• Kondisioner sistemləri.
  • İşıq idarəetmə sistemləri




    Download 4.86 Mb.
    bet6/16
    Sana18.01.2023
    Hajmi4.86 Mb.
    #38519
    1   2   3   4   5   6   7   8   9   ...   16
    Bog'liq
    Diplom işi Ağıllı ev
    neft
    İşıq idarəetmə sistemləri. Ağıllı ev sistemlərində nəzarət edilən parametrlərdən biri də işıqlandırma sistemidir. Ağıllı evlərdə işıqlandırma sistemləri elektrik enerjisinin təqribən 25-30% -ni istehlak edir. Ağıllı işıqlandırma sistemləri uzaqdan idarəedilə bilən və zamandan asılı olaraq, işləyən texnoloji sistemlərdir. Gün işığına uyğun olaraq özünü tənzimləyən bu sistemlər ev sahibinin yuxu və oyanma saatlarına uyğun açıb-bağlanaraq, həm rahatlıq, həm də qənaətcilliyi təmin edir. İşıq sistemləri ilk növbədə evin mövcud təbii işıq mənbələrini təyin edir və istənilən işıqlandırma səviyyələri müəyyən edilmiş ehtiyaclara uyğun olaraq mərkəzi bir kompüter tərəfindən idarə olunur. Bu nəzarətlər xüsusi elektron idarəetmə cihazları tərəfindən təmin edilir. Sistemlərdə istifadə olunan işıq sensorları günəşin batmasını aşkar edir nəticədə pərdələrin bağlanmasına və evdəki bütün işıqların yandırılmasına imkan verir (Şəkil 1.6).

    Şəkil 1.6 Ağıllı Evin işıqlandırma sistemi
    Kondisioner sistemləri. Məkanda kondisioner ehtiyacının ödənilməsi, istifadəçinin kondisioner tələblərinə uyğun olaraq rahatlığını artıran bir amil kimi istifadəni təmin edir. Ağıllı evlərin təmiz havaya olan ehtiyacı mərkəzi kondisionerlərdən (pəncərələr açılaraq havalandırma aparılmadan və s.) ödənilir. Görünüşündə standart kondisionerlərdən heç bir fərqi olmayan smart kondisionerlər Wi-Fi bağlantısı sayəsində evin havalandırmasını və temperaturunu uzaqdan idarə edə biləcəyiniz cihazlardır. Ağıllı kondisionerlərin əksəriyyəti telefon, planşet və ya pult kimi digər cihazlarla idarə oluna bilər. Bu kondisionerlər ümumiyyətlə pəncərənin və ya divarın qırağında quraşdırılır. İstər evdə, istərsə də çöldə olmağınızdan asılı olmayaraq, istənilən yerdən ağıllı kondisionerinizi idarə etmək mümkündür. Bu o deməkdir ki, evinizin temperaturu və hava dəyərləri həmişə sizin nəzarətinizdədir. Enerji qənaəti ilə digər kondisionerlərdən fərqlənən və yüksək performans təklif edən bir kondisioner növü olan inverter kondisionerlər standart kondisionerlərə nisbətən çox daha səmərəli və səssiz işləyir. Ətrafdakı insanların bədən istiliyini və hərəkətlərini təsbit edən sensorlarla ətrafa verilən havanı ən səmərəli şəkildə idarə edən bu kondisioner modelləri enerjiyə qənaət baxımından üstünlük təşkil edir. Ağıllı kondisioneri digər ağıllı ev məhsulları ilə eyni proqramdan idarə etmək mümkündür. Məsələn, qapı sensoru ilə işləyərək, qapı açıldığında kondisionerin avtomatik sönməsini təmin etmək olar və ya onu ağıllı temperatur rütubəti sensoru ilə birləşdirərək, otaqda temperatur yüksələn zaman kondisioneri avtomatik işlətmək olar (Şəkil 1.7).



    Şəkil 1.7 Ağıllı Evlərdə kondisioner sistemi
    Kondisioner sistemini təşkil edən qurğular aşağıdakılardır:
    - İstilik sistemləri;
    - Soyutma sistemləri;
    - Havalandırma sistemləri.

    Download 4.86 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   16




    Download 4.86 Mb.