• 9.2.27.9.
  • 9.2.27.16.
  • birləşdirici kommunikasiyalarda
  • 10. Nasos stansiyaları 10.1.
  • Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 1,74 Mb.
    bet12/404
    Sana24.03.2017
    Hajmi1,74 Mb.
    #2065
    1   ...   8   9   10   11   12   13   14   15   ...   404

    9.2.27.2. Anbar reagentin növündən asılı olaraq quru, yaxud qatılaşdırılmış məhlul şəklində saxlanılmağa layihələndirilməlidir. Bir dəfəyə gətirilən reagentin həcmi yaş halda saxlanılan reagentin 30 günlük tələbatından artıq olduqda onun bir hissəsini quru halda saxlamaq üçün əlavə anbarın inşasına yol verilir.

    9.2.27.3. Reagentlər quru halda bağlı anbarlarda saxlanılmalıdır.

    Anbarın sahəsi təyin edilərkən saxlanılacaq koaqulyant layının hündürlüyü 2 m, əhəng layının hündürlüyü 1,5 m qəbul edilməlidir; boşaldılma mexanikləşdirildikdə layın hündürlüyü koaqulyant üçün 3,5 m-ə, əhəng üçün isə 2,5 m-ə qədər artırıla bilər.

    Koaqulyant anbarda tədarükçü-zavod tərəfindən göndərilən qablaşdırılmalarda saxlanılmalıdır.

    Dəmir xlorid və natrium silikat qablaşdırmasının kipliyinin pozulmasına, poliakrilamidin dondurulması və 6 aydan artıq saxlanılmasına yol verilmir.



    9.2.27.4. Koaqulyant məhlul çənlərində 15-20% məhlul halında saxlanıldıqda çənlərin konstruksiyası və reagent məhlulunun qatılığından asılı olaraq onların həcmi 1 tontəmizlənməmiş satış koaqulyantı üçün 2,2-2,5 m3, təmizlənmiş satış koaqulyantı üçün 1,9-2,2 m3 hesabı ilə təyin edilməlidir.

    Məhlul çənlərinin ümumi tutumu bir dəfəyə gətirilən reagentin həcminə uyğunlaşdırılmalıdır. Məhlul çənlərinin sayı 3-dən az olmamalıdır.



    9.2.27.5. Koaqulyantın aylıq tələbatı onun bir dəfəyə gətirilmə həcmindən çox olduqda reagentin bir hissəsi qatılaşmış məhlul çənlərində saxlanılmalıdır. Bu çənlərin həcmi 1 ton satış məhsuluna 1,5-1,7 m3 hesabı ilə təyin edilməlidir.

    İşçi məhlul çənləri və məhlul saxlanan çənlər binadan kənarda yerləşdirilə bilər. Belə hallarda çənlərin divarlarının vəziyyətinə nəzarət təmin olunmalı və məhlulun qrunta keçməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Məhlul saxlanan çənlərin sayı 3-dən az olmamalıdır.



    9.2.27.6. Kəsək halında əhəngdən istifadə edildikdə onun söndürülməsi və 35-40%-li qatılıqda xəmir şəklində saxlanılması nəzərdə tutulmalıdır. Çənlərin tutumu 1 ton satış əhəngi üçün 3,5-5 mhesabına təyin edilməlidir. Əhəngi söndürmək üçün tutumlar təcrid olunmuş otaqlarda yerləş-dirilməlidir.

    Əhəngin sonradan xırdalanaraq xüsusi aparatlarda söndürülmək şərtilə quru halda saxlanılmasına yol verilir.

    Əhəng xəmiri, yaxud əhəng südünün mərkəzləşdirilmiş təchizatı olan hallarda onun yaş saxlanılmasına yol verilir.

    9.2.27.7. Fəallaşdırılmış kömür anbarı təcrid edilmiş otaqda yerləşdirilməlidir. Anbar otağına partlayış təhlükəsizliyi tələbləri irəli sürülmür və yanğın təhlükəsinə görə onu B kateqoriyasına aid etmək olar.

    9.2.27.8. Kationit və anionit ehtiyatı saxlamaq üçün otaq iki kationit süzgəcinin, bir zəif əsaslı anionit süzgəcinin və istifadə edilən hallarda bir güclü əsaslı anionit süzgəcinin yük həcminə hesablanmalıdır.

