• 9.2.15. Az sürətli süzgəclər 9.2.15.1.
  • 9.2.16. Təmas önsüzgəclər 9.2.16.1.
  • 9.2.16.3.
  • 9.2.17.3.
  • 9.2.17.20.
  • 9.2.17.23.
  • Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 1,74 Mb.
    bet10/404
    Sana24.03.2017
    Hajmi1,74 Mb.
    #2065
    1   ...   6   7   8   9   10   11   12   13   ...   404

    9.2.14.8.Təmas şəffaflandırıcılarının yuma rejimi cədvəl 25-ə əsasən qəbul edilməlidir.

    Təmas şəffaflandırıcıların hava-su qarışığı ilə yuyulması aşağıdakı rejimlə olmalıdır: yükün 18-20 l/(s.m2) intensivliklə 1-2 dəq-ə hava ilə yumşaldılması; havanın 18-20l/(s.m2) və suyun 3-3,5 l/(s.m2) intensivliklə birgə verilməsində yaranan hava-su qarışığı ilə 6-7 dəq-ə yuma; 6-7 l/(s.m2) intensivliklə verilən su ilə 5-7 dəq-əəlavə yuma.

    Cədvəl 25. Təmas şəffaflandırıcıların yuyulma rejimi

    Göstərici

    Ölçü vahidi

    Miqdarı

    Yumanın davam etmə müddəti

    dəq

    7 – 8

    Suyun verilmə intensivliyi

    l/(s.m2)

    15 – 18

    İlk filtratın atılma müddəti:

     

     

    təmizlənmiş su ilə yuduqda

    dəq

    10 – 12

    təmizlənməmiş su ilə yuduqda (bax m.9.2.14.6)...

    dəq

    12 – 15

    Təmizlənmiş su ilə yuduqda ilk filtrat 5-10 dəq-ə müddətində, təmizlənməmiş su ilə yuyulduqda isə 10-15 dəq-ə müddətində istehsalat kanalizasiyasına axıdılmalıdır.

    9.2.14.9. Saxlayıcı layı olan və hava-su qarışığı ilə yuyulan təmas şəffaflandırıcılarda suyun və havanın verilməsi üçün borulu paylaşdırıcı sistem və yuma suyunu üfüqi kənarlaşdırmaq üçün sistem qəbul edilməlidir.

    Saxlayıcı layı olmayan təmas şəffaflandırıcılarda deşikli borular boyu borualtı fəzanı özəklərə ayırmış, aralarında eninə arakəsmələr qaynaqlanmış yan örtüklər olan paylaşdırıcı sistem nəzərdə tutulur.Deşiklər borularda şahmat qaydası ilə iki sırada düzülür və aşağıya doğru borunun şaquli oxuna görə 300 bucaq altında yönəldilir. Deşiklərin diametri 10-12 mm, oxları arasındakı məsafə 150-200 mm qəbul edilir. Paylayıcı sistem cədvəl 26-a əsasən layihələndirilməlidir.

    Cədvəl 26.

    Qol boruların diametri,mm

    Deşiklərin sahələri cəminin şəffaflan-dırıcının sahəsinə olan nisbəti, %

    M ə s a f ə, mm










    qol boruların oxları arasındakı məsafə

    şəffaflandırıcının dibindən örtüyün aşağı hissəsinə qədər

    örtüyün aşağı hissəsindən qol boruların oxuna qədər

    eninə arakəsmələr arasında

    75

    100


    125

    150


    0,28 – 0,30

    0,26 – 0,28

    0,24 – 0,26

    0,22 – 0,24



    240 – 260

    300 – 320

    350 – 370

    440 – 470



    100 – 120

    120 – 140

    140 – 160

    160 – 180



    155

    170


    190

    220


    300 – 400

    400 – 600

    600 – 800

    800 – 1000



     

     

     

     

     

     

    Q e y d:

    1.Yuma zamanı qol boruların girişində suyun hərəkət sürəti 1,4-1,8 m/s qəbul edilməlidir.

    2.Boruların oxları arasındakı böyük məsafə şəffaflandırıcının dibindən örtüyün aşağısına qədər olan ən böyük məsafəyə uyğun gəlir.

