Elektron texnikasi materiallari və elementləRİn təDQİqat üsullari




Download 1,59 Mb.
bet7/11
Sana19.01.2024
Hajmi1,59 Mb.
#140899
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
movzu 2 (2)

İfratkeçirici materiallar. Hal-hazırda 35 metalda ifratkeçiricilik halı müşahidə olunur. Fiziki-kimyəvi xassələrinə görə ifratkeçirici təmiz metallar iki qrupa bölünür: «yumşaq» (Hg, Sn, Pb, İn və s.) və «sərt» (Ta, Tl, Zr, Nb və s.) ifratkeçiricilər. Birincilər aşağı ərimə temperaturu və daxili gərginliyin olmaması, ikincilər isə böyük qiymətli daxili mexaniki gərginliyin olması ilə xarakterizə olunurlar.
Maqnit sahəsində xassələrinin dəyişmə xarakterinə görə bütün ifratkeçiricilər iki qrupa bölünə bilər: birinci və ikiknci növ ifratkeçiricilər. Termodinamik xassələrinə görə də onları həmçinin iki qrupa ayırmaq olar: birinci və ikinci növ ideal və ikinci növ qeyri-ideal ifratkeçiricilər
Təmiz metal ifratkeçiricilərin əksəriyyəti I növ ifratkeçiricilərə aiddir. Bunların çoxunun kritik keçid temperaturu 4,2 K-dən aşağıdır (cədvəl 2.4).

Müxtəlif təyinatlı metallar


Volfram - boz rəngli çox ağır, bərk metaldır. Bütün metallar içərisində ən yüksək ərimə temperaturuna malikdir (cədvəl 2.6). Volfram müxtəlif tərkibli filizlərdən alınır: aralıq material volframat turşusudur (H2WO4 ),bunun 900° Ж-yə qədər qızdırılması və hidrogenlə bərpası nəticəsində toz şəkilli metallik volfram alınır. Metallik toz yüksək təzyiq altında preslənir, hidrogen mühitində (oksidləşmənin qarşısını almaq üçün) mürəkkəb termiki emal olunaraq çubuq halına salınır.
Volfram, eyni zamanda, kontaktların yaradılmasında da tətbiq edilir. Bu kontaktların bir sıra üstünlükləri vardır:
1) istismarda dayanıqlıdır;material çox bərk olduğundan mexaniki yeyilmələrə qarşı davamlıdır;
2) elektrik qövslərinin təsirinə dayanıqlıdır;
3) elektrik eroziyasına az meyillidir.
Kontakt materialı kimi volframın çatışmazlıqları:
1) çətin emal olunur;
2) atmosfer şəraitində oksid pərdəsi yaranır;
3) kontaktın elektrik müqavimətinin kiçik olması üçün nisbətən böyük təzyiq yaratmaq tələb olunur.
Molibden. Xarici görünüşünə və emal texnologiyasına görə volframa yaxın metaldır. Əsas etibarilə, molibdenit filizindən (MoS2) alınır. Elektrovakuum texnikasında volframa nisbətən bir qədər aşağı temperaturlarda geniş tətbiq olunur. Molibdendən hazırlanmış közərmə hissələri vakuumda, inert qaz və ya bərpaedici mühitdə istismar olunmalıdır. Molibdenin xassələri cədvəl 2.6-da verilmişdir.
Molibdendən elektron lampalarının, rentgen borularının tor və elektrodları, eləcə də elektrovakuum cihazlarının gərgin istilik rejimində işləyən köməkçi hissələri hazırlanır. Molibdendən həmçinin elektrik sobalarında qızdırıcı element kimi istifadə olunur. Mühafizə olunan mühitdə bu elementlər1700° C temperaturda dayanıqlı işləyə bilər. Elektrovakuum texnikasında molibdenin həm təmiz, həm də silisium-oksidi əlavə edilmiş növləri işlədilir.
Tantal. Azyayılmış tantalit (Fe(TaO3)2) filizindən vol- fram və molibdenin alınmasına oxşar texnologiya ilə alınan metaldır. Tantal məftil, vərəq, lent və qalınlığı 10 mkrn-ə qədər olan folqa şəklində hazırlanır. Tərkibinə görə tantal təmiz, çox təmiz və niobium əlavə edilmiş ərinti şəklində olur. Tantal, hətta otaq temperaturunda da, yüksək plastikliyi ilə xarakterizə olunur. Onun mexaniki möhkəmliyi, mexaniki və termiki emal üsulundan asılı olaraq 350-dən 1250 МРа-a qədər dəyişir. Havada qızdırıldıqda və anod oksidləşməsində tantalın səthində sıxlığı yüksək olan və 1500° C-yə qədər parçalanmayan Ta2 О5 oksid təbəqəsi əmələ gəlir. Molibden və volframdan fərqli olaraq tantal, vakuumda yüksək temperatura qədər qızdırıldıqda belə, kövrək olmur.
Nikel. Gümüşü-ağ rəngli metaldır, elektrovakuum texnikasında geniş tətbiq olunur; çox təmiz halda (99,99 % Ni) almaq mümkündür; bəzən tərkibinə xüsusi legirləşdirici aşqarlar əlavə edilir (silisium, manqan və s.).
Kobalt. Mexaniki və elektrik xassələrinə görə nikelə çox yaxın olan metaldır. Kobalt oksidlərinin metallurgiya üsulu ilə emalından və ya hidrogenlə bərpasından alınır. Yandırılmış halda kobaltın qırılmadan əvvəl nisbi uzanması 50 %, mexaniki möhkəmliyi isə 500 МРа-a yaxındır. Kobalt bir çox maqnit və odadavamlı, eləcə də xətti genişlənmə əmsalı kiçik olan ərintilərin tərkib hissəsini təşkil edir.

Download 1,59 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11




Download 1,59 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektron texnikasi materiallari və elementləRİn təDQİqat üsullari

Download 1,59 Mb.