    9.2.27.9. Reagentlərin saxlanıldığı anbarlar (xlor və amonyak istisna olmaqla) onların məhlulları hazırlanan otaqlara yaxın yerləşdirilməlidir.

    9.2.27.10. Xlor sərf anbarının həcmi 100 ton-dan, bir tam təcrid olunmuş bölmənin həcmi isə 50 ton-dan artıq olmamalıdır. Anbar, yaxud bölmə binanın, yaxud otağın qarşı tərəflərində iki çıxışa malik olmalıdır.

    Anbar yerüstü, yaxud yarım batırılmış və iki pilləkənlə təchiz edilmiş binalarda yerləşdirilməlidir.

    Xlor balonlarda,yaxud konteynerlərdə saxlanılmalıdır; gündəlik xlor sərfi 1 ton-dan artıq ol-duqda həcmi 50 ton-a qədər olan və zavod şəraitində hazırlanmış çənlərdən istifadə etməyə yol verilir. Xlorun təmizləyici qurğular kompleksində çənlərdən balonlara, yaxud konteynerlərə boşaldılmasına yol verilmir.

    Anbarda reagentlərin stasionar olmayan qablaşmalarda (konteynerlər, balonlar) nəql etdirilməsi üçün avadanlıq nəzərdə tutulmalıdır.

    Avtomobil nəqliyyatının anbara daxil olmasına yol verilmir. Boş qablar anbar otaqlarında saxlanılmalıdır.

    Xlor qabları altlıqlar üstündə, yaxud çərçivələrdə saxlanılmalı, bərkitmə və nəqliyyata yükləmə işləri aparmaq üçün onlara sərbəst yanaşma mümkün olmalıdır.



    9.2.27.11. Anbar otağında qəzaya uğramış balon, yaxud konteynerləri tez batırmaq üçün neytrallaşdırıcı məhlul doldurulmuş xüsusi həcm nəzərdə tutulmalıdır. Həcmin divarlarından balonlara qədər məsafə 200 mm-dən, konteynerlərə qədər 500 mm-dən az olmamalı, dərinlik qəzaya uğramış balon, yaxud konteynerin 300 mm-dən az olmayan məhlul layı ilə örtülməsini təmin etməlidir. Həcmin dibində balon, yaxud konteyneri tutub saxlayan dayaqlar nəzərdə tutulmalıdır.

    Q e y d. Bu normalar zavod şəraitində hazırlanmış çənlərdən istifadə edilənxlor sərf anbarının layihələndirilməsinə şamil edilmir.

    9.2.27.12. Xörək duzu anbarda yaş halda saxlanılmalıdır. Çənlərin həcmi 1 ton duz üçün 1,5 m3 hesabı ilə təyin edilməlidir. Duzun quru halda saxlanılmasına yol verilir. Bu halda duz layının hündürlüyü 2 m-dən çox olmamalıdır.

    9.2.27.13. Sutəmizləyici komplekslər təmizlənmiş və növlərə ayrılmış süzücü material və çınqılla təmin edilmədikdə süzgəc yüklərini tamamlamağa lazım olan materialları saxlamaq, xırdalamaq, növlərə ayırmaq, yumaq və nəql etdirmək üçün xüsusi təsərrüfat nəzərdə tutulmalıdır.

    9.2.27.14. Süzücü materialları saxlamaq üçün həcmlər süzücü yükün tamamlanması, dəyişdirilməsi və süzgəclərin kompleksdə sayı 20-yə qədər olduqda bir, bundan çox olduqda iki süzgəcin yükünü dəyişdirməyə əlavə ehtiyat nəzərə alınmaqla hesablanmalı və bunun üçün müvafiq avadanlıq seçilməlidir.

    9.2.27.15. Süzücü materiallar hidronəqliyyat vasitəsilə (su şırnaqlı, yaxud qum nasosları ilə) nəql etdirilməlidir.

    Pulpanı nəql etdirmək üçün boruların diametrini pulpanın hərəkət sürətini 1,5-2 m/s qəbul edərək təyin etmək lazımdır. Diametr 50 mm-dən az olmayaraq qəbul edilməli, boruların dönmə hissəsinin radiusu onların diametrinin 8-10 mislinə bərabər olmalıdır.



