aşağıdakıları qeyd etmək olar:
- qabaq təkərlərin quraşdırılma bucaqlarının pozulması;
- asqı linglərinin deformasiyası;
- yayların sərtliyinin azalması və ya sınması;
- amartizatorların hermetikliyinin pozulması, yeyilməsi və ya mexaniki zə-
dələnməsi;
- amartizator dayağının zədələnməsi;
- eninə dayanıqlılıq stabilizatorunun zədələnməsi;
- asqıların bərkidilməsinin rezin-metal və ya oynaq elementlərinin yeyiməsi.
Bu nasazlıqların əsas səbəbi birinci növbədə yolların keyfiyyətidir. Bununla
bərabər, keyfiyyətsiz dəstlər, texniki xidmət və təmir işlərinin keyfiyyətsiz aparıl-
ması və avtomobilin idarə etmə üslubu da öz təsiri göstərir.
Asqıların nasazlıqları tədricən və ya qəflətən baş verə bilər. Onlarda nasazlıqla-
rın başlanması aşağıdakı əlamətlərlə bilinir:
- avtomobilin düzxətli hərəkət istiqamətindən sapmaları (yana çəkmə);
- döngələrdə hərəkətdə və tormozlamada avtomobilin titrəyişi (yırğalan-
ması);
- hərəkət zamanı titrəyişlər;
- hərəkət zamanı asqılarda taqqıltı;
- asqıların “yatması”;
- şinlərin yeyilməsinin artması və ya qeyri-müntəzimliyi.
Nəzərə almaq lazımdır ki, qeyd olunan xarici əlamətlər sükan idarəsinin nasaz-
lıqlarında da müşahidə edilə bilər.