• Suya nəzarət sistemi.
  • Buraxiliş İŞİ “AĞilli ev”İn kontrollerli İdarəetmə Sİstemi




    Download 4.86 Mb.
    bet8/16
    Sana18.01.2023
    Hajmi4.86 Mb.
    #38519
    1   ...   4   5   6   7   8   9   10   11   ...   16
    Bog'liq
    Diplom işi Ağıllı ev
    neft
    Pərdə və Jalüz sistemi. Otaqdakı jalüz və pərdələr tək-tək idarə oluna bilər. Qruplaşdırma sistemi ilə bütün məkanın jaluz və pərdələrini tək bir əmrlə idarə etmək mümkündür. Jalüz və pərdələr hər gün avtomatik olaraq komanda olmadan açılıb bağlana, həm də mövsümi hərəkətlərə qarşı həssas ola bilər. Təhlükəsizlik xəbərdarlığı aldıqda jalüzlərin bağlanması və ya axşam hava qaralmağa başlayanda pərdələr bağlıdırsa, pərdələrin açılması və ya işıqlar yandırıldıqda pərdələrin bağlanması təmin edilə bilər. Yağışlı və ya fırtınalı hava vəziyyətində sensorlar sayəsində pərdələrin qısa müddətdə bağlanması və evin qorunması mümkün ola bilər. Xarici mühitin işıqlı vəziyyətinə görə işıqlandırma və jalüzlərin açılıb bağlanması elektrik enerjisinə qənaət etməyə kömək edir. Pərdə və jalüz sistemlərində günəş işığının idarə edilməsi mühitin soyutma və ya isitmə sistemlərinin iş vaxtlarında aktiv rol oynayır (Şəkil 1.12).

    Şəkil 1.12 Pərdə və jalüz sistemi
    Suya nəzarət sistemi. Yaşadığımız yerlərdə suyun bütün canlılar üçün nə qədər vacib olduğunu bilirik. Yemək və içmək üçün əsas ehtiyaclarımızdan başqa, bütün təmizlik ehtiyaclarımızı qarşılamaqdan, bağçamızı və çiçəklərimizi sulamaqdan, yanğınsöndürmə sistemlərindən tutmuş bir çox sahədə həyatımızın ən vacib ehtiyaclarından biri sudur. Bu qədər sahədə ehtiyaclarımızı qarşılayan su, evin içərisində və xaricində borular və bir çox əlavə birləşmələr vasitəsilə istənilən nöqtələrə çatdırılır. Çox sayda birləşmələr suyun sızması, paylayıcı xətlərdə baş verə biləcək gözlənilməz təzyiq artımı və ya boruların təsadüfən sıradan çıxması riskini gətirir. Boruların deşilməsi və ya zədələnməsi də suyun zərərli olmasına səbəb ola bilər.
    Avtomatlaşdırma nəzarəti altında suyun istifadə edildiyi yerlərdə, hamam və mətbəx kimi yaş ərazilərdə su sızmalarını təsbit edə bilən sensorlar mövcuddur. Otaqda qoşulma nöqtəsindəki elektromaqnit qapağını qapalı vəziyyətə çevirərək su sızması xəbərdarlığının alındığı hissənin suyunu kəsir. Bu müdaxilə suyun yerə və ya evə yayılmasının və materialların zədələnməsinin qarşısını alır. Hərəkət sensorunu su kranına qoşmaqla su istifadəsində əhəmiyyətli qənaətə nail olmaq olar. Belə sistemlərdə 12 Volt DC ilə qidalanan Solenoid klapanlar və sensorlar istifadə olunur (Şəkil 1.13).

    Şəkil 1.13 Avtomatik Su Kranı

    Download 4.86 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   16




    Download 4.86 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Buraxiliş İŞİ “AĞilli ev”İn kontrollerli İdarəetmə Sİstemi

    Download 4.86 Mb.