• Səs (musiqi) idarəetmə sistemi
  • Qaz sızması xəbərdarlığı sistemləri




    Download 4.86 Mb.
    bet9/16
    Sana18.01.2023
    Hajmi4.86 Mb.
    #38519
    1   ...   5   6   7   8   9   10   11   12   ...   16
    Bog'liq
    Diplom işi Ağıllı ev
    neft
    Qaz sızması xəbərdarlığı sistemləri. Evlərimizdə qaz sistemləri gündəlik həyatın qaçılmaz ehtiyaclarından biri kimi istifadə olunur. Mətbəxlərdə yemək bişirmək, binanı isitmək və qazanxanada isti su ehtiyacını ödəmək üçün qazdan istifadə edilir. Tədbirlər alınmağa çalışılsa da, qaz sızması, partlayış və yanğınlar baş verə bilər. Belə hallarda hadisəni aşkar edən avtomatlaşdırmaya qoşulmuş sistem qazpaylayıcı paneldəki Solenoid klapanı sıradan çıxarır və həmin yerə qaz girişini kəsir və eyni zamanda yerli qazpaylayıcının qəza xidmətinə vəziyyət barədə məlumat verə bilir. Evdə heç kim yoxdursa, telefon interfeysi vasitəsilə ev sahibini xəbərdar edə bilər (Şəkil 1.14).

    Şəkil 1.14 Qaz sızma sensoru
    Səs (musiqi) idarəetmə sistemi. Mərkəzi musiqi sistemi ilə müxtəlif otaqlarda və ya bölgələrdə eyni anda müxtəlif musiqi mənbələrindən musiqi dinləmək mümkündür. Hər otaqda və ya ərazidə yerləşən keypad ilə mənbəni seçmək və səsi istədiyiniz səviyyədə tənzimləmək mümkündür. Bütün CD-lər bir mərkəzdə toplanaraq qeyd edilir və “musiqi bankı” adlanan sistem vasitəsilə eşitmək mümkündür. Musiqi bankına yüklənən CD-lərin məzmunu, treklərin adları və vizual məlumatlar internet vasitəsilə əldə olunaraq sistemə daxil edilə bilər. Beləliklə, hərəkətli touchpad istifadə edilərkən CD məzmununda olan trekləri adlarına uyğun seçmək və təsdiqləmək mümkündür. Evin müxtəlif yerlərindəki səs mənbələrinə (dinamiklərə) səs ötürülməsi və səsə nəzarət edilə bilər. Bütün bu səs mənbələrindən bir musiqi parçasının eyni yerdə və eyni anda dinlənilməsi üçün avtomatlaşdırma ilə idarə olunan sistem qısa sınaq müddəti ilə məkanın akustik xüsusiyyətlərini müəyyən edə bilir. Müxtəlif xüsusiyyətlərə malik səs mənbələri (dinamiklər) xüsusi dayaqlar vasitəsilə dayana bilərlər (Şəkil 1.15) və ya onlar tavana quraşdırıla bilər (Şəkil 1.16). Televiziyada baxılan proqramın, konsertin və ya filmin musiqisi mərkəzi səs sisteminin nəzarəti altında bütün məkanda yayımlana bilər.

    Şəkil 1.15 Xüsusi dayaqlar



    Şəkil 1.16 Tavana quraşdırılan səs dinamikləri

    Download 4.86 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   16




    Download 4.86 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qaz sızması xəbərdarlığı sistemləri

    Download 4.86 Mb.