    9.2.27.16. Ambarlarda və komplekslərin içərisində reagentlərin boşaldılması və nəqli mexanikləşdirilməlidir.

    9.2.28. Sutəmizləyici komplekslərdə qurğuların yerləşmə hündürlüyü

    9.2.28.1. Qurğular ərazinin təbii yamacına görə onlarda,birləşdirici kommunikasiyalarda və ölçü cihazlarında baş verən basqı itkiləri nəzərə alınmaqla yerləşdirilməlidirlər.

    9.2.28.2. Qurğular və birləşdirici kommunikasiyalarda su səviyyəsinin düşməsi hesablama ilə təyin edilməlidir; qurğuların ilkin hündürlük düzülüşündə basqı itkiləri (bar) aşağıda göstərilən kimi qəbul edilə bilər:

    qurğularda:

    torlu barabanlı süzgəclərdə

    (barabanlı torlar və mikrosüzgəclərdə)... 0,04-0,06

    giriş (təmas) kameralarında.....................0,03-0,05

    reagent daxil edilən qurğularda.............. 0,01-0,03

    hidravlik qarışdırıcılarda......................... 0,05-0,06

    mexaniki qarışdırıcılarda......................... 0,01-0,02

    hidravlik lopa yaranma

    kameralarında.......................................... 0,04-0,05

    mexaniki lopa yaranma

    kameralarında.......................................... 0,01-0,02

    durulducularda......................................... 0,07-0,08

    asılı çöküntü layı olan

    şəffaflandırıcılarda................................... 0,07-0,08

    sürətli süzgəclərdə.................................... 0,3-0,34

    təmas şəffaflandırıcılarda və

    önsüzgəclərdə........................................... 0,2-0,24

    az sürətli süzgəclərdə................................ 0,15-0,2

    ultra bənövşəyi zərərsizləşdirici

    qurğularda................................................. 0,05-0,08



    birləşdirici kommunikasiyalarda:

    torlu barabanlı süzgəclərdən, yaxud

    giriş kameralarından qarışdırıcılara

    qədər.........................................................0,02

    qarışdırıcılardan durulduculara,

    asılı çöküntü layı olan şəffaflandırıcı-

    lara və təmas şəffaflandırıcılara qədər...... 0,03-0,04

    durulduculardan,asılı çöküntülayı

    olan şəffaflandırıcılardan, yaxud

    önsüzgəclərdən süzgəclərə qədər.............. 0,05-0,06

    süzgəclərdən, yaxud təmas şəffaflan-

    dırıcılardan təmiz su rezervuarlarına

    qədər.......................................................... 0,05-0,14

     

     



     

    Q e y d:

    1. Göstərilən qiymətlərdə yığıcı, su gətirən və paylaşdıran tərtibatlardakı basqı itkiləri nəzərə alınmışdır.

    2. Ölçü aparatlarındakı basqı itkiləri əlavə olaraq aşağıdakılara uyğun nəzərə alınmalıdır:

    kompleksin girişində və çıxışında ayrılıqda - 0,05bar;

    durulducularda, asılı çöküntü layı olan şəffaflandırıcılarda, süzgəclərdə və təmas şəffaflandırıcılarda qoyulan sərf indikatorlarında ayrılıqda - 0,02-0,03 bar;

    3. Qurğular arasında səviyyə düşgüsünü və birləşdirici kommunikasiyalarda basqı itkisini hesabatla təyin edərkən hesabi su sərfləri 9.1.8 maddəsinin göstərişləri nəzərə alınmaqla qəbul edilməlidir.

    9.2.28.3. Sutəmizləyici komplekslərdə ayrı-ayrı qurğuları işdən ayırmaq, həmçinin qəza baş verdikdə suyu qurğulardan keçməməklə birbaşa istehlakçıya çatdırmaq üçün keçid kommunika-siyalar (baypas) sistemi nəzərdə tutulmalıdır.

    Komplekslərin məhsuldarlığı 100 min m3/sut-dan çox olduqda keçid xətləri nəzərdə tutulmaya bilər.



    Q e y d. Keçid xətlərindəki bağlayıcı armatur surquclanmalıdır.