     





    9.2.14.10. Saxlayıcı layı olmayan təmas şəffaflandırıcılarda yuma suyunun 9.2.12.17-9.2.12.19 maddələrinə əsasən novlarla toplanması təmin edilməlidir. Novların kənarları üstündə hündürlüyü və eni 50-60 mm, oxları arasındakı məsafə 100-150 mm olan üçbucaq kəsikli lövhələr bərkidilməlidir.

    9.2.14.11.Təmas şəffaflandırıcılara su verən və onlardan suyu kənarlaşdıran kanallar və kommunikasiyalar, yumaq üçün çənlər və nasoslar 9.2.12.13, 9.2.12.15, 9.2.12.23 maddələrinin göstərişlərinə əsasən lahiyələndirilməlidir. Təmas şəffaflandırıcılardan şəffaflanmış suyu aparan qol borunun aşağısı yuma zamanı yığıcı kanaldakı suyun səviyyəsindən 100 mm yuxarıda qalmalıdır.

    Şəffaflanmış və yuma suyunu aparan boru kəmərləri elə yüksəklikdə olmalıdır ki, iş dövründə və yuma zamanı şəffaflandırıcıları su basmasın.

    Təmas şəffaflandırıcılardakı suyu boşaltmaq üçün paylayıcı sistem kollektorunun aşağı hissəsində bağlayıcı qurğu ilə təchiz edilmiş boru kəməri nəzərdə tutulmalıdır. Su boşaldılan zaman şəffaflandırıcının gövdəsində saxlayıcı laylar olduqda 2 m/st-dan, saxlayıcı laylar olmadıqda isə 0,2 m/st-dan çox olmayan sürətlə aşağı enməlidir. Su saxlayıcı layları olmayan şəffaflandırıcılardan boşaldıldıqda süzücü yük dənələrinin qurğudan çıxarılmasının qarşısını almaq üçün müvafiq konstruktiv tədbirlər görülməlidir.

    9.2.15. Az sürətli süzgəclər

    9.2.15.1.Az sürətli süzgəclərdə hesabi süzmə sürəti 0,1-0,2 m/st həddində qəbul edilməlidir. Yuxarı sürət yalnız süzgəc yuyulan zaman yaranan sürətdir.

    Süzgəclərin sayı üçdən az olmamalıdır. Süzgəcin eni 6 m-dən, uzunluğu 60 m-dən çox olmamalıdır.

    Süzgəclərin yük laylarının hündürlüyü və lay dənələrinin iriliyi cədvəl 27-ə əsasən qəbul edilməlidir.

    9.2.15.2. Az sürətli süzgəclər qum yükünün mexaniki,yaxud hidravlik regenerasiyası (bərpası) ilə layihələndirilməlidir.

    Süzgəc yükünün 1 m2 səthində tutulmuş çirkin yuyulması üçün su sərfi 9 l/s,yuma müddəti isə süzgəcin hər 10 m uzunluğuna 3 dəq-ə qəbul edilməlidir.



    9.2.15.3.Az sürətli süzgəcin yuyulmasına su xüsusi nasoslarla,yaxud xüsusi çəndən verilməlidir. Süzgəcin yuyulmasını şəffaflanmağa su verən nasosların işinin intensivləşdirilməsi hesabına, yaxud süzmə rejimində işləyən süzgəclərdəki su həcmi hesabina həyata keçirməyə yol verilir.

    C ə d v ə l 27. Süzgəclərin yük laylarının hündürlüyü və lay dənələrinin iriliyi



    Yuxarıdan aşağı layın sıra sayı

    Süzücü yük materialı

    Dənələrin iriliyi, mm

    Yük layının hündürlüyü, mm

    1

    2

    3



    4

    5

    6



    Qum

    Qum


    Qum

    Çınqıl,yaxud qırma daş.

    Həmçinin

    Həmçinin.



    0,3 – 1,0

    1 – 2


    2 – 5

    5 – 10


    10 – 20

    20 – 40


    500

    50

    50



    50

    50

    50



    9.2.15.4. Az sürətli süzgəclərin süzücü yükünün üstündəki su layının hündürlüyü 1,5 qəbul edilməlidir. Süzgəclərin üstündə örtük olduqda yükün səthindən örtüyə qədər məsafə elə olmalıdır ki, yuma prosesini, həmçinin yükün dəyişdirilməsi və bütövlükdə çırkdən yuyulmasını həyata keçirmək mümkün olsun.

