• Təhlükəsizlik sistemi
  • Sistemin əsas parametrlərinin tədqiqi




    Download 4.86 Mb.
    bet5/16
    Sana18.01.2023
    Hajmi4.86 Mb.
    #38519
    1   2   3   4   5   6   7   8   9   ...   16
    Bog'liq
    Diplom işi Ağıllı ev
    neft
    1.2. Sistemin əsas parametrlərinin tədqiqi

    Evlərin avtomatlaşdırması inkişaf edən texnologiyaların istifadəçilərin ehtiyaclarına və xüsusi istəklərinə uyğun tətbiq edilməsidir. Gərəksiz dərəcədə işıqlandırma, istilik və soyutma sistemləri, günəş işığından kifayət qədər faydalana bilməmək, açıq qalan və artıq elektrik enerjisi istehlakına səbəb olan cihazlar və bu kimi bir çox vəziyyət enerji xərclərini artırır və lazımsız enerji istehlakına səbəb olur. Avtomatik idarəetmə ilə istilik sistemlərinin istifadəsi, lazımsız işıqları söndürmək, işıqları 90% parlaqlıqla yandırmaqla elektrik enerjisi istehlakını azaltmaq mümkündür. Avtomatlaşdırma sistemləri ardıcıl olaraq birdən çox əmri icra edə bilər. Beləliklə, həyata keçirdiyi senari seçimi rahatlığı təmin edir. Hərəkət dedektorları qapı və pəncərələrə maqnit sensor kimi yerləşdirilir və beləliklə bütün evin nəzarətini təmin edir. Ağıllı evlərdəki təhlükəsizlik sistemləri hadisələr baş vermədən əvvəl oğurluq, daşqın və ya yanğına qarşı tədbir ala bilər. Evdə heç kim olmadıqda, şübhəli vəziyyətlərdə senarilərin köməyi ilə işıqlar yandırılır, musiqi səsləndirilir və ya televizor yandırılır və oğrularda evdə insanların olduğu təəssüratını yaradaraq ərazidən kənarlaşdırılır (Şəkil 1.3).





    Şəkil 1.3. Ağıllı Evin parametrləri

    Eyni zamanda, bir yanğın aşkar edildikdə, qaz klapanları avtomatik olaraq işə salınır, yanğının böyüməməsi üçün havalandırma bağlanır.


    Təhlükəsizlik sistemi. Bu sistemlər evin monitorinqi üçün istifadə edilir və arzuolunmaz müdaxilənin olub olmadığını aşkar edir. Sistemin komponentləri bunlardır: məlumatların göndərilməsi və qəbulu üçün mikro nəzarət cihazları, sensorlar və LED ekran cihazı. Ağıllı evdə təhlükəsizlik sistemi mühafizə və yanğın siqnalizasiyası, evin daxilində video müşahidə və sahəyə nəzarəti təqdim edir. Ağıllı evin əsas ideologiyalarından biri evin təhlükəsizliyini və ev sahibinin şəxsi təhlükəsizliyini təmin etməkdir. Evin sahibi uzaqda olsa belə, təhlükəsizlik xəbərdarlığı almağa, kamera görüntülərinə daxil olmağa, qapıları kilidləməyə və açmağa, işıqları tənzimləməyə və başqa üsullarla ev təhlükəsizliyinə nəzarət etməyə imkan verir. Ağıllı evlər təhlükəsizlik baxımından telefonla xəbərdarlıq etmək, mümkün təhlükələr olduqda lazımi yerləri xəbərdar etmək və lazımi əmrlər aktivləşdirildikdə göstərilən telefon nömrələrinə səsli xəbərdarlıq mesajı göndərmək xüsusiyyətinə malikdirlər. (Şəkil 1.4)

    Şəkil 1.4 Ağıllı Evin təhlükəsizlik xəbərdarlığı
    Sensorlar evin istənilən nöqtəsindən hərəkəti aşkar etdikdə, istənməyən yad adamın yerini göstərərək xəbərdar edə bilər. Ümumi desək, təhlükəsizlik sisteminə əsasən qapı/pəncərə sensorları, təhlükəsizlik kameraları, oğurluq, yanğın, su, qaz sızması kimi xəbərdarlıq sistemləri daxildir.
    İntellektual videokameralarından istifadə edən sistem ağıllı evin perimetrinə (açıq qapı və pəncərələr, qaraj qapıları) və ərazisinə (darvaza, qapılar və hasar) nəzarət edir (Şəkil 1.5).

    Şəkil 1.5 Ağıllı Evin təhlükəsizlik sistemi

    Download 4.86 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   16




    Download 4.86 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Sistemin əsas parametrlərinin tədqiqi

    Download 4.86 Mb.