    10. Nasos stansiyaları

    10.1. Nasos stansiyaları suyun verilməsinin təminat dərəcəsinə görə 7.4 maddəsinə əsasən üç kateqoriyaya bölünürlər.

    Nasos stansiyalarının kateqoriyasını onların ümumi su təchizatı sistemindəki funksional təyinatından asılı olaraq təyin etmək lazımdır.

    Kateqoriyası təyin edilmiş nasos stansiyalarının elektrik enerjisi ilə təminatı da müvafiq orqanların təyin etdiyi eyni kateqoriyadan qəbul edilməlidir.

    Q e y d:

    1. Suyu birbaşa yanğın əleyhinə və birləşmiş təsərrüfat-məişət yanğın əleyhinə su kəmərlərinə nəql etdirən nasos stansiyaları I kateqoriyaya aid edilirlər.

    2. Maddə 5.2.1-in birinci qeydində göstərilən obyektlərin yanğın əleyhinə və birləşmiş təsərrüfat-məişət yanğın əleyhinə nasos stansiyalarının II kateqoriyaya aid edilməsinə yol verilir.

    3. Suyu bir boru kəməri ilə, həmçinin yuma və ya suvarmaya nəql etdirən nasos stansiyaları III kateqoriyaya aid edilirlər.

    10.2. Nasosların növü və işçi aqreqatların sayı saatlıq və sutkalıq su tələbi qrafikləri, yanğın söndürmə şərtləri, obyektin işə salınma növbəliliyi nəzərə alınmaqla nasosların, sudaşıyıcı boruların, şəbəkənin, tənzimləyici həcmlərin birlikdə işləməsi şərtlərinə uyğun hesablamalar əsasında təyin edilməlidir.

    Nasosların növü seçilərkən nasosların bütün iş rejimlərində, tənzimləyici həcmlərdən istifadə edilməsi, nasos vallarının dövrlər sayının tənzimlənməsi, nasosların sayının və növünün dəyişdirilməsi, hesabi müddətdə iş şəraitinin dəyişməsi ilə bağlı işçi təkərlərin kəsilməsi və ya əvəz edilməsi hesabına izafi basqının minimal göstəriciləri təmin edilməlidir.



    Q e y d:

    1. Maşın zallarında müxtəlif təyinatlı nasos qrupları yerləşdirilə bilər.

    2. Təsərrüfat-içməli ehtiyaclarına su verən nasos stansiyalarında iyli, yaxud zəhərli mayeləri nəql etdirən nasosların yerləşdirilməsinə yol verilmir. Burada istisnanı yanğın söndürmə sisteminə köpük yaradan məhlul nəql etdirən nasoslar təşkil edir.

    3. Qəza hallarında subasma ehtimalı olan dərinə batırılmış nasos stansiyalarında germetik monoblok (batırılmış növlü) nasosların qoyulmasına üstünlük verilməlidir.

    10.3. Nasos stansiyalarında eyni şəbəkəyə, yaxud sudaşıyıcı borulara su verən eyni təyinatlı nasos qrupları üçün ehtiyat aqreqatların sayı cədvəl 33-ə əsasən qəbul edilməlidir. Dərinlikdə yerləşdirilmiş nasos stansiyalarının məhsuldarlığının gələcəkdə artırılması məqsədilə nasosların daha böyük məhsuldarlığa malik olanlarla dəyişdirilə bilməsinin, yaxud əlavə nasosların qoyulması üçün ehtiyat əsasların düzəldilməsi nəzərə alınmalıdır.

     

    Cədvəl 33. Müxtəlif kateqoriyalı nasos stansiyalarında ehtiyat aqreqatların sayı



    Bir qrupun işçi aqreqatlarının sayı

    Aşağıdakı kateqoriyadan olan nasos stansiyalarında ehtiyat aqreqatların sayı







    I

    II

    III

    6-ya qədər

    6-dan 9-a qədər

    9-dan çox


    2

    2

    2



    1

    1

    2



    1

    -

    -



    Q e y d:

    1. Yanğın nasosları işləyən aqreqatların sayına daxil edilir.

    2. Bir qrupun işləyən aqreqatlarının sayı (yanğın aqreqatlarından başqa) ikidən az olmamalıdır. Əsaslandırma olduqda II və III kateqoriya nasos stansiyalarında bir işləyən aqreqatın qoyulmasına yol verilir.