    Süzgəclərdə deşikli borulardan, kərpicdən, yaxud bir-birindən müəyyən məsafədə qoyulmüş beton lövhələrdən, məsaməli betondan və s. drenaj qoyulmalıdır.



    9.2.16. Təmas önsüzgəclər

    9.2.16.1. Təmas önsüzgəclər iki pilləli süzmə proseslərində sürətli süzgəclərdən əvvəl suyu yetərincə təmizləmək üçün tətbiq edilməlidir.

    Təmas önsüzgəclərin konstruksiyaları saxlayıcı layı olan və hava-su qarışığı ilə yuyulan təmas şəffaflandırıcıların konstruksiyaları ilə eynidir; onların lahiyələndirilməsi zamanı 9.2.14.1-9.2.14.11 maddələrinin göstərişləri əsas tutulmalıdır. Önsüzgəclərin sahəsi ikinci pillə sürətli süzgəclərin yuyulmasına tələb olunan su sərfini də buraxmağa hesablanmalıdır.



    9.2.16.2. Texnoloji axtarışlar olmadıqda təmas önsüzgəclərin əsas parametrləri aşağıda göstə-rilən kimi qəbul edilməlidir:

    qum dənələrinin qum layının

    iriliyi, mm hündürlüyü, m

    5 – 2 0,5 – 0,6

    2 – 1 2 – 2,3

    qum dənələrinin ekvivalent diametri – 1,1-1,3 mm

    normal rejimdə süzmə sürəti – 5,5-6,5 m/st

    intensiv rejimdə süzmə sürəti – 6,5-7,5 m/st

    9.2.16.3. Eyni vaxtda işləyən önsüzgəclərdə süzülmüş suyun sürətli süzgəclərə verilməzdən əvvəl qarışdırılması nəzərdə tutulmalıdır.

    9.2.17. Suyun zərərsizləşdirilməsi

    9.2.17.1.Suyun aşağıdakı üsullardan biriilə zərərsizləşdirilməsinə yol verilir:

    maye xlor, natrium hipoxlorit məhlulları, xlor dioksid, quru reagentlər, yaxud birbaşa elektroliz vasitəsilə xlorlama;

    ozonlama;

    ultra-bənövşəyi şüalarla emal;

    yuxarıda qeyd edilən üsulların bir neçəsi ilə kompleks emal.

    Zərərsizləşdirilmə metodusuyun sərfi və keyfiyyətindən,təmizlənməsinin effektivliyindən, reagentlərin təminatı, nəqli, saxlanılması şərtlərindən, proseslərin avtomatlaşdırılması və əmək tutumlu işlərin mexanikləşdirilməsindən asılı olaraq seçilməlidir.



    9.2.17.2.Suyu zərərsizləşdirmək üçün xlor tərkibli reagentlərin təmiz su rezervuarlarından əvvəl boru kəmərlərinədaxil edilməsi nəzərdə tutulmalıdır.

    Yeraltı suların zərərsizləşdirilməyə ehtiyacının olması sanitariya-epidemioloji xidmət tərəfindən təyin edilir.

    Məhsuldarlığı 50 m3/sut-dan çox olan yeraltı suqəbuledicilərdə suyun gigiyena normalarının tələblərinə cavab verməsindən asılı olmayaraq suyun zərərsizləşdirilmə sistemləri (tədbirləri) nəzərdə tutulmalıdır.

    Q e y d. Əsaslandırma olduqda xlor tərkibli reagentləri daxil etmək və su ilə təmasını həyata keçirmək üçün xüsusi təmas rezervuarlarının layihələndirilməsinə yol verilir.

    9.2.17.3. Maye xlordan xlor sərfi 40 kq/sut-dan az olmayan obyektlərdə istifadə edilməsi nəzərdə tutulmalıdır.

    9.2.17.4. Suyu zərərsizləşdirmək üçün aktiv xlorun dozası texnoloji axtarışlar nəticəsində təyin edilməlidir. Axtarışlar olmadıqda ilkinhesabatlarda xlorun dozası süzülmüş yerüstüsular üçün 2-3 mq/l, yeraltı sular üçün 0,7-1 mq/l qəbul edilməlidir.

