidləşmədən
uzunmüddətli saxlamalar zamanı qoruyur.
Siqnal və işıqlandırma elementləri, müxtəlif
cihazlar, elektrik naqillərinin sın-
maları, fara və fənərlərin zədələnmələri və s. hallarda akkumulyator batareyası
sistemdən ayrılmalıdır. Bununla bərabər, qopmuş və asılmış vəziyyətdə olan
elektrik naqilləri izolyasiya edilərək, kuzov elementlərinə bərkidilir.
Aparılmş müşahidələr göstərir ki, bir çox hallarda hadisədə iştirak etmiş NV-
ri baxış keçirilənə qədər uzun müddət saxlanma yerlərində açıq havada qalırlar. Bu
zaman onlar ətraf mühitin mənfi təsirinə (külək, yağış, qar və s.) məruz qalırlar.
Nəticədə detallar özü və onların qirilma (çatlama) səthləri tədricən paslanır, elek-
trik naqilləri oksidləşir, bu isə öz növbəsində sonrakı ekspert tədqiqatlarına çoxsay-
lı problemlər yaradır.
Ona görə də NV-lərin uzunmüddətli saxlanılması örtülü otaqlarda təşkil edilmə-
li və oraya kənar şəxslərin daxil olmasına imkan verilməməlidir.
Bütün yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, NV-rinin qov-
şaqlarında (detallarında) texniki nasazlıqların yaranma səbəblərinin və vaxtının
ekspertlər tərəfindən dəqiq araşdırılması üçün, maddi sübutların düzgün götürül-
məsi, qablaşdırılması, nəql etdirilməsi və saxlanması vacib rol oynayır. Bunun
üçün də bu istiqamətdə ekspertlərin və istintaq orqanlarının birgə əməkdaşlığına
böyük ehtiyyac var. Yəni ekspertlər tərəfindən bu sahədə məsləhətlərin verilməsi,
onların maddisübutun götürülməsində iştirak etməsi və s., gələcəkdə istintaq
tərəfindən onların qarşısında qiyulan sualların həllinə çox böyük dəstək ola bilərdi.
Yoxlama sualları:
1.Maddi sübut dedikdə sperizada nə başa düşülür?
2.Ekspertizaya təqdim olunması üçün maddi sübutun götürülməsi zamanı hansı
tədbirlər və hansı ardıcıllıqla yerinə yetirilməlidir?
3.Maddi sübutun saxlanması zamanı hansı məsələlərə xüsusi diqqət
verilməlidir?
80.