    3. Bir qrupda müxtəlif xarakteristikalı nasoslar qoyulduqda ehtiyat aqreqatların sayı ən böyük məhsuldarlığa malik nasoslar üçün cədvəl 33-ə əsasən qəbul edilməli, daha kiçik məhsuldarlığa malik ehtiyat nasos isə anbarda saxlanılmalıdır.

    4. Yüksək təzyiqli birləşmiş yanğın əleyhinə su kəmərlərinin nasos stansiyalarında, yaxud yalnız yanğın nasosları qoyulduqda işləyən aqreqatların sayından asılı olmayaraq bir ehtiyat yanğın aqreqatı qoyulmalıdır.

    5. Əhalisi 5000 nəfərə qədər olan yaşayış məntəqələrinin bir elektrik təchizatı mənbəyindən qidalanan nasos stansiyalarında daxili yanma mühərrikinə malik və akumulyatorlardan avtomatik işə salınan ehtiyat yanğın nasosu qoyulmalıdır.

    6. İşləyən aqreqatlarının sayı 10 və daha çox olan II kateqoriya nasos stansiyalarında bir ehtiyat nasosun anbarda saxlanılmasına yol verilir.

     





    Müvafiq əsaslandırma olduqda daimi enerji təchizatı mənbələrinə əlavə olaraq avtonom ehtiyat elektrik təchizatı qurğusunun qoyulmasına yol verilir. Bu məqsədlə bilavasitə nasoslarla əlaqələndirilmiş dizel və ya qazturbinli elektrik stansiyalarından, daxili yanma mühərriklərindən və s. istifadə edilə bilər. Bu mənbələrin minimal gücü ən böyük gücə malik aqreqatı işlətmək qabiliyyətinə malik olmalıdır.

    10.4. Nasosların oxunun səviyyə yüksəkliyi, bir qayda olaraq, nasosların gövdəsinin su ilə sərbəst dola bilməsi şərtinə əsasən:

    tutumda - bir yanğın halı üçün rezervuardakı yanğın həcminin yuxarı su səviyyəsindən (dibdən başlayaraq təyin olunmuş); iki və daha çox yanğın halı üçün yanğın həcminin orta su səviyyəsindən; yanğın həcmi olmadıqda qəza həcminin səviyyəsindən; yanğın və qəza həcmləri olmadıqda orta su səviyyəsindən;

    suqəbuledici quyuda - maksimal su götürülən hallarda yeraltı suyun dinamik səviyyəsindən;

    su axınında, yaxud sututarda - cədvəl 11-ə görə suqəbuledicinin kateqoriyasından asılı olaraq onlarda suyun minimal səviyyəsindən aşağıda qalmasına hesablanır.

    Nasosların oxunun səviyyə yüksəkliyi təyin edilərkən sormanın vakuummetrik hündürlüyünün yol verilən həddi (suyun hesabi minimal səviyyəsindən), yaxud istehsalçı-zavodun sorma tərəfindən tələb olunan basqı, həmçinin sorma borusunda basqı itkisi, temperatur şərtləri və barometrik təzyiq nəzərə alınmalıdır.

    Q e y d. .II və III kateqoriya nasos stansiyalarında nasosların su səviyyəsindən aşağıda yerləşdirilməməsinə yol verilir, lakin bu zaman vakuum-nasoslar və vakuum-qazan nəzərdə tutulmalıdır.

    10.5. Dərinə salınmış nasos stansiyalarının maşın zallarının döşəməsinin hündürlük səviyyəsi 10.3 maddəsinin qeydləri nəzərə alınmaqla böyük məhsuldarlıqlı, yaxud ölçülü nasosların yerləşdirilməsinə hesablanmalıdır.

    III kateqoriya nasos stansiyalarında sorma borularında diametri 200 mm-ə qədər olan qəbuledici klapanların qoyulmasına yol verilir.



    10.6. Nasos stansiyalarına gələn sorma borularının sayı yanğın nasosları da daxil olmaqla qoyulmuş nasosların sayından və qrupundan asılı olmayaraq ikidən az olmamalıdır.