    Sudakı qalıq sərbəst və əlaqələnmiş xlorun miqdarı DÜİST 2874-ə əsasən qəbul edilməlidir.



    Q e y d. Təsərrüfat-içməli su ehtiyatları saxlanan rezervuarlardan biri yuyulduqda və təmirə saxlanıldıqda xlorla suyun təmas müddəti təmin olmadıqda dozanın normal istismarda olduğundan 2 dəfə artıq daxil edilməsi nəzərdə tutulmalıdır. Dozanın artırılması üçün ehtiyat xlorlayıcıların işə salınmasına yol verilir.

    9.2.17.5. Xlor təsərrüfatı maye xlorun qəbulunu,saxlanılmasını,buxarlandırılmasını, qaz halında olan xlorun dozalanaraq xlorlu suyun alınmasını təmin etməlidir.

    Xlorlu su daxil edildiyi yerlərə müstəqil xətlərlə nəql edilməlidir.

    Xlor təsərrüfatı xlor anbarı, buxarlandırıcı və dozalayıcı avadanlıqlar xlorlayıcı adlanan ayrı bir binada yerləşməlidir. Xlor anbarının ayrıca binada, yaxud xlor dozalayıcı və xlor təsərrüfatının köməkçi binalarına (kompressor otağı, ventilyasiya kamerası və s.) bitişik yerləşdirilməsinə yol verilir; bu zaman anbarı digər tikililərdən keçidi olmayan bütöv divarla təcrid etmək lazımdır.

    9.2.17.6. Xlorun sərf anbarları 9.2..27.10 və 9.2..27.11 maddələrinin göstərişlərinə əsasən layihələndirilməlidir.Əsaslandırma olduqda xlorlayıcıda xlor anbarı nəzərdə tutulmaya bilər; belə hallarda xlordozalayıcı olan otaqda netto çəkisi 70 kq-dan çox olmayan bir maye xlor balonunun qoyulmasına yol verilir.

    9.2.17.7.Xlor buxarlandırıcılar xlor anbarlarında,yaxud xlordozalayıcı olan otaqda yerləşdiril-məlidir. Xlorun buxarlanmasını xüsusi buxarlandırıcılarda, yaxud balonlarda (xlor gətirilən) həyata keçirmək lazımdır.

    Buxarlandırıcıya verilən suyun temperaturu 10-300C həddində olmalı, suyun temperaturunun buxarlandırıcıda aşağı düşməsi 50C-dən çox olmamalıdır.

    Buxarlandırıcı suyun temperaturuna, həmçinin xlor və suyun təzyiqinə nəzarət etmək üçün avadanlıqla təchiz edilməlidir. Qaz halında xlor xlorlayıcı yerləşən binadan kənara nəql etdirildikdə, buxarlandırıcıdan sonra qazın təmizlənməsi üçün müvafiq avadanlıqla,həmçinin özündən sonra vakuumu saxlayan və bununla xarici havanın ən aşağı temperaturunda xlorun kondensasiyasının qarşısını alan klapanla təchiz edilməlidir.

    Qaz halında xloru nəql etdirən boru kəmərinin uzunluğu 1 km-dən çox olmamalıdır.



    9.2.17.8. Su kəmərinin başqa binaları, yaxud xlor təsərrüfatının köməkçi binaları ilə bir blokda yerləşən, buxarlandırıcısı olmayan xlordozalayıcılar yerləşən otaqlar digərlərindən keçidləri olmayan və xaricə iki çıxışı olan (çıxışlardan biri tamburdan keçməklə) bütöv divarlarla təcrid edilməlidir. Bütün qapılar xaricə açılmalıdır. Digər otaqların üstündə yerləşən xlordozalayıcı otaqlarının döşəməsi qaz keçirən olmamalıdır. Xlordozalayıcıları çıxışlardan uzaq otaqlarda yerləşdirməyə yol verilmir.

    9.2.17.9. Xloru dozalamaq üçün avtomatlaşdırılmış vakuum xlorlayıcılardan istifadə edilməlidir.

    Xlorlayıcıya verilən suyun sərfi və basqısı,eləcə də xlorlayıcıdan sonra xlorlu suyun basqısı xlorlayıcının texnoloji göstəricilərinə əsasən, həmçinin xlorun daxil ediləcəyi nöqtəyə nisbətən yerləşməsinə görə təyin edilməlidir.

