• İstilik sistemləri
  • Soyutma sistemləri.
  • Buraxiliş İŞİ “AĞilli ev”İn kontrollerli İdarəetmə Sİstemi




    Download 4.86 Mb.
    bet7/16
    Sana18.01.2023
    Hajmi4.86 Mb.
    #38519
    1   2   3   4   5   6   7   8   9   10   ...   16
    Bog'liq
    Diplom işi Ağıllı ev
    neft
    Havalandırma sistemləri. Havalandırma sistemləri müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq hava kütlələrinin avtomatik təmizlənməsinə kömək edən xüsusi təchizat və egzoz qurğusudur (Şəkil 1.8). Havalandırma sistemləri siqaret tüstüsü, toz və mikroblar kimi zərərli maddələri, çirkli havanı kənarlaşdıraraq evin içərisinə təmiz havanın ötürülməsinə imkan verir.

    Şəkil 1.8 Renson Healthbox

    Kondisioner sisteminin işlədilməsi çox vacib olmayan hallarda, təmiz havanın sərbəst axını ilə və ya ventilyator sistemini işə salmaqla, otağı istənilən tempraturda havalandırmaq olar. Havalandırma sisteminin istifadəsi təmiz havanın çöldən götürülüb, filtrlənərək daxili mühitə verilməsi ilə təmin edilir. Bu sayədə pəncərə və qapı açılaraq havalandırma sisteminin yaratdığı hava ilə müqayisədə ətraf temperaturun tarazlığı pozulmaz və daxildə yaranan müsbət təzyiq hesabına xaricdən tozun daxil olmasının qarşısı alınır (Şəkil 1.9).



    Şəkil 1.9 Havalandırma sistemi
    İstilik sistemləri. İstilik sistemlərində komfort şəraiti kombi, kondisioner sistemi (istilik nasosu), döşəmədən isitmə (yerdən isitmə) və s. Sistemlər tərəfindən təmin edilir. Otaqlarda və ya məkanlarda sensorlar və idarəedicilər vasitəsilə hər otaq üçün ayrıca temperatur dəyərləri yaradıla bilər. İstifadə olunan sabit və ya simsiz panel ilə otaq termostatlarının aşkar etdiyi temperaturu görə bilər, temperatur parametrlərini, ventilyator sürətini dəyişdirə və yerdən isitmə kollektorlarına qoşulmuş servo idarəetmələrini tənzimləyərək istənilən temperaturu yaratmaq mümkündür. Mərkəzi sistemdəki əsas idarəetmə bloku temperatur modulundan gələn məlumatlara uyğun enerji qənaətini nəzərə alaraq maksimum rahatlığı təmin edir (Şəkil 1.10).

    Şəkil 1.10 İstilik sistemləri
    Soyutma sistemləri. Kondisioner sisteminin soyutma rejimində işlədilməsi və onun parametrlərinin yaradılması ilə istənilən rahatlıq səviyyəsi təmin edilir. Otaqlardakı və məkanlardakı termostatlar temperaturu müəyyən dəyərlərdə sabitləşdirmək üçün lazımi məlumatları sistem mərkəzinə çatdıraraq idarəetmənin istənilən səviyyədə olmasına kömək edir. Soyutma sistemlərində mərkəzi kanal tipli soyutma qurğularının idarə edilməsi digər ənənəvi tipli kondisionerlərə nisbətən daha səmərəlidir (Şəkil 1.11).

    Şəkil 1.11 Soyutma və isitmə sistemləri

    Download 4.86 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   16




    Download 4.86 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Buraxiliş İŞİ “AĞilli ev”İn kontrollerli İdarəetmə Sİstemi

    Download 4.86 Mb.