    Xətlərdən biri dayandırıldıqda digərləri I və II kateqoriya nasos stansiyalarının tam hesabi sərflərini və III kateqoriya nasos stansiyalarının sərfinin 70%-ni keçirməyə hesablanmalıdır. III kateqoriya nasos stansiyalarında bir sorma borusunun quraşdırılmasına yol verilir.



    10.7. I və II kateqoriya nasos stansiyalarının basqılı xətlərinin sayı ikidən az olmamalıdır. III kateqoriya nasos stansiyalarında bir basqılı xəttin olmasına yol verilir.

    10.8. Bağlayıcı armaturasorma və basqılı borularda elə yerləşdirilməlidir ki, istənilən nasosun, əks klapanın və əsas bağlayıcı armaturunun dəyişdirilməsi, yaxud təmiri, həmçinin suyun istehlakçılara təminatlı verilməsinə görə 10.4 maddəsinin tələblərini pozmadan nasosların xarakteristikasını yoxlamaq mümkün olsun.

    10.9. Hər bir nasosun basqılı xətti bağlayıcı armatur və bir qayda olaraq nasos və armatur arasında qoyulan əks klapanla təchiz edilməlidir.

    Quraşdırma calaqları bağlayıcı armatur ilə əks klapan arasında qoyulmalıdır.

    Hər bir nasosun sorma xəttində bağlayıcı armatur su səviyyəsindən aşağıda yerləşmiş, yaxud ümumi sorma kollektoruna birləşmiş nasosun yanında qoyulmalıdır.

    10.10. Boruların, fasonlu hissələrin və armaturun diametrləri su axınının cədvəl 34-də göstərilən sürətləri çərçivəsində texniki-iqtisadi hesablamalar əsasında qəbul edilməlidir.

    Cədvəl 34. Sorma və basqılı borularda suyun tövsiyə edilən hərəkət sürətləri



    Boruların diametrimm

    Nasos stansiyaları boru kəmərlərində suyun hərəkət sürətləri, m/s







    sorma

    basqılı

    250-yə qədər

    250-dən böyük 800-ə qədər

    800-dən böyük


    0,6 – 1,0

    0,8 – 1,5

    1,2 – 2,0


    0,8 – 2,0

    1,0 – 3,0

    1,5 – 4,0


    10.11. Nasos stansiyasının maşın zalının ölçüləri 15-ci bölmənin tələbləri nəzərə alınmaqla təyin edilməlidir.

    10.12. Stansiyanın ölçülərini azaltmaq üçün nasosları işçi təkərlərinin yalnız bir istiqamətdə fırlanması şərtilə vallarının sağa və sola fırlanması ilə yerləşdirməyə yol verilir.

    10.13. Maşın zalının enini çox genişləndirmədiyi hallarda sorma və basqılı kollektorlar bağlayıcı armatur ilə birlikdə nasos stansiyası binasında yerləşdirilməlidir.

    10.14. Nasos stansiyalarında boru kəmərləri, həmçinin maşın zalından kənarda sorma boruları, bir qayda olaraq, qaynaqla birləşdirilmiş, nasoslar və armatur ilə birləşdirmək üçün flansla təchiz edilmiş polad borulardan olmalıdır.

    Nasoslara söykənməsinin, nasoslarda və boru qovşaqlarında yaranan titrəmələrin qarşılıqlı ötürülməsinin qarşısını almaq üçün boruların bərkidilməsi nəzərdə tutulmalıdır.



    10.15. Nasos stansiyalarının qəbuledici tutumlarının ölçüləri və konstruksiyaları vurulan maye axınında turbulentliyin yaranmasına şərait yaratmamalıdır. Bu sorma qolborusunun mayenin minimal səviyyəsinə nisbətən diametrinin iki misli qədər, lakin nasosun istehsalçısı tərəfindən verilmiş tələb olunan kavitasiya ehtiyatının qiymətindən artıq olaraq, həmçinin suyun tutuma daxil olduğu yerdən, barmaqlıqdan və s. sorma qolborunun diametrinin beş misli qədər məsafədə mayeyə batırılması ilə təmin edilə bilər. Bir aqreqatının məhsuldarlığı 315 l/s-dən artıq olan nasos qrupları paralel işlədikdə nasoslar arasında axın yönəldən divarlar nəzərdə tutulmalıdır.