    Əl ilə tənzimlənən xlorlayıcılardan istifadəyə yol verilir. Bu zaman xlor sərfinə çəki üsulu ilə nəzarət edilməlidir.

    9.2.17.10. Xlor suya bir nöqtədə daxil edildikdə ehtiyat xlorlayıcıların sayı: 1-2 işləyən xlorlayıcı olduqda -1, ikidən çox olduqda isə 2 ədəd qəbul edilməlidir.

    Xlor suya iki nöqtədə daxil edildikdə ümumi ehtiyat xlorlayıcıların qəbul edilməsinə yol verilir.

    Bir xlorlu su borusuna şırnaqlı ejektorlu iki və daha çox xlorlayıcının işləməsinə yol verilmir.

    9.2.17.11. Maye və qaz halında xloru nəql etdirmək üçün tikişsiz polad borulardan istifadə edilməlidir.

    Xlor kəmərlərinin sayı ikidən az olmamalı və onlardan biri ehtiyat kəmər kimi nəzərdə tutulmalıdır.

    Xlor kəmərləri və onlarda quraşdırılan armatur 16 bar işçi və 23 bar sınaq təzyiqinə nəzərdə tutulmalıdır.

    Xlor kəməri bina daxilində divarlara və sütunlara bərkidilmiş kronşteynlər, binadan xaricdə isə günəş şüalarından qorunan estakadalar üstündə yerləşdirilməlidir. Xlor kəmərləri perxlorvinil emalı ilə rənglənməlidir. Borular qaynaqla, yaxud ucları qaynaq edilmiş mufta ilə, yaxud aralarına paslanmayan metaldan hazırlanmış boltlardan və xlora davamlı araqatıdan (paronit) istifadə etməklə səthi “girintili-çıxıntılı” tipli olan flanslı birləşmə ilə calaşdırılmalıdır.

    Maye xlor boru kəməri xlor tutumuna doğru 0,01 mailliyə malik olmalı, kəmərdə hidravlik bağlayıcı, yaxud qaz tıxacı yarana biləcək yerlər olmamalıdır.

    Xlor kəmərinin diametri, maye xlorun həcm kütləsini 1,4 t/m3, qaz halında xlorun həcm kütləsini -0,0032t/m3, boruda maye xlorun hərəkət sürətini 0,8 m/s,qaz halında xlorun hərəkət sürətini 2,5-3,5 m/s qəbul etməklə xlorun hesabi sərfinin 3 mislinə hesablanmalıdır. Xlor kəmərinin diametri 80 mm-dən böyük olmamalıdır.

    Bir konteyner, yaxud balondan digərinə keçid zamanı sistemdən qaz halında xloru, həmçinin boru kəmərləri və buxarlandırıcılardan üçxlorlu azotu quru sıxılmış azot, hava və s. vasitəsilə vaxtaşırı kənar etmək üçün müvafiq avadanlıq nəzərdə tutulmalıdır.

    Borulardan çıxarılan qaz neytrallaşdırma məhlulundan keçirilməklə zərərsizləşdirilməlidir.



    9.2.17.12. Xlorlu su boru kəmərləri xlora qarşı korroziyaya davamlı materiallardan (rezin, yüksək sıxlıqlı polietilen, polivinilxlorid)olmalıdır. Xlorlu su boru kəmərləri otaqların daxilində döşəmədəki kanallarda, yaxud kronşteynlərdə və bütöv dayaq üzərində çəkilməlidir.

    Xlorlu su boru kəmərləri otaqlardan kənarda yer altındakı kanallarda, yaxud korroziyaya davamlı borulardan olan futlyarda yerləşdirilməlidir.

    Kanal və futlyarlarda istilik daşıyıcılardan başqa digər təyinatlı boru kəmərlərinin yerləşdiril-məsinə yol verilmir.

    Borularda temperatur kompensatorunun qoyulması, həmçinin futlyar və kanallarda boruların dəyişdirilməsinin mümkünlüyü təmin edilməlidir.

    Bina xarıcındəki boru xətlərində xlorlu suyun sızmasına nəzarət etmək üçün içərisində futlyar olmayan və dibi kimyəvi reagentlərə dayanıqlı emalla örtülmüş quyular nəzərdə tutulmalıdır.

