şəraitindən asılı olaraq aşağıdakı tormozlama üsullarından istifadı olunur:
-
xidməti tormozlama (tormozlama təcilinin qiyməti 3m/san
2
qədər olur)- ondan
nəqliyyat vasitəsinin sürətinin azaldılması üçün istifadə edilir;
-
sərt tormozlama (tormozlama təcilinin qiyməti 8-9m/san
2
qədər olur)- ondan
təhlükə yarandıqda hadisənin qarşısının alınması üçün istifadə edilir;
-
qəza tormozlaması-ondan işçi tormoz sistemi imtina etdikdə istifadə edilir.
2.Avtomobilin tormoz sistemlərinə qoyulan əsas tələblər
Avtomobilin tormoz sisteminə qoyulan əsas tələblər aşağıdakılardır:
-tormoz sisteminin işə düşmə vaxtı minimum və bütün istismar şəraitlərində
tormozlama təcili maksimum olmalıdır;
-avtomobilin bütün təkərləri eyni zamanda və eyni intensivliklə tormozlanmalı-
dır;
-təkərlərdəki tormoz qüvvələri rəvan şəkildə artmalı, sistemdə hər-hansı bir
pərcimləmələr olmamalıdır;
-sistemin effektivliyi avtomobilin bütün xidməti müddətində yüksək və
imtinalar ehtimalı minimum olmalıdır;
-tormozlama avtomobilin dayanıqlığının itməsinə səbəb olmamalıdır.
Qeyd olunan tələblərinin yerinə yetirilməsinə çox böyük təsiri avtomobilin
texniki vəziyyəti göstərir. Belə ki, tormoz sisteminin hermetikliyinin pozulması
tormoz əyləcinin boş gedişini artırır, sistemdə lazımi təzyiqin yaranmasına mane
olur və nəticədə tormoz sisteminin işə düşmə vaxtı artır, tormozlama təcili isə
maksimum həddə çata bilmir. Eyni vəziyyətə tormoz qəliblərinin normadan artıq
yeyilməsidə gətirib çıxarır. Hər-hansı bir təkərin işçi tormoz silindrinin yaxşı
işləməməsi və ya pərçimlənməsi, tormozlama zamanı burucu momentin
yaranmasına səbəb olur ki, buda öz növbəsində avtomobilin dayanıqlığının
itiriıməsinə gətirib çıxarır.

22.