Elektrik Ölçmələri




Download 2.57 Mb.
Pdf ko'rish
bet5/36
Sana07.04.2022
Hajmi2.57 Mb.
#19418
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
Bog'liq
Elektrik-ölçmələri-suallar-ve-MUHAZIRE-cavab-yeni

Elektrik ölçü cihazları 
Elektrik ölçmə cihazları – müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada ölçmə 
informasiyası siqnalları, yəni ölçülən fiziki kəmiyyətlə funksional asılılığı olan siqnallar 
yaradan elektrik ölçmə vasitələrinə deyilir. Elektrik ölçmə cihazları iş prinsipinə və 
konstruktiv quruluşuna görə çox müxtəlifdir. 
Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməz funksiyası olan elektrik 
ölçmə cihazlarına analoq cihazları deyilir. 
Göstərişləri rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır. 
Şəkil. 1.4 Ölçü cihazı
 
Şəkil 1.5 Vattmetr
 
?



Elektrik ölçmə cihazları göstərişləri oxuma və qeydetmə imkanından asılı olaraq iki qrupa ayrılır: 
göstərici cihazlar qeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri diaqram formasında qeyd 
edirsə, belə cihazlara özüyazan cihazlar deyilir. Göstərişləri rəqəm formasında çap edən qeydedici cihazlar 
çapedici cihaz adlanır. 
Göstərişi iki və daha çox kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları cəmləyici 
cihazlar adlanır. Belə cihazlara bir neçə generatorun cəm gücünü ölçən vattmetr misal ola bilər. 
Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə 
müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır. 
Bəzi cihazlarda ölçülən kəmiyyət qiyməti məlum olan kəmiyyətlə bilavasitə müqayisə olunur. Belə 
elektrik ölçmə cihazlarına müqayisə cihazları deyilir. Bunlara körpülər, kompensatorlar misal ola bilər. 
Bundan başqa, cihazlar tətbiq olunma xarakterinə görə stasionar, qeyri-stasionar (gəzdirilən), ölçülən 
kəmiyyətin növünə görə ampermetr, voltmetr, ommetr və s. cihazlara ayırırlar. 
 

Download 2.57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36




Download 2.57 Mb.
Pdf ko'rish