Sürücülərin günün qaranlıq vaxtında yilu yaxşı görməsi üçün avtomobillərdə
faralardan istifadə olunur. Onların iki tipi var:
avropa və amerika. Bu faralar öz
xüsusiyyətinə və quruluşuna görə bir-birindən müəyyən qədər fərqlənir (bax şəkil-
lərə). Avropa tipli faraların yaxın işığı amerikan tipinə nisbətən yolu daha yaxın
məsafədə işıqlandırır, lakin sürücünün gözünü qamaşdırmır. Amerika tipli faralar-
da isə əsas məqsəd yolu daha uzaq məsafəyə içıqlandırmaq. O ki, qaldı sürücülərin
gözünün qamaşmasına bu məsələyə önəm çox verilmir.
Yoxlama sualları:
1.Avtomobilin informativlik xüsusiyyəti dedikdə nə başa düşülür?
2.İnformativliyin hansı növləri mövcuddur?
3.Sürücü informasiyanı hansı analizatorlar vasitəsi ilə alır?
4.Təbii və süni siqnallar bir-birindən nə ilə fərqlənirlər?
5.Xarici vizual informasiyalılığa nə aiddir?
6.Daxili vizual informasiyalılığa hansı cihazlar aiddir?
7.Cihazlar lövhəsinin göstəricilərinə qoyulan əsas tələblər hansılardır?
8.Sürücü tərəfindən informasiyanın qəbul edilməsi və düzgün qiymətləndiril-
məsinə hansı amillər təsir edir?
9.Avropa və Amerika tipli qabaq faraları fərqləndirən əsas xüsusiyyətlər nədir?