    Quyular arasındakı məsafə 30 m-dən çox olmamalıdır.

    İstilik müşaiyəti olmayan futlyarın aşağı səthi torpağa, onun donma dərinliyindən artıq basdırılmalıdır.

    9.2.17.13. Xlor anbarları və xlordozalayıcılar yerləşən otaqlardan ventilyasiya qurğuları ilə atmosferə fasiləsiz kənarlaşdırılan hava hündürlüyü maddə 17.6.2-nin göstərişlərinə əsasən təyin edilmiş borulardan kənar edilməlidir.

    Hesabatla təyin edilmiş ehtiyac olduqda ventilyatorlarla kənarlaşdırılan havanın təmizlənməsi nəzərdə tutulmalıdır.

    Xlor üçün konteynerlər saxlanılan anbarlarda qəza baş verdikdə hava mütləq təmizlənməlidir, bu zaman ventilyatorlarla kənarlaşdırılan havada xlorun miqdarı bir konteynerdən xlorun axma sahəsinə və döşəmə səthindən buxarlanma intensivliyinin 5-6 kq/(st.m2) qiymətlərinə görə təyin edilməlidir.

    9.2.17.14. Havanı təmizləmək üçün hündürlüyü 3 m-dən az olmayan suvarılan skrubberlərdən istifadə olunmalıdır. Skrubberlərdə havanın hərəkət sürəti 1,2 m/s-dən çox olmayaraq, suvarma intensivliyi isə 20 m3/(st.m2) qəbul edilməlidir. Skrubberlərin taxmaları xlorlu suyun təsirinə davamlı materialdan olmalıdır.

    Skrubberlərin suvarılmasında neytrallaşdırıcı məhluldan (3%-li sodanın və 2%-li natrium hiposulfitin sulu məhlulu) istifadə edilməlidir.



    9.2.17.15. Xlor sərfi 50 kq/sut-ya qədər olan sutəmizləyici kompleslərdə natrium hipoxlorit xörək duzu məhlulundan, yaxud tərkibində 50 qr/l-dən az xloridlər olmayan təbii mineral sulardan elektroliz üsulu ilə istehsal olunur.

    9.2.17.16. Duzun saxlanılması 9.2.27.2 və 9.2. 27.12 maddələrinin göstərişlərinə əsasən təmin edilməlidir.

    Doymuş xörək duzu məhlulu hazırlamaq üçün məhlul çənlərinin sayı ikidən az olmamalıdır. Çənlərin ümumi tutumu bir elektroliz qurğusunun 24 st fasiləsiz işləməsini təmin edəcək duz məhlulu ehtiyatına bərabər olmalıdır.



    9.2.17.17. Elektroliz qurğuları isidilən quru otaqlarda yerləşdirilməlidir. Onların elektroliz təsərrüfatının digər avadanlığı ilə bir otaqda yerləşdirilməsinə yol verilir. Elektroliz qurğularının biri ehtiyat olmaqla sayı üçdən artıq olmamalıdır.

    Elektroliz qurğuları elə yerləşdirilməlidir ki, istehsal olunmuş hipoxloritin onlardan toplayıcı çənə sərbəst axını təmin edilsin.



    9.2.17.18. Hipoxlorit toplanan çənin tutumu bir elektroliz qurğusunun ən azı 12 st fasiləsiz işləməsini təmin etməlidir. Toplayıcı çən ventilyasiya olunan otaqda yerləşməlidir. Elektroliz qurğusunu yumaq və onun yuyulmasından və boşaldılması zaman tullantı sularını kənarlaşdırmaq üçün müvafiq boru kəmərləri nəzərdə tutulmalıdır.

    9.2.17.19. Tozaoxşar kalsium hipoxlorit məhlulu hazırlamaq üçün ümumi tutumu 1%-li məhlul və gün ərzində iki dəfə məhlul hazırlığını təmin edən ən azı iki məhlul çəni nəzərdə tutulmalıdır.

    Çənlər qarışdırıcılarla təchiz edilməlidir.

    Dozalamaq üçün hipoxloritin çökdürülmüş məhlulundan istifadə edilməlidir.

