Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




Download 1.74 Mb.
bet11/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   7   8   9   10   11   12   13   14   ...   404
5.2. Yanğın təhlükəsizliyi tələblərinin təmin edilməsi

5.2.1. Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektlərində yanğın əleyhinə su kəməri, bir qayda olaraq, təsərrüfat-içməli, yaxud istehsalat su kəmərləri ilə birləşdirilməlidir .

Q e y d:

1. Aşağıdakı hallarda yanğın əleyhinə xarici su təchizatının 12.5.1-12.5.7 bəndlərinin tələbləri nəzərə alınmaqla mövcud həcmlərdən (rezervuarlar, su anbarları) təmin edilməsinə yol verilir:

əhalisinin sayı 5 min nəfərə qədər olan yaşayış məntəqələrində;

yanğın əleyhinə həlqəvarı su kəməri olmayan yaşayış məntəqələrində ayrıca ərazidə inşa edilmiş və inşaat həcmi 1000 m3-ə qədər olan ictimai binalarda;

həcmi 1000 m3-dən çox olan binalarda ərazi Dövlət Yanğın nəzarəti orqanları ilə razılaşdırılmaqla;

xarici yanğınsöndürməyə su sərfi 10 l/s olan Б,Г,Д kateqoriyasına aid istehsalat binalarında;

həcmi 1000 m3-ə qədər olan qaba yem anbarlarında;

binalarının həcmi 5000 m3-ə qədər olan mineral gübrə anbarlarında;

radio-televiziya ötürücü stansiyaların binalarında;

meyvə-tərəvəz anbarları və soyuducuları binalarında.

2. Aşağıdakı hallarda yanğın əleyhinə su təchizatının nəzərdə tutulmamasına yol verilir:

maksimum iki mərtəbəli binaları və 50 nəfərə qədər sakini olan yaşayış məntəqələrində;

yaşayış məntəqələrindən kənarda yerləşən və inşaat həcmi 1000 m3-ə qədər olan ayrıca dayanan ictimai iaşə müəssisələrində (yeməkxanalar, qəlyanaltıxanalar, kafelər və s.), sahəsi 150 m2-ə qədər olan ticarət müəssisələrində (sənaye malları mağazaları istisna olmaqla), həmçinin yaşayış məntəqələrində yerləşən və inşaat həcmi 250 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli ictimai binalarda;

inşaat həcmi 1000 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli D kateqoriyalı istehsalat binalarında (qorunmayan metal, yaxud ağacdan daşıyıcı konstruksiyalı, həmçinin həcmi 250 m3-ə qədər olan polimer istiləşdiricili istisna olmaqla);

yaşayış məntəqəsində yerləşən, I və II odadavamlılıq dərəcəli, su kəmərinə malik dəmir-beton məmulatları və satış betonu istehsal edən zavodlarda (zavodun ən uzaqda yerləşən binasından 200 metrdən uzaqda olmayan yanğın hidrantı quraşdırmaq şərtilə);

inşaat həcmi 1000 m3-ə qədər olan kənd təsərrüfatı məhsullarının mövsümi tədarükü məntəqələrində;

cahəsi 50 m2-ə qədər olan yanan və yanan qablaşdırmalarda saxlanan yanmayan materiallar anbarlarında.

5.2.2. Su kəməri şəbəkəsinin həlqəvarı magistral xətlərini hesablamaq üçün bir xarici yanğının söndürülməsinə su sərfi və yaşayış məntəqəsində eyni vaxtda baş verə biləcək yanğınların sayı cədvəl 4-ə əsasən qəbul edilməlidir.

Cədvəl 4. Yaşayış məntəqələrində yanğın söndürməyə su sərfi normaları



Yaşayış məntəqəsində əhalinin sayı, min nəf.

Eyni vaxtda baş verə biləcək hesabi yanğınların sayı

Yaşayış məntəqəsində bir yanğının söndürülməsinə su sərfi, l/s










odadavamlılıq dərəcəsindən asılı olmayaraq 2 mərtəbəyə qədər tikilisi olan

odadavamlılıq dərəcəsindən asılı olmayaraq 3 və daha çox mərtəbəli tikilisi olan

 

 

5

10

1-dən çox 5-ə qədər

1

10

10

5-dən çox 10-a qədər

1

10

15

10-dan çox 25-ə qədər

2

10

15

25-dən çox 50-ə qədər

2

20

25

50-dən çox 100-ə qədər

2

25

35

100-dən çox 200-ə qədər

3

-

40

200-dən çox 300-ə qədər

3

-

55

300-dən çox 400-ə qədər

3

-

70

400-dən çox 500-ə qədər

3

-

80

500-dən çox 600-ə qədər

3

-

85

600-dən çox 700-ə qədər

3

-

90

700-d\n çox 800-ə qədər

3

-

95

800-dən çox 1000-ə qədər

3

-

100



Download 1.74 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

Download 1.74 Mb.