    10.16. Sorma borusu bir qayda olaraq nasos istiqamətində 0,005 mailliklə qalxmalıdır. Boru kəmərlərinin diametrlərinin dəyişdiyi yerlərdə ekssentrik keçidlərdən istifadə edilməlidir.

    Nasosun sorma qolborusundan yaxınlıqdakı fitinqə (armatur, aparıcı, dirsək və s.) qədər məsafə borunun diametrinin beş mislindən az olmamalıdır.



    10.17. Dərinə batırılmış və yarım batırılmış nasos stansiyalarında ən böyük nasosda, bağlayıcı armaturda, yaxud boru kəmərində baş vermiş qəza zamanı maşın zalı sahəsini su basmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir: nasosların elektrik mühərrikləri maşın zalının döşəməsindən ən azı 0,5 m hündürlükdə yerləşdirilməli; klapan və ya siyirtmə qoymaqla suyun qəza miqdarının kanalizasiyaya, yaxud yer səthinə sərbəst axıdılması təmin edilməli; xüsusi çuxurdan əsas istehsalat təyinatlı nasoslarla kənarlaşdırılmalıdır.

    Qəza nasoslarının qoyulmasına ehtiyac olduqda onların məhsuldarlığı maşın zalındakı 0,5 m hündürlüyündə su layını ən çoxu 2 st müddətinə kənarlaşdırmağa hesablanmalı və bir ehtiyat aqreqat nəzərdə tutulmalıdır.



    10.18. Suyun sərbəst axması üçün maşın zalının döşəmə və kanalları su yığıcı çuxur istiqamətində mailliyə malik olmalıdır. Nasosaltı əsaslardan suyu kənarlaşdırmaq üçün bortlar, navalçalar və borucuqlar nəzərdə tutulmalıdır. Çuxurdan toplanmış suyun sərbəst axını mümkün olmayan hallarda drenaj nasosları qoyulmalıdır.

    10.19. Avtomatik rejimdə işləyən və maşın zalı 20 m və daha çox dərinə batırılmış, həmçinin daimi istismar heyəti olan və 15 m və daha çox dərinə batırılmış nasos stansiyalarında sərnişinlifti qoyulmalıdır.

    10.20. Maşın zalının planda ölçüləri 6x9 m və daha çox olan nasos stansiyaları su sərfi 2,5 l/s olan yanğın əleyhinə su kəməri ilə təchiz olunmalıdır.

    Bundan əlavə aşağıdakılar nəzərdə tutulmalıdır:

    gərginliyi ≤ 1000 V olan elektrik mühərrikləri qoyulduqda: iki köpüklü odsöndürən, ≤ 221 kVt gücündə daxili yanma mühərrikləri qoyulduqda - dörd odsöndürən;

    gərginliyi > 1000 V olan elektrik mühərrikləri, yaxud > 221 kVt gücündə daxili yanma mühərrikləri qoyulduqda əlavə olaraq iki karbon qazlı odsöndürən, həcmi 250 l olan su doldurulmuş çən, iki keçə parçası, 2x2 m ölçülü asbest nəzərdə tutulmalıdır.



    Q e y d:

    1. Yanğın kranları nasosların basqılı kollektoruna birləşdirilməlidir.

    2. Suqəbuledici quyuların nasos stansiyalarında yanğın əleyhinə su kəmərinin nəzərdə tutulması tələb olunmur.

    10.21. Avtomatlaşdırılma dərəcəsindən asılı olmayaraq nasos stansiyasında sanitar qovşağı (unitaz və çanaq), istismar heyətinin (növbətçi təmir briqadası) paltarını saxlamaq üçün otaq və dolablar nəzərdə tutulmalıdır.

    Nasos stansiyası sanitar-məişət otaqları olan istehsalat binalarından 30 m-dən çox olmayan məsafədə yerləşdikdə sanitar qovşağı nəzərdə tutulmaya bilər.

    Suqəbuledici quyuların nasos stansiyalarında sanitar qovşağı nəzərdə tutulmur. Yaşayış məntəqəsindən, yaxud obyektdən kənarda yerləşən nasos stansiyalarında tullantı sularını axıtmaq üçün çirkab quyusunun inşasına yol verilir.


    Download 1,74 Mb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   404




    Download 1,74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 1,74 Mb.