    Çən və dozalayıcılardan çöküntünün vaxtaşırı kənarlaşdırılması nəzərdə tutulmalıdır.



    9.2.17.20. Duz və hipoxlorit məhlulları üçün çən və borular korroziyaya davamlı materiallardan hazırlanmalı, yaxud korroziya əleyhinə örtüyə malik olmalıdır.

    9.2.17.21. Hipoxloritdən, onun satış məhsulunu istehsal edən obyekt 250-300 km-dən uzaq olmayan məsafədə yerləşdiyi hallarda istifadə edilməlidir.

    9.2.17.22. Məhsuldarlığı 5000 m3/sut-ya qədər olan sutəmizləyici komplekslərdə, suda xlorid-lərin miqdarı 40 mq/l-dən az və codluğu 7 mq-ekv/l-dən çox olmadıqda suyun birbaşa elektrolizlə zərərsizləşdirilməsi tətbiq edilməlidir.

    9.2.17.23. Birbaşa elektrolizlə zərərsizləşdirmə qurğuları təmiz su çənlərinə su verən borulara yaxın otaqlarda yerləşməlidir. Bir ehtiyat qurğu nəzərdə tutulmalıdır.

    9.2.17.24. Su xlorla zərərsizləşdirildikdə və xlorfenol iyinin yaranmasının qarşısını almaq lazım gəldikdə suya qaz halında amonyak daxil etmək üçün qurğu nəzərdə tutulmalıdır.

    Bakterisid təsirin müddətini uzatmaq üçün (məsələn, uzun müddət saxlanıldıqda, yaxud suyun nəqli zamanı) suya amonyakın daxiledilməsinə yol verilir.



    9.2.17.25. Amonyak sərf anbarında balonlarda, yaxud konteynerlərdə saxlanılmalıdır. Amonyak təsərrüfatının avadanlığı partlamağa qarşı təhlükəsiz hazırlanmalıdır.

    Amonyak təsərrüfatı xlor təsərrüfatına oxşar təşkil olunmalı və ayrıca otaqlarda yerləşdirilməlidir.

    Amonyaklaşdırma qurğusunun xlor təsərrüfatı binaları ilə bir blokda olmasına yol verilir.

    Amonyakı dozalaşdırmaq üçün qurğu 9.2.17.9 və 9.2.17.10 maddələrinin göstərişlərinə əsasən layihələndirilməlidir.

    Amonyak süzülmüş suya daxil edilməlidir. Suda fenol olduqda amonyak xlor tərkibli reagentlərdən 2-3 dəq əvvəl suya daxil edilməlidir.

    9.2.17.26. Xlor, yaxud hipoxloritin suya daxil edildikdən ən yaxındakı istehlakçıya çatana qədər su ilə təmas müddəti DÜİST 2874-ün göstərişlərinə uyğun olaraq qəbul edilməlidir.

    Xlortərkibli reagentlərin su ilə təmasını təmiz su rezervuarlarında, yaxud təmas rezervuarlarında həyata keçirmək lazımdır. Yol boyu istehlakçısı olmayan boru kəmərlərində davam edən təmas müddətinin nəzərə alınmasına yol verilir.



    9.2.17.27. Yeraltı suların DÜİST 2874-ün təmizlənmiş suyun fiziki-kimyəvi keyfiyyət göstəricilərinə tələblərini ödəmək şərtilə bakterisid şüalandırma ilə zərərsizləşdirilməsi həyata keçirilməlidir.

    Təmizlənmiş suyun koli-indeksi 1000 vahid/l-dən, tərkibində dəmirin miqdarı 0,3 mq/l-dən çox olmamalıdır.



    9.2.17.28. İşləyən bakterisid qurğuların sayı onların pasport məhsuldarlığına əsasən təyin edil-məlidir. İşləyən qurğuların sayı 5-dən çox olmamalı, bir ehtiyat qurğu nəzərdə tutulmalıdır.

    9.2.17.29. Bakterisid qurğuları bir qayda olaraq su birbaşa istehlakçı şəbəkəsinə verilməzdən əvvəl nasosların basqılı, yaxud sorma boru kəmərlərində yerləşdirilməlidir.

    Download 1,74 Mb.
    1   ...   6   7   8   9   10   11   12   13   ...   404




    Download 1,74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 1,74 Mb.