aktiv təhlükəsizliyinə təsir edən parametr və sistemlər
kimi misal olaraq
aşağıdakları göstərmək olar:
- imtinasızlıq;
- avtomobilin tərtib (komponovka) edilməsi;
- tormoz xüsusiyyətləri;
- dartıcı xüsusiyyətləri;
- dayanıqlığı;
- idarə olunma qabiliyyəti;
- informasiyalılığı;
- komfortabelliyi
Passiv təhlükəsizlik elementləri və sistemləri hadisə artıq baş verdikdə onun
törədə biləcəyi fəsadlarını aradan qaldırmağa və ya azaltmağa, yəni sürücü və
sərnişinlərin mümkün qədər daha az xəsarət almasına xidmət edir (onlara
misal
olaraq banın elementlərini, təhlükəsizlik kəmərləri, hava yastıqlarını, bamperləri,
oturacaqları, təhlükəsiz qabaq külək şüşəsi və qapı şüşələrini və s.göstərmək olar).
Gəzadansonrakı təhlükəsizlik elementləri və sistemləri (qapıların kilidləri,
elektrik və yanacaq sistemində olan elementlər və s.) NV-nin hadisədən sonra
alışmasının qarşısının alınmasına və avtomobildə olan şəxslərin qısa müddət
ərzində təxliyyə edilməsinə xidmət edir.
Ekoloji təhlükəsizlik elementləri və sistemləri avtomobilin ətraf mühitə
(havaya,suya,torpağa) vura biləcəyi ziyanı azaltmağa xidmət edir.
Qaçırılmağa qarşı təhlukəsizlik NV-nin digər şəxslər tərəfindən qanunsuz
istifadə olunmasının qarşını alır.
Qeyd olunan təhlükəsizlik növləri bir-birilə sıx əlaqədədir və bəziləri hətta eyni
zamanda digər təhlükəsizlik növünün funksiyalarını yerinə yetirə bilər. Məsələn,
səmərəli tormoz sistemi bir yandan avtomobilin dayanma yolunu azaltmaqla
hadisənin qarşısının alınmasında aktiv təhlükəsizlik elementi kimi çıxış etdiyi
halda, digər yandan hadisənin baş verdiyi halda avtomobilin sürətini azaltmaqla
alınan xəsarətlərin azaldılmasını təmin etməklə passiv təhlükəsizlik elementi kimi
8.
çıxış edir.
Yol-nəqliyyat hadisəsinin baş vermə prosesi aşağıdakı 3 fazadan ibarətdir: