• Ağıllı Evin tarixi.
  • Teleidarə sisteminin öyrənilməsi və tədqiqi




    Download 4.86 Mb.
    bet4/16
    Sana18.01.2023
    Hajmi4.86 Mb.
    #38519
    1   2   3   4   5   6   7   8   9   ...   16
    Bog'liq
    Diplom işi Ağıllı ev
    neft
    1.1. Teleidarə sisteminin öyrənilməsi və tədqiqi

    Ağıllı Ev nədir? Ev mühitində həyata keçirilən işləri asanlaşdırıb, təhlükəsiz bir şərait yaratmağa imkan verən və insanın həyatında rahatlıq yaradan evin avtomatlaşdırma sistemlərinə Ağıllı Ev deyilir. Daha anlaşılan dillə desək, yaşayış ərazilərini inkişaf etdirən texnologiya ilə birləşdirilən layihələr də adlandırmaq olar. Ev şəraitində bir çox işləri daha asan, daha rahat və daha əlverişli edə bilərik. Bir pultun yardımı ilə evin işıqlarına nəzarət edə bilərik, evin qapısını açıb bağlaya bilərik, otaqların temperaturunu aşağı sala və ya yuxarı qaldıra bilərik və bu kimi başqa əməliyyatlar. Bir çox idarəetmə modulları üç protokollardan istifadə edir və internet, kompüter və mobil telefonlarla müvafiq şəkildə işləməyi bacarırlar. Bunlara: X10, Z-Wave və UPB aid etmək olar. Oxşar protokoldan istifadə edən şirkətlər, evin sahibinin büdcəsinə uyğun məhsulu və avadanlığı təklif edir (Şəkil 1.1).



    Şəkil 1.1. Ağıllı Ev sistemi

    İnkişafa aid xüsusiyyətlər:


    - Modernləşməyə lazım olan yüksək potensial;
    - Müasirlik və aktuallıq;
    - Mənfəətlilik, sistemin komponentlərinin hamısı geniş yayılmışdır;
    - Enerjinin qənaəti sahəsində mənzillərin istismar qiymətinin azalmasına imkan verən texnologiyalardan istifadə;
    - Təhlükəsizlik və rahatlıq;
    - Sistem potensialını genişləndirən platformanın həllərindən istifadə: Windows, Android və iOS üçün müştərinin tətbiqləri.
    Ağıllı Evin tarixi. "Ağıllı Ev" haqqında fikir ilk dəfə 1980-ci ilin əvvəllərində meydana gəldi. ABŞ-da, ağıllı evin sistemlərinə müvafiq quruluşlar 1984-cü illərin əvvəllərində həyata keçirildi. İlk tətbiqləri fiziki qüsurları olmayan istifadəçinin rahatlığı nəzərə alınmaqla hazırlamışdılar. İstehsalçılar bir sistemin bütöv birləşdirilməsini hədəfləmirdilər. Bununla birlikdə, ayrı-ayrılıqda idarə edilə bilən bir çox məhsul (işıqlandırma sistemi, təhlükəsizlik sistemi, enerji idarəetmə bloku) ortaya çıxdı. Ağıllı ev sistemlərinin bir çox funksiyaları vardır (şəkil 1.2). Məsələn, təhlükəsizlik, işıqlandırma, isitmə və soyutma sistemlərinin uzaqdan idarə olunmasını təmin edib, eləcə də TV, pərdə və digər multimedia vasitələri yəni, enerji ilə çalışan bütün cihazların uzaqdan idarə olunmasını təqdim edir. Həmçinin ev sahibinin istədiyi hesabatı və xəbərdarlığı göndərərək, gərəksiz enerji itkisinin qarşısını alır. Ev şəraitində görməli olunan bütün işlər vahid platformadan yerinə yetirilir.

    Şəkil 1.2. Ağıllı Ev sisteminin parametrləri

    Evlərdə və binalarda avtomatlaşdırma sistemlərinin quraşdırılması, Ağıllı evlərin yaradılması müasir inşaat sahəsində ən aktual və maraqlı mövzulardan biridir. Ağıllı ev öz istifadəçiləri üçün komfortlu, rahat və təhlükəsiz mühit yaradır. Yüksək təhlükəsizlik və rahatlıq xidmətlərinin idarə olunması mobil cihazlarının və ya kompyuterin vasitəsilə həyata keçirilir və evdən uzaqda olduqda belə evə nəzarəti təmin edir.



    Download 4.86 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   16




    Download 4.86 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Teleidarə sisteminin öyrənilməsi və tədqiqi

    Download 